Məhkəmə qərarları › İş №e-2(024)-749/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-749/2025

25.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-749/2025 25.11.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 28 mart 2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 246 manat aliment verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə 2017-cu il tarixdə faktiki olaraq evlənmişlər. 28 mart 2018-ci il tarixdə X3 adlı uşağım olmuşdur. Faktiki olaraq 2024-cü il tarixdən ayrılmışlar. Övladına tək baxır. Cavabdeh tərəf ona övladına baxmağa heç bir maddi köməklik etmir. Hazırki dövrdə uşağı tək saxlamaq mümkün deyil, uşağın çoxlu ehtiyacları var. Cavabdeh dövlət işində işləməsə də fərdi işlərlə məşğul olur. Uşağın ehtiyacları çoxdur. Ona görə də məhkəmədən aliment tələbi haqda iddia qaldırmışdır. Hazırda Cavabdeh 28 mart 2018-ci il tarixdə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 246 manat aliment müəyyən olunmasını istəyir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə elektron ərizə göndərərək himayəsində 7 yaşlı uşağı olduğu üçün məhkəmə iclasına gələ bilmədiyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh məhkəməyə ərizə göndərərək sağlamlıq vəziyyəti (İİİ qrup əlil olduğu) və ağır maddi durumu ilə əlaqədar işə baxan məhkəmənin yerinin dəyişdirilməsi və işə Qaradağ rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə işə İddiaçı Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: AZ-İV 109502 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 28 mart 2018-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Qax Rayon Məhkəməsinin e-16(024)34/2025 №li, 25 sentyabr 2025-ci il tarixli qərardadından görünür ki, ərizə qismən təmin edilərək Qax rayon məhkəməsinin icraatında olan e-2(024)-749/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək 28 mart 2018-ci il tarixdə doğulmuş X1 üçün müvəqqəti olaraq Cavabdeh sonrakı artımlar da nəzərə alınmaqla hər ay usaq üçün 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqının 0.45 misli, 45 faizi həddində 180 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması və alimentin tutulmasının əvvəli 25 sentyabr 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 2017-ci ildə faktiki olaraq ailə həyatı qurmuş, birgə yaşadıqları dövrdə tərəflər 28 mart 2018-ci il tarixdə X3 adlı uşağı doğulmuşdur. Tərəfələrin münasibətləri pozulmuş və faktiki olaraq 2024-cü il tarixindən aynlmışlar. İddiaçı Cavabdeh 28 mart 2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 246 manat aliment verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tələbə münasibət bildirərək qeyd edir ki, ailə qanunvericiliyinin tələbinə əsasən uşaqlara baxmaq hər iki valideynin vəzifəsidir, iddia ərizəsinin 25 sentyar 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olması və 2025-ci ildə ölkədə minimum əmək haqqı miqdarının 400 manat olması nəzərə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair qanunvericiliyin tələbi, cavabdehin maddi vəziyyəti və eyni zamanda da uşağın üstün mənafeyi 2025-ci il üçün müəyyən edilmiş 400 manat məbləğində minimum əmək haqqı nəzərə alındıqda cavabdehdən sonrakı artımlar nəzərə alınmaqla uşaq üçün 25 sentyabr 2025-ci il tarixdən hesablanmaqla 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Tətbiq edilən hüquq Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə alimentin tutulması üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qüvvədə olan Ailə Məcəlləsinin müddəaları əsasında hüquqi qiymət verilməlidir. Uşaq üçün aliment tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsidir. Eyni zamanda iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 saylı Qərarının 8.4-1-ci yarım bəndinə əsasən istinad edilən maddənin (110.2) tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikasının «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınsa da, uşaqların mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda məhkəmə hesab edir ki, alimentin tutulması 25 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin e-16(024)34/2025 nömrəli, 25 sentyabr 2025-ci il tarixli qərardadına əsasən ödənilmiş məbləğlər nəzərə alınmaqla 28 mart 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancından və başqa gəlirlərindən sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər usaq üçün 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqının 0.45 misli, 45 faizi həddində (hazırki dövrdə 180 manat) sabit pul məbləğində aliment alınıb İddiaçı verilməli, alimentin tutulması 25 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Qətnamə alimentə dair hissədə dərhal icra edilməlidir. Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Cavabdeh iddia ərizəsinin verilməsi üçün iddiaçının ödəməkdən azad olunduğu 41.60 manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə, 60 manat ödənilmiş mediasiya xərci tutulub İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin e-16(024)-34/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən ödənilmiş məbləğlər nəzərə alınmaqla 28 mart 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancından və başqa gəlirlərindən sonrakı artımlar da nəzərə alınmaqla hər ay usaq üçün 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqının 0.45 misli, 45 faizi həddində (hazırki dövrdə 180 manat) sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Alimentin tutulması 25 sentyabr 2025-ci il tarixdən hesablansın. Cavabdeh iddia ərizəsinin verilməsi üçün iddiaçının ödəməkdən azad olunduğu 41.60 manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə, 60 manat ödənilmiş mediasiya xərci tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar