Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1597/2025 17.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X7 İddiaçı Cavabdeh qarşı “ailə başçısının ölümü nəticəsində zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ailə başçısının ölümü nəticəsində zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia qaldıraraq Cavabdeh təqsirindən Bakı şəhəri, Parlament prospektində baş vermiş yol nəqliyyat hadisəsində ölmüş X4 ilə birgə nikahdan doğulmuş 13 avqust 2015-ci il təvəllüdlü X5 və 24 mart 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər biri üçün hər ay 246 (iki yüz qırx altı) manat yaşayış minimumu məbləğində, ümumilikdə 492 (dörd yüz doxsan iki) manat sabit pul məbləğində dolanışıq xərci, 8000 (səkkiz min) manat məbləğində dəfn xərci, 400 (dörd yüz) manat hüquqi xidmət haqqı, 144,0 (yüz qırx dörd) manat dövlət rüsumu tutulması və dəymiş mənəvi zərərin hesablanaraq ödənilməsoi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə olan elektron informasiya mənbəyinin məlumatına əsasən Cavabdeh Babək rayonu, Nehrəm kəndində daimi qeydiyyata alınmışdır. AR MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.6-cı maddəsinə görə xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə belə hesab edir ki, iş üzrə Cavabdeh Babək rayonu, Nehrəm kəndində daimi qeydiyyata alındığına və ölümlə nəticələnən yol nəqliyyat hadisəsi (ziyan vurma yeri) Bakı şəhəri, Səbail rayonu ərazisində baş verdiyinə görə işə Qəbələ rayon məhkəməsində baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “ailə başçısının ölümü nəticəsində zərərin əvəzinin ödənilməsi” tələbinə dair idida ərizəsi geri qaytarılsın. İddiaçı X1 nümayəndəsi Nümayəndə tərəfindən X3 hesabına ödənilmiş 144.00 (bir yüz qırx dörd) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-1597/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1597/2025
17.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver