Məhkəmə qərarları › İş №e-2(025)-1122/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1122/2024

04.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1122/2024 04.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin təyin edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə YY Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər biri üçün hər ay 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması, habelə uşaqlardan biri üç yaşına çatanadək əlavə olaraq ona ayda 150,0 manat məbləğində maddi yardım göstərilməsi və 50 manat məbləğində mediasiya xərci tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə 03 iyun 2016cı il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və Qəbələ rayonu, Qəbələ-2 şəhərciyində onunla birlikdə yaşamışlar.Onların birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X9 adında uşaqları olmuş və münasibətləri pozulduğundan bir il bundan qabaq faktiki surətdə ayrılmışlar. Cavabdeh özəl sektorda işləyir və gəlirlərini gizlədərək uşaqların maddi cəhətdən təmin olunmasında iştirak etmir. O, hal-hazırda O, DSX Qəbələ Hava limanında nəzarətçi vəzifəsində işləyərək 1200,0 manat əmək haqqı alır və hər ay 470,0 manat bank krediti ödədiyi üçün uşaqların maddi təlabatlarını təkbaşına təmin edə bilmir. Ona görə də, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər biri üçün hər ay 2350 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması, habelə uşaqlardan biri üç yaşına çatanadək əlavə olaraq ona ayda 150,0 manat məbləğində maddi yardım göstərilməsi və 50 manat məbləğində mediasiya xərci tutularaq ona verilməsi barədə iddia qaldırmışdır. Cavabdeh izahatında göstərmişdir ki, o, 03 iyun 2016-cı il tarixdə İddiaçı ilə rəsmi nikaha daxil olaraq evlənmiş və Qəbələ rayonu, Qəbələ-2 şəhərciyində onunla birlikdə yaşamışlar. Onların birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X9 adında uşaqları olmuş və münasibətləri pozulduğundan bir il bundan qabaq faktiki surətdə ayrılmışlar. Uşaqlar İddiaçı himayəsində qalmışdır. O, hal-hazırda Qəbələ “Garden” oteldə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində işləyərək cəmi 500,0 manat əmək haqqı alır və hər ay 520,0 manat bank krediti ödədiyi üçün uşaqların maddi cəhətdən təmin olunmasında iştirak edə bilmir. 2025-ci ilin aprel ayında kredit borcunu ödəyib qurtardıqdan sonra xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X1 ötrü İddiaçı xeyrinə ayda cəmi 300,0 manat miqdarında aliment ödənilməsini təmin edə bilər. İşdə olan AZ-İİ 103983 nömrəli “nikah haqqında” şəhadətnaməyə əsasən Cavabdeh ilə X5 nikahı xx.xx.2016-cı il tarixdə 92 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Ramazanova soyadı verilmişdir. İşdə olan AZ-İV 014850 nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 Həsən Qeybalı oğlundan törəmişdir. İşdə olan AZ-İV 758906 nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 Həsən Qeybalı oğlundan törəmişdir. İşdə olan Elektron informasiya mənbəyinin məlumatına əsasən Cavabdeh fərdi sahibkar X10 (VÖEN: **********) məxsus obyektdə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində işləyir və 470,0 manat əmək haqqı alır. AR MPM 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan ər-arvad münasibətləri pozulmuş və faktiki surətdə ayrılmışlar. «Uşaq hüquqları haqqında» AR Qanunun 13-cü maddəsinə əsasən uşağın AR qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. AR Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə üçdə bir hissəsi, üç və daha çox uşağa görə isə qazancının aliment verməyə borclu olan valideynin qazancının və ya başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235,0 (iki yüz otuz beş ) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndində izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunverciliyi ilə müəyyən edilmiş minimum dolancaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir.Aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, tərəflərin ayrı yaşaması, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X4 İddiaçı yanında qalması nəzərə alınaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü ananın xeyrinə Cavabdeh hər ay sabit pul məbləğində aliment tutulmalı, alimentin miqdarı müəyyən edilərkən ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu və tərəflərin əmlak vəziyyəti nəzərə alınmalıdır. AR Ailə Məcəlləsinin addə 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad (84.2.1); hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad (84.2.2); 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad (84.2.3) buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, Cavabdehmaddi yardım ödəmək üçün zəruri vəsaitə malik olmaması (tədqiq olunmuş sübutlarla müəyyən edilməmişdir) və İddiaçı əmək qabiliyyətində olması nəzərə alınaraq uşaq üç yaşına çatanadək arvadı saxlamaq vəzivəsi cavabdehin üzərinə qoyulmamlıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Birgə nikahdan doğulmuş 24 oktyabr 2017-ci il təvəllüdlü X7 və 07 avqust 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü Cavabdeh hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qalan hissədə iddia tələbi təmin edilməsin. Cavabdeh 35,0 (otuz beş) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Cavabdeh 50,0 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı verilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar