Məhkəmə qərarları › İş №e-2(025)-1174/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1174/2021

14.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1174/2021 14.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Kreditor MMC-nin Borclu qarşı əmr icraatı qaydasında “borcun və ona hesablanmış cərimənin tutulması” barədə ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: Kreditor MMC məhkəməyə ərizə ilə müraciət edərək, Borclu arasında bağlanmış nisyə satış müqaviləsi üzrə 162,45 manat əsas borc və 48,73 manat cərimə borcu olmaqla 211,18 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun Kreditor MMC-nin xeyrinə tutulmasına dair məhkəm əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirdib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-cı maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Kreditor MMC ilə Borclu arasında bağlanmış 11.01.2018-ci il tarixli QBLK00289 saylı Nisyə satış müqaviləsindən görünür ki, Kreditor MMC alıcıya 681,45 manat dəyərində məişət məhsulunu kreditlə - nisyə satmış və Borclu malları qəbul etdiyi tarixdən bu malların dəyəri olan 681,45 manatı ödəməyi öhdəsinə götürmüşdür. Ərizədən görünür ki, Borclu 162,45 (bir yüz altmış iki manat qırx beş qəpik) manat əsas borcu vardır. Həmin əsas borca 48,73 manat cərimə hesablanmışdır. Alqı-satqı müqaviləsinin müddəti 11.01.2019-cu il tarixdə bitmişdir. Hazırda həmin müqavilə üzrə əsas borcun və cərimənin tutulması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-423-ci maddələrində nəzərdə tutulmuş qaydaya riayət edilməlidir. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslansa da, hazırki ərizə üzrə məhkəmə əmrinin verilməsi Azərbaycan Respublikası MPM-nin 276.1-cı maddəsi ilə müəyyən edilmiş əsaslarının (tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması) mövcudluğunu istisna edir. Azərbaycan Respublikası MPM-nin 279.2.3-cu maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa ərizənin qəbul olunmasından imtina edir. Həmin məcəllənin 279.2.4-cu maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 279, 279.2.3-cı maddələrini rəhbər tutaraq, Qərara aldım: Kreditor MMC-nin Borclu qarşı əmr icraatı qaydasında “borcun və ona hesablanmış cərimənin tutulması” barədə məhkəmə əmrinin çıxarılması haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar