Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1103/2024 03.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin təyin edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə YY Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 ötrü uşaq yetkinlik yaşına çatanadək xeyrinə ayda 235,0 manat məbləğində aliment tutulması, habelə uşaq üç yaşına çatanadək əlavə olaraq ona ayda 100,0 manat məbləğində maddi yardım göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə 28 mart 2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və Yevlax rayonu, Quşçu kəndinə köçərək onunla birlikdə yaşamışlar. Onların birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X7 adında uşaqları olmuş və ərinin xəyanəti səbəbindən münasibətləri pozulduğundan xx.xx.2024-cü il tarixdə ondan ayrılaraq uşaqla birlikdə Qəbələ şəhəri, Ərziman küçəsi ev 12-yə köçüb indiyədək valideyinləri ilə birlikdə yaşamışdır. Cavabdeh fərdi qaydada rəngsaz işləyir və ayda təxminən 3000,0 manat qazanır. Bundan başqa o, şəxsi təsərrüfatında 10-15 baş iribuynuzlu heyvan (inək və camış) saxlayır və gəlirlərini gizlədərək uşağın maddi cəhətdən təmin olunmasında iştirak etmir. O, hal-hazırda Mingəçevir Dövlət Universitetinin məktəbəqədər təhsil ixtisası üzrə üçüncü kursunda oxumaqla eyni zamanda uşağın baxımı və qulluğu ilə məşğul olur və işləyə bilmir. Ona görə də, birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 ötrü uşaq yetkinlik yaşına çatanadək xeyrinə ayda 235,0 manat məbləğində aliment tutulması, habelə uşaq üç yaşına çatanadək əlavə olaraq ona ayda 100,0 manat məbləğində maddi yardım göstərilməsi barədə iddia qaldırmışdır. Cavabdeh izahatında göstərmişdir ki, o, 27 mart 2022-ci il tarixdə İddiaçı ilə rəsmi nikaha daxil olaraq evlənmiş və Yevlax rayonu, Quşçu kəndinə köçərək onunla birlikdə yaşamışlar. Onların birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X7 adında uşaqları olmuş və qısqanclıq zəminində münasibətləri pozulduğundan xx.xx.2024-cü il tarixdə ayrılmışlar. İddiaçı həmin vaxtdan etibarən uşaqla birlikdə Qəbələ şəhəri, Ərziman küçəsi ev 12-də yaşamış və onun ailənin bərpasından ötrü göstərdiyi səylərinə baxmayaraq geri qayıtmamışdır. Heç yerdə işləmədiyindən onun sabit qazancı və başqa gəlirləri yoxdur. Buna baxmayaraq günəmuzd işlərin görülməsindən əldə etdiyi gəlirlər hesabına xx.xx.2023-cü il təvəllüdlü X1 ötrü İddiaçı xeyrinə ayda cəmi 200,0 manat aliment ödənilməsini təmin edə bilər. İşdə olan AZ-İİ 479756 nömrəli “nikah haqqında” şəhadətnaməyə əsasən X5 ilə Cavabdeh nikahı xx.xx.2022-ci il tarixdə 129 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Cəfərova soyadı verilmişdir. İşdə olan AZ-İV 858749 nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 Mövlüd Cəfər oğlundan törəmişdir. AR MPM 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, X5 ilə Cavabdeh arasında olan ər-arvad münasibətləri pozulmuş və faktiki surətdə ayrılmışlar. «Uşaq hüquqları haqqında» AR Qanunun 13-cü maddəsinə əsasən uşağın AR qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. AR Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə üçdə bir hissəsi, üç və daha çox uşağa görə isə qazancının aliment verməyə borclu olan valideynin qazancının və ya başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235,0 (iki yüz otuz beş ) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndində izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunverciliyi ilə müəyyən edilmiş minimum dolancaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir.Aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, tərəflərin ayrı yaşaması, birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X4 İddiaçı yanında qalması nəzərə alınaraq uşağın yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü ananın xeyrinə cavabdeh X3 hər ay sabit pul məbləğində aliment tutulmalı, alimentin miqdarı müəyyən edilərkən ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu və ananın uşağın baxımı və qulluğu ilə məşğul olması ilə əlaqədar işləmək imkanının məhdud olması nəzərə alınmalıdır. AR Ailə Məcəlləsinin addə 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad (84.2.1); hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad (84.2.2); 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad (84.2.3) buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 87.0.3-cü maddəsinə əsasən nikah çox çəkmədikdə məhkəmə əri (arvadı) nikah dövründə və nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında olan nikahın faktiki olaraq qısa müddət ərzində davam etməsi və Cavabdeh maddi yardım ödəmək üçün zəruri vəsaitə malik olmaması (tədqiq olunmuş sübutlarla müəyyən edilməmişdir) nəzərə alınaraq uşaq üç yaşına çatanadək üzərinə arvadı saxlamaq vəzivəsi qoyulmamlıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Birgə nikahdan doğulmuş 29 mart 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qalan hissədə iddia tələbi təmin edilməsin. Cavabdeh 48,0 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-1103/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1103/2024
03.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver