Məhkəmə qərarları › İş №e-2(025)-1205/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1205/2024

24.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1205/2024 24.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının məcburi qaydada çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: cehiz əşyalarının məcburi qaydada çıxarılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus otaqlardan birində bağlı vəziyyətdə saxlanılan cehiz əşyalarının məcburi qaydada fərdi yaşayış evindən çıxarılması barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki,oğlu X1 gəlini Cavabdeh ilə 2007-ci il tarixində nikahını qeydə aldırmış, həmin evlilikdən 3 övladları olmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)-743/2020 nömrəli qətnaməsinə əsasən oğlu ilə cavabdeh arasında olan nikah pozulmuş, birgə nikahlarından anadan olmuş uşaqları xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cü il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X11 cavabdehin himayəsində qalmış və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment təyin edilmişdir. Nikahı pozulduqdan sonra cavabdeh uşaqları ilə birlikdə valideynlərinə məxsus evə köçmüş və orada yaşayır. Lakin özü valideynlərinə məxsus evə köçməsinə baxmayaraq gəlin köçərkən ona məxsus fərdi yaşayış evimə gətirdiyi cehiz əşyalarını aparmayıb və hazırda onun evindədir, otaqların birinə yığılaraq qapısı bağlı halda saxlanılır. Cavabdehə dəfələrlə könüllü olaraq, gəlib cehiz əşyalarını aparmalarını təklif etsələr də, heç bir nəticəsi olmamışdır. Həmçinin cehizəşyalarının olduğu Qəbələ rayonu, Bum qəsəbəsindəki fərdi yaşayış evinə onun adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il qeydiyyat tarixli, inventar nömrəsi 4xx-xx/1698, reyestr nömrəsi **********79-10301 olan Texniki Pasport və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmazəmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdehin cehiz əşyalarını aparmaması fərdi yaşayış evinin mülkiyyətçisi kimi onun hüquqlarını pozur. Oğlu Yusif nikahı pozulduqdan sonra ailə qurmuşdur və hazırda fərdi yaşayış evi 1 mərtəbəli və 3 otaqdan ibarət olduğuna görə və keçmiş gəlinin Cavabdeh cehiz əşyaları həmin evdə otaqların birində olduğundan darısqallıq yaranmışdır. Cavabdeh şəxs isə gəlin köçərkən gətirdiyi cehiz əşyalarını özü könüllü aparmadığı üçün, məhkəmə qaydasında məcburi qaydada çıxarılmalıdır. Ona görə də məcburiyyət qarşısında qalıb məhkməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Həmçinin göstərdi ki, sözügedən qızına məxsus əşyaları iddiaçının evindən çıxaracaqlar. Lakin iddiaçı tərəf onlara məxsus bəzi əşyaları satmışlar. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Eyni zamanda bildirdi ki, onlar həmin əşyaların satılmasını və dəyərinin onlara ödənilməsini istəyirlər. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, iddiaçının vəkilinin və etibarnamə üzrə nümayəndəsinin və cavabdehin etibarnamə üzrə nümayəndəsininizahatlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********79-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayonu Bum qəsəbəsində İddiaçı adına 152.1 kv.m sahədə olmaqla xüsusi mülkiyyət və 0.59 ha yaşayış mənətəqələrinin torpaqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda hüquq sahibləri olaraq Nümayəndə2 (fərdi ev tam, torpaq ümumi birgə), X3, X6 və X8 (torpaq ümumi birgə) qeyd olunmuşlar. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsitərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya4xx-xx/1698 inventar nömrəli «Fərdi yaşayış evinin texniki pasportu» tərtib edilmişdir. Texniki parsportun torpaq sahəsinin 1:1000 miqyasında planında torpağın situasiya planı, şərti işəralərlə yerləşən tikililər və torpaq sahəsinə dair məlumat əks olunmuşdur. Həmin plandan görünür ki, həyətdə torpaq sahəsi sənəd üzrə 0,59 ha təşkil etməklə, tərəflər arasında mübahisələndirilən ev iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)- 743/2020 nömrəli qətnaməsindən görünür ki,Cavabdeh ilə iddiaçı X8 arasında 05 dekabr 2007-ci il tarixdə bağlanmış və Qəbələ rayon Bum qəsəbə İ.Ə.V tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 51 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 27 sentyabr2008-ci il təvəllüdlü X4, 03 iyun2010-cu il təvəllüdlü X5 və 19 may2013-cü il təvəllüdlü X7 anaları Cavabdeh yanında qalmasının müəyyən edilməsi, iddiaçı X2 12 noyabr 2020-ci il tarixdən başlayaraq, 27 sentyabr2008-ci il təvəllüdlü X4, 03 iyun2010-cu il təvəllüdlü X5 və 19 may2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlanır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. «Akimova Azərbaycana qarşı» işdə də Avropa Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları vəəsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlarda «mülkiyyət» kimi qiymətləndirilə bilər. Göründüyü kimi, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» müstəqil məna daşıyır. «Burdov Rusiyaya qarşı» iş üzrə qərarında Avropa Məhkəməsi bir daha xatırlatmışdır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə, tələb «mülkiyyət» kimi o halda başa düşülə bilər ki, bu tələbin hüquqi cəhətdən realizə edilə bilməsi kifayət qədər müəyyən olunmuş olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öztələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar atətbiq edilməli hüquqnormalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Məhkəmənin mövqeyi: Beləliklə, işin halları ilə müəyyən edilir ki, sözügedən fərdi yaşayış evi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçının oğlu ilə cavabdehnikaha daxil olmuş və iddiaçıya məxsus fərdi yaşayış evində yaşamışlar. Hazırda onların nikahları rəsmi qaydada pozulmuşdur. Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evində yaşamır, lakin cehiz əşyaları həmin fərdi yaşayış evində qalmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********79-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la tərəflər arasında mübahisələndirilən fərdi yaşayış evinin tam hüquq sahibi olaraq İddiaçıdur. İşin bu halı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya verilmiş 4xx-xx/1698 inventar nömrəli «Fərdi yaşayış evinin texniki pasportu»ilə də təsdiq olunur. Məhkəmə mülkiyyət hüququnun müdafiə edilməsini nəzərdə tutan maddi hüquq normalarına əsaslanmaqla iddianın əsaslı olması qənaətinə gəlir. Çünki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, fərdi yaşayış evi iddiaçıya məxsusdur və cavabdehin əşyalarının həmin fərdi yaşayış evində qalması üçün hüquqi zəmin yoxdur. Eyni zamanda cavabdehə izah edilir ki, iddia ərizəsində qeyd olunan cehiz əşyalarından sayı, vəziyyəti və digər xüsusiyyətləri ilə bağlı onun hazırkı iş üzrə iddiaçıya qarşı iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək, həmin sübutlara qiymət verərkən həqiqətin müəyyən edilməsinin məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunmasını, mülki prosesin özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığını nəzəra almaqla belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı məxsus fərdi yaşayış evindən Cavabdeh məxsus otaqlardan birində bağlı vəziyyətdə saxlanılan cehiz əşyaları Cavabdeh tərəfindən evdən məcburi qaydada çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus fərdi yaşayış evindən Cavabdeh məxsus otaqlardan birində bağlı vəziyyətdə saxlanılan cehiz əşyaları Cavabdeh tərəfindən evdən məcburi qaydada çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar