Məhkəmə qərarları › İş №e-2(025)-128/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-128/2024

25.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-128/2024 25.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, aliment tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı X1 və Cavabdeh iştirakları ilə İddiaçı X1 Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixdə anadan olmuş azyaşlı övladı X9 üçün hər ay sabit pul məbləğində 300 manat aliment tutulması, habelə azyaşlı övladına əlavə xərc kimi hər ay 200 manat, uşağın xəstəliyi ilə əlaqədar 100 manat və mediasiya üçün ödədiyi 53 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 1 saylı Bakı “Asan xidmət” mərkəzində xx.xx.2021-ci ildə rəsmi nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2022-ci il tarixli azyaşlı övladları X9 doğulmuşdur. Hal-hazırda azyaşlı övladı Ramal onun himayəsindədir və onunla yaşayır. Ramal tez-tez xəstələnir, iynə, dərman, müalicəyə ciddi ehtiyacı vardır. Lakin o işləmədiyinə görə azyaşlı övladına baxım üçün maddi cəhətdən gücü çatmır və onun valideyinləri ona köməklik göstərirlər. Buna görə də, hər ay 100 manat məbləğində azyaşlı övladına cavabdehdən pul tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85-ci maddəsinə əsasən o uşağı tək böyütdüyünə görə onun 3 yaşına çatana qədər cavabdehdən məcburi qaydada uşağa baxmaq üçün 200 manat məbləğində ana üçün pul tutulmalıdır, həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən uşaqlara baxılması hər bir valideyinin borcudur. Lakin cavabdeh indiyədək öz uşağı ilə maraqlanmamış, hər hansı bir formada maddi və mənəvi köməklik göstərməmişdir. Cavabdehin işi əsasən biznes fəaliyyəti ilə əlaqədar olduğuna görə onun minimum gəliri 1500-2000 manat təşkil edir. Hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinnin 78-ci maddəsinə əsasən cavabdehin gəliri dəyişkən və qeyri-müntəzəm olduğuna görə ondan azyaşlı övladı Ramal üçün 300 manat məbləğində sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin 53 manat mediasiya xərci də onun tərəfindən ödənildiyinə görə həmin xərc də cavabdeh tərəfindən ödənilməlidir. İddiaya etiraz: xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək göstəmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, hal-hazırda "xxxx" MMC-yə məxsus mağazada kassir işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir. Belə olan halda iddiaçının ondan bir uşağa görə aylıq 300 manat aliment tələb etməsi əsassızdır. Çünki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi həcmində aliment tutulur. Qanunvericilikdə bir uşağa görə qazancın ¼ hissəsə ödənilməsi nəzərdə tutulduğu halda ondan bir uşağa görə ayda 300 manat aliment tutulması əsassız və qanunsuzdur. Həmçinin belə bir hal ədalətlidə deyildir. O isə məhkəməyə aylıq əmək haqqının 350 manat olması barədə arayış təqdim edə bilər. İddiaçı Büllürə Bayramova isə onun hər ay 300 manat aliment ödəyə bilməyinə və əlavə gəlirləri olmasına dair iddia ərizəsinə sübut təqdim etməmişdir və təqdim edə bilməsi də mümkünsüzdür. Çünki onun rəsmi gəlirinin nə qədər olması müəyyən olunan haldır. İddiaçı iddia ərizəsində uşağın xəstəliyi əlaqədar ondan hər ay əlavə 100 manat tutulmasını xahiş etmişdir. Bununla da razı deyil. İddiaçı iddia ərizəsində əlavə olaraq uşağın 3 yaşına çatana qədər əlavə olaraq ondan hər ay üçün 200 manat aliment tutulmasını tələb etmişdir. Bununla da razı deyil. Çünki, AR AİLƏ məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Ailə Məcəlləsinin müvafiq maddəsindən göründüyü kimi əlavə xərcin təmin edilməsi üçün onun zəruri vəsaitə malik olmağı önəmlidir. Onun isə aylıq əmək haqqı 350 manatdır. Belə olan halda onun əlavə xərcə cəlb olunması əsassızdır. Onun zəruri vəsaitə malik olması barədə sübut isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Göründüyü kimi iddiaçı iddia ərizəsinə heç bir sübut təqdim etmədən ondan ümumilikdə 600 manat aliment tələb edir ki, bu da əsassızdır. Ona görə də iddia tələbini qismən təmin edilərək, aylıq qazancının ¼ hissəsi miqdarında aliment tutulmasını xahiş edir. Uşaqları saxlamağı hər iki valideynin vəzifəsidir. Bu səbəbdən məhkəmə aliment məbləğini təyin edərkən onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalı olmasını da nəzərə almalıdır. Bu səbəbdən tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalı, aliment məbləği artırılmalıdır. Rəsmi əmək haqqı almaqla aylıq qazancının 350 manat olmasını, uşağa baxmağın həm ananın, həm atanın borcu olmasını nəzərə alaraq iddia tələbinin qismən təmin edilməsi, aylıq gəlirinin ¼ hissəsi miqdarında aliment tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı X6 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, uşaqda müəyyən xəstəliklər vardır. Belə ki, uşağın ürəyində dəlik var, həmçinin başında kista vardır. Lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmir. Eyni zamanda cavabdehin əmək haqqının 350 manat olması ilə razılaşmış. Belə ki, cavabdehin əlavə də gəlirləri vardır. Lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən edərək, iddia ərizəsinə təqdim etdiyi etiraz ərizəsində göstərilənlərə uyğun çıxış edərək göstərdi ki, əslində cavabdehlə barışmaq və ailənin qorunub saxlanılması niyyətindədir. Lakin cavabdeh onun anasına qəbul etməyi üçün aralarında mübahisə yaranmışdır. Həmçinin uşağın xəstəliyi ilə bağlı iddiaçının dedikləri həqiqəti əks etdirmir. Çünki iddiaçının qeyd etdikləri xəstəliklər bütün uşaqlarda var. Rəsmi əmək haqqısı isə 350 manatdır və bununla bağlı da məhkəməyə sübut təqdim etmişdir. İddiaçıdan ayrıldıqdan sonra yenidən ailə qurmaq ehtimalını da nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 470729 nömrəli “nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 ilə Cavabdeh 16 noyabr 2021-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2718 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Bayramov, arvada Bayramova soyadı verilmişdir. İş materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 oktyabr 2022-ci il tarixli, AZ-İV seriyalı, 808015 nömrəli “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 5014 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X2r. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 2023-HR-A255 nömrəli arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də kassir işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir. İş materiallarında olan “X5 X10” 06 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh X5 iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl X5 iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər X5 iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Qəbələ rayonunda fəaliyyət göstərən mediator X8 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.3-cü maddəsinə uyğun olaraq “X5 X10” arayış verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmədə tərəfin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər 16 noyabr 2021-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından 22 sentyabr 2022-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur, tərəflər arasındakı nikah rəsmi qaydada pozulmamış, tərəflərin birgə nikahından anadan olmuş uşaqları ananın yanındadır. İddiaçı iddia ərizəsində uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 300 manat aliment, habelə azyaşlı övladına əlavə xərc kimi hər ay 200 manat, uşağın xəstəliyi ilə əlaqədar 100 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək, aylıq gəlirinin ¼ hissəsi miqdarında aliment tutulmasını xahiş edir. Göstərilənlərə əsasən məhkəmə 22 sentyabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində 200 (iki yüz) manat alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. Məhkəmə belə qənaətə gələrkən iddiaçının cavabdehin hər ay 300 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını, cavabdehin əmək haqqının 350 manat olmasını nəzərə alır. İddiaçının azyaşlı övladına əlavə xərc kimi hər ay 200 manat aliment tələb etməsi ilə bağlı məhkəmə onu qeyd edir ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Sözügedən maddənin tələbindən göründüyü kimi, iddiaçının cavabdehin uşağın 3 yaşına qədər aliment tələb etməsi üçün tərəflər arasında nikah pozulmalıdır. Hazırkı halda isə iddiaçı və cavabdeh arasında nikah pozulmamışdır. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddiaçının uşağın xəstəliyi ilə əlaqədar 100 manat aliment tələbi ilə bağlı qeyd edir ki, iddiaçı uşağın xəstəliyinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə tərəfin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, 22 sentyabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment tutularaq iddiaçı X3 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olan iddialarda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçıların dövlət rüsumunu ödəməkdən azad olunduğu nəzərə Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən 44 (qırx dörd) manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmədə işə baxılması ilə əlaqədar məsrəflərə mediasiya xərci daxil deyildir və həmin xərclərin tərəflərdən tutulması qaydası “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsi ilə tənzimlənir. Belə ki, Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X5 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X5 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iş materiallarından da göründüyü kimi Cavabdeh X5 üzrsüz səbəbdən iştirak etmədiyindən, mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 53 manat mediasiya xərcini iddiaçı ödədiyindən, Cavabdeh 53 manat məbləğində mediasiya xərci tutularaq X3 verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, 22 sentyabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment tutularaq iddiaçı X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Cavabdeh 53 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı X3 verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar