Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1427/2021 23.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Kreditor "xxxx" MMC-nin Borclu qarşı əmr icraatı qaydasında “borcun və ona hesablanmış cərimənin tutulması” barədə ərizəsini nəzərdən keçirib, Müəyyən etdi: Kreditor "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək, 06.07.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 17.07.2021-ci il tarixinə yaranmış 365 manat əsas, 109 manat cərimə, cəmi 474 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Borclu tutularaq "xxxx" MMC-yə ödənilməsinə dair məhkəm əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirdib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-cı maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. "xxxx" MMC ilə Borclu arasında bağlanmış 06.07.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC alıcıya 395 manat dəyərində “Samsung A115” markalı mobil telefonu kreditlə - nisyə satmış və Borclu telefonu qəbul etdiyi tarixdən bu malın dəyəri olan 395 manatı ödəməyi öhdəsinə götürmüşdür. Ərizədən görünür ki, Borclu 365 manat əsas borcu vardır. Həmin əsas borca 109 manat cərimə hesablanmışdır. Alqı-satqı müqaviləsinin müddəti 06.07.2021-ci il tarixdə bitmişdir. Hazırda həmin müqavilə üzrə əsas borcun və cərimənin tutulması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-423-ci maddələrində nəzərdə tutulmuş qaydaya riayət edilməlidir. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslansa da, hazırki ərizə üzrə məhkəmə əmrinin verilməsi Azərbaycan Respublikası MPM-nin 276.1-cı maddəsi ilə müəyyən edilmiş əsaslarının (tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması) mövcudluğunu istisna edir. Azərbaycan Respublikası MPM-nin 279.2.3-cu maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa ərizənin qəbul olunmasından imtina edir. Həmin məcəllənin 279.2.4-cu maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 279, 279.2.3-cı maddələrini rəhbər tutaraq, Qərara aldı: Kreditor "xxxx" MMC-nin Borclu qarşı əmr icraatı qaydasında “borcun və ona hesablanmış cərimənin tutulması” barədə məhkəmə əmrinin çıxarılması haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1427/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1427/2021
23.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver