Məhkəmə qərarları › İş №e-2(025)-146/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-146/2024

20.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-146/2024 20.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “uşağın atadan mənşəyinin müəyyən olunması, iddiaçının atalığı müəyyən olunmadığı halda doğum haqqında şəhadətnamədə iddiaçının atası kimi göstərilməsi barədə qeydin etibarsız sayılması və ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: uşağın atadan mənşəyinin müəyyən olunması, doğum şəhadətnaməsində qeydin etibarsız sayılması və ləğv edilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “04 avqust 2022-ci ildə anası Cavabdeh doğulmuş övladı Elcan İsayevin atadan mənşəyinin müəyyən olunması, iddiaçının atalığı müəyyən olunmadığı halda Qəbələ Regional «Asan Xidmət» mərkəzinin Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında 10 avqust 2022-ci il tarixli 744 №-ilə qeydə edilmiş 758803 saylı doğum haqqında X11 adına tərtib olunmuş şəhadətnamədə iddiaçının atası kimi göstərilməsi barədə qeydin etibarsız sayılması və ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “04 avqust 2022-ci ildə anası Cavabdeh doğulmuş övladı Elcan İsayevin atadan mənşəyinin müəyyən olunması, iddiaçının atalığı müəyyən olunmadığı halda Qəbələ Regional «Asan Xidmət» mərkəzinin Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında 10 avqust 2022-ci il tarixli 744 №-ilə qeydə edilmiş 758803 saylı doğum haqqında X11 adına tərtib olunmuş şəhadətnamədə iddiaçının atası kimi göstərilməsi barədə qeydin etibarsız sayılması və ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 avqust 2022-ci ildə anası Cavabdeh doğulmuş övladı Elcan İsayevin atadan mənşəyinin müəyyən olunması, iddiaçının atalığı müəyyən olunmadığı halda Qəbələ Regional «Asan Xidmət» mərkəzinin Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında 10 avqust 2022-ci il tarixli 744 №-ilə qeydə edilmiş 758803 saylı doğum haqqında X11 adına tərtib olunmuş şəhadətnamədə iddiaçının atası kimi göstərilməsi barədə qeydin etibarsız sayılması və ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı və iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı 04 avqust 2022-ci il təvəllüdlü X16 adlı uşağın bioloji atası olmadığı üçün Qəbələ Regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında 10 avqust 2022-ci il tarixli 744 nömrə ilə X11 adına qeyd edilməklə adına tərtib olunmuş 758803 saylı doğum haqqında şəhadətnamədə İddiaçı atası kimi göstərilməsi barədə qeydin etibarsız sayılması və həmin qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 17 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında X3, 23 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında isə Qəbələ rayon Qeydiyyat Şöbəsi mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İşin faktiki halları: İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 18 iyul 2006-cı il tarixdə Göyçay rayon VVADQ şöbəsində nikah bağlamışlar. Həmin nikah 18 iyul 2006-ci il tarixdə Göyçay rayon VVADQ şöbəsinin nikahın bağlınması haqqında akt qeydləri kitabında 201 №-ilə qeyd edilmiş və bununla bağlı bu şəxslərə AZ-İ №243028 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Nikah bağlayandan sonra iddiaçı və cavabdeh Qəbələ şəhərində müxtəlif ünvanlarda kirayə mənzil tutaraq birlikdə yaşamışlar. 2011-ci ildə iddiaçı və cavabdeh Qəbələ şəhərində 28 May küçəsində «Sport otel»-in yaxınlığında yerəşən evə köçərək yaşamışlar. 2011-ci ildən onların yaşadıqları evin qonşuğunda yerləşən evə ailəsi ilə birlikdə Qəbələ rayonun Laza kənd sakini X4 (tel.*** *** ** **) köçərək orada yaşamağa başlamışlar, onların iddiaçı və cavabdehlə yaxın dostluq və ailəli münasibətləri yaranmışdır. 2013-cü ildə iddiaçı və cavabdehin birgə nikahlarından Ömər adlı övladları doğulmuşdur. Əvvəl cavabdehin anası uşağa baxmağa köməklik edirmiş, sonra isə cavabdeh Öməri uşaq bağçasına yerləşdirmişdir. İddiaçı həmişə gündəlik 8 saatlıq növbə ilə Qəbələ şəhərində yerləşən «Jalə» Konserv zavodunda operator kimi işləyirmiş və hazırda da işləyir. Cavabdeh toydan sonra əvvəl Qəbələ Regional «Asan Xidmət» mərkəzində, 2017-ci ilin noyabr ayından isə Qəbələ rayonun keçmiş Küsnət kəndinin ərazisində yerləşən Azərbaycan Respublikası Prezidentinin Aparatına məxsus «İqamətkah» deyilən idarədə işləmişdir. Cavabdeh 04 avqust 2022-ci ildə Elcan adlı uşağı doğmuşdur. Qəbələ Regional «Asan Xidmət» mərkəzinin Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında 10 avqust 2022-ci il tarixli 744 №-ilə qeydə edilmiş 758803 saylı İsayev Elcanın adına olan doğum haqqında şəhadətnamədə İddiaçı atası kimi göstərilmişdir. Cavabdeh əvvəl uşaqlara baxmaq üçün köməyinə anasını çağırmışdır. Anası xəstələnib evinə qayıdandan sonra cavabdeh əvvəllər tanıdığı Göyçay şəhəri sakini hazırda Bakı şəhəri Xətai rayonu S.Mehmandarov küçəsi 22B №-li evinin 10 saylı mənzildə yaşayan (mobil telefon nömrəsi *** *** ** **) olan tanışları X7 uşaqlarına baxmaq üçün yaşadıqları ünvanına dəvət etmişdir. Mehriban iddiaçının və cavabdehin ümumi razılıqları əsnasında onlardan bu müqabilində hər ay 300 manat maaş almaq şərti ilə 02 may 2023-cü il tarixdə bu məqsədlə Qəbələ şəhərinə evlərinə gələrək uşaqlarına baxmağa başlamışdır. 2023-cü ilin iyun ayında X18 İsayevanın yuxarıda qeyd olunan X4 ilə dəfələrlə intim əlaqədə olduğunu iddiaçıya demişdir. İddiaçı bu barədə cavabdehlə müvafiq söhbət etmiş və Cavabdeh ərinə həqiqətən də, dəfələrlə Nəsimi ilə intim əlaqədə olduğunu, doğduğu Elcan adlı uşağın həqiqi atasının da məhz Nəsimi olduğunu iddiaçının üzünə qarşı etiraf etmişdir. İddiaçı arvadından da xəyanətin etməsi barədə eşidən kimi nikahın pozulması, atalığın müəyyən edilməsi mübahisənin araşdırılması ilə Qəbələ 1 saylı Mediasiya Təşkilatının mediatoru X5 müraciət etmişdir. Mediasiya prosessinin nəticəsində mediator tərəfindən mübahisənin tərəflərin qarşırıqlı, razılaşması ilə həllinin mümkünsülüyü müəyyən edilmişdir. Bununla bağlı mediator tərəfindən MSQ/MT035-2023-327 nömrəli xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Belə vəziyyətdə də, iddiaçı 04 avqust 2022-ci ildə Cavabdeh doğulmuş övladı Elcan İsayevin atadan mənşəyinin müəyyən olunması, iddiaçının atalığı müəyyən olunmadığı halda Qəbələ Regional «Asan Xidmət» mərkəzinin Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında 10 avqust 2022-ci il tarixli 744 №-ilə qeydə edilmiş 758803 saylı doğum haqqında X11 adına tərtib olunmuş şəhadətnamədə iddiaçının atası kimi göstərilməsi barədə qeydin etibarsız sayılması və ləğv edilməsi iddia tələbi ilə məhkəməyə müraciət etməyə qərara gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, ekspert rəyi nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. 25 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında üçüncü şəxs qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, iddiaçı və cavabdeh ilə qonşudurlar. Arada bir-birlərinə ailəvi qonaq gedib-gəlirlər. Lakin Cavabdeh ilə heç bir münasibəti olmamışdır. Onların evlərində dayə işləyən xanımla tanışlığı olmuşdur. Onunla da sadəcə telefon danışıqları olmuşdur. 20 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında X10 şahid qismində izahatında göstərmişdir ki, 2023-cü ilin may ayının ikisindən onların uşaqlarına baxmışam. 2007-ci ildən bu ailə tanışıq. İddiaçı ilə onun rəhmətlik yoldaşı iş yoldaşı olmuşdur. Ona zəng edərək, ayda 300 manat verilməklə dayə olmağı təklif etmişlər. Dayə işlədiyi müddətdə uşaqların yeməyi, dərsləri ilə məşğul olmuşdur. Bir müddət sonra onu bir telefon nömrəsi narahat etməyə başlamışdır. Nömrəsinin kim verdiyinin araşdırmağa başlamışdır. Günaydan nömrəsinin kiməsə verib-vermədiyini soruşmuşdur. Əvvəlcə Günay bunu təkzib etmişdir. Sonra isə Günay dayəliyə görə nömrəsini Nəsimiyə verdiyini, gah da onun telefonundan götürdüyünü bildirmişdir. Daha sonra Nəsimi adlı şəxs onun nömrəsinə mesaj yazaraq onu təhdid etməyə başlamışdır. Belə olub Nəsimi adlı şəxsi şikayət vermişdir. Sonradan uşaqlardan biri ona evlərindən gedib-getməyəcəyini soruşmuşdur. Günayın Nəsimi ilə münasibəti olduğundan onu dayəlikdən çıxartmaq qərarına gəlmişlər. Üçüncü şəxslər X2 və Qəbələ rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, X3 və Qəbələ rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən üçüncü şəxslər X1 və Qəbələ rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Göyçay rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-ci il tarixli, AZ-İ seriyalı, 243028 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 18 iyul 2006-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 201 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsayev, arvada İsayeva soyadı verilmişdir. İş materiallarında olan Qəbələ Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2022-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 744 № ilə qeyd edilmişdir. Anası Cavabdeh, atası İddiaçıdur. Qəbələ Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 2(025)-146/2024 nömrəli qərardadı ilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilmiş, iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinə göndərilmiş, ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: 04 avqust 2022-ci il təvəllüdlü X16, İddiaçı oğludurmu (ondan törəmişdirmi?) ? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X13” X19 100/2024-MTB saylı rəyində göstərilmişdir ki, 1 saylı cədvəldə göstərilən, beynəlxalq praktikada geniş istifadə olunan və digər ölkələrdə genetik testlərdə sınaqlardan uğurla çıxmış GlobalFilerTM İQC PCR Amplification Kit reaktiv dəstinə daxl olan 24 müxtəlif STR lokusdan 24-ü (cədvəl 1, 1-24 saylı STR lokuslar) üzrə uşaq X16 (C) ilə güman olunan ata İddiaçı arasında atalığın müəyyən olunması üzrə keçirilən DNT testi zamanı aşağıdakı nəticələr alınmışdır (cədvəl 2): Testin keçirilməsi üçün götürülən 24 STR lokusdan 24-ü (1-24 saylı STR lokuslar) üzrə təyinat aparmaq mümkün olmuşdur (cədvəl 2). Nəticələrin etibarlı hesab olunduğu 21 (1-21 saylı STR lokuslar) autosom STR lokusların hər biri üzrə uşağın (C) və ananın (M) DNT profillərində uyğunluq aşkarlanmışdır. 2 saylı cədvəldən göründüyü kimi, nəticələrin etibarlı hesab olunduğu 21 (1-21 saylı STR lokuslar) autosom STR lokusların hər biri üzrə testdə iştirak edən uşağın (C) və güman olunan atanın (F) DNT profillərində isə ən azı bir ortaq allel aşkarlanmamışdır. Nəticələri aşağıdakı kimi interpretasiya etmək olar: 1) Amelogeninlə nəticələr reallığa uyğun gəlmişdir - testə uğradılan uşaq oğlandır. Cinsi xromosomda yerləşən digər iki kontrol lokus (22 saylı DYS391 və 23 saylı Yindel STR lokusları) üzrə də nəticələr də bunu təsdiqləmişdir (həmin lokuslar üzrə spesifik allellər aşkarlanmışdır). Lakin DY391 STR lokusu üzrə güman olunan ata ilə uşaq arasında uyğunsuzluq aşkarlanmışdır. 2) Testə uğradılan şəxslərin genotiplərində (uşaq və güman olunan ata) 11 halda (D3S1358, vWA, D16S639, D8S1179, D2S441, THO1, D22S1045, D13S317, D7S820, SE33 və D12S391 STR lokusları üzrə) tam şəkildə uyğunluq aşkarlanmışdır (uyğun obliqat allellər yağlı şriftlərlə, altından xətt çəkilməklə göstərilmişdir). 3) Bir halda (FGA STR lokusu üzrə) testə uğradılan uşaqla güman olunan ata arasında uyğun allel (24) aşkarlansa da, uşaq həmin alleli birqiymətli olaraq anadan mənimsədiyi və uşağın profilində nə anaya, nə də güman olunan ataya məxsus olmayan, yəni üçüncü şəxsə, gigər ataya məxsus allel (21 saylı allel) aşkarlandığına görə həmin lokus üzrə nəticələr "uyğundur, lakin nəticə neqativdir" kimi qiymətləndirilmişdir. 4) Qalan 9 autosom STR lokuslar (CSF1PO, TPOX, D21S11, D18S51, D19S433, D5S818, D10S1248, D1S1656 və D2S1338 STR lokuslar) üzrə isə tam şəkildə uyğunsuzluq aşkarlanmışdır (nəticələr xüsusi sütunda uyğun deyil kimi qiymətləndirilmişdir). Beləliklə, genetik test nəticəsində testə uğradılan güman olunan ata (F) ilə uşaq (C) arasında tam şəkildə uyğunluq aşkarlanmamışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olmadığını göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəzərə alınaraq, İddiaçı ekspertizaya təqdim olunmuş Elcan Yədulla oğlu adlı uşağın bioloji atası olması inkar olundu. İş materiallarında olan “X14 Verilməsi Barədə” 17 noyabr 2023-cü il tarixli, MŞQ/MT035- 2023-327 nömrəli protokoldan görünür ki, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildiyinə görə mediasiya prosesisinə xitam verilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Qəbələ rayonunda fəaliyyət göstərən mediator X6 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 32.1.2-ci maddəsinə uyğun olaraq ““X14 Verilməsi Barədə” protokol verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 43-cü maddəsinə əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır; 45.1-ci maddəsində göstərilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər; 45.2-ci maddəsinə görə, uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər; 46.1-ci maddəsinə əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar; 47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 47.2-ci maddəsinə görə, bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X13” X19 100/2024-MTB saylı rəyinin nəticə hissəsində göstərilənlər iddia ərizəsinin təmin edilməsi üçün əsas verir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X13” X19 100/2024-MTB saylı rəyində göstərilmişdir ki, genetik test nəticəsində testə uğradılan güman olunan ata (F) ilə uşaq (C) arasında tam şəkildə uyğunluq aşkarlanmamışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olmadığını göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəzərə alınaraq, İddiaçı ekspertizaya təqdim olunmuş Elcan Yədulla oğlu adlı uşağın bioloji atası olması inkar olunmuşdur. Beləliklə də, X11 atasının İddiaçı olmaması müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, X11 atasının İddiaçı olmaması müəyyən edildiyindən Qəbələ Regional «Asan Xidmət» mərkəzinin Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında 10 avqust 2022-ci il tarixli 744 nömrə ilə X11 adına tərtib edilmiş 758803 saylı doğum haqqında şəhadətnamədə İddiaçı ata kimi göstərilməsi barədə qeyd etibarsız hesab edilməli və həmin qeyd ləğv edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 04 avqust 2022-ci il tarixdə doğulmuş X11 atası olmaması müəyyən edilməklə Qəbələ Regional «Asan Xidmət» mərkəzinin Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında 10 avqust 2022-ci il tarixli 744 nömrə ilə X11 adına tərtib edilmiş 758803 saylı doğum haqqında şəhadətnamədə İddiaçı ata kimi göstərilməsi barədə qeyd etibarsız hesab edilməli və həmin qeyd ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 04 avqust 2022-ci il tarixdə doğulmuş X11 atası olmaması müəyyən edilməklə Qəbələ Regional «Asan Xidmət» mərkəzinin Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında 10 avqust 2022-ci il tarixli 744 nömrə ilə X11 adına tərtib edilmiş 758803 saylı doğum haqqında şəhadətnamədə İddiaçı ata kimi göstərilməsi barədə qeyd etibarsız hesab edilsin və həmin qeyd ləğv edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar