Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1717/2025 03.03.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X8 Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Abdulkərı̇ mova Tahı̇ rə Heybət qızının cavabdeh Abdulkərı̇ mova Məhəbbət Nəcməddı̇ n qızına qarşı "əmlakın çıxarılması" tələbi barədə iddia dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Abdulkərı̇ mova Tahı̇ rə Heybət qızının cavabdeh Abdulkərı̇ mova Məhəbbət Nəcməddı̇ n qızına qarşı "əmlakın çıxarılması" tələbi barədə iddia qaldırıb Cavabdeh məxsus olan əşyaların (şkaf, servant (içərisinə yığılmış əşyalarla birlikdə), termo (güzgüsü ilə birlikdə), 2 ədəd çarpayı (yorğan-döşək, örtük və s.), xalça, termo, 5 ədəd stul, qazanlar, podnus, balınclar, sandıq) ona məxsus olan Qəbələ rayonu, Şamılı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh 1992-ci ildə X2 ilə evlənərək İddiaçı məxsus olan Qəbələ rayonu, Şamılı kəndində yerləşən fərdi yaşayış evinə köçmüş və özünə məxsus olan məişət əşyalarını gətirərək həmin evdə yerləşdirmişdir. Cavabdeh həmin nikahdan uşaqları olmamış və 2025-ci ildə boşanıb başqa yaşayış sahəsinə köçməsinə baxmayaraq özünə məxsus olan əşyaları (şkaf, servant (içərisinə yığılmış əşyalarla birlikdə), termo (güzgüsü ilə birlikdə), 2 ədəd çarpayı (yorğan-döşək, örtük və s.), xalça, termo, 5 ədəd stul, qazanlar, podnus, balınclar, sandıq) aparmayaraq evin yaşayış sahəsini tutmaqla mülkiyyətçinin ailə üzvlərinin mənzil hüququnu pozmuşdur. Ona görə də, Cavabdeh məxsus olan həmin əşyaların Qəbələ rayonu, Şamılı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması haqqında iddia qaldırmışdır. İşdə olan Qəbələ rayon məhkəməsinin xx.xx.2025-ci il il tarixli e-2(025)-375/2025 saylı qətnaməsinin surətinə əsasən Cavabdeh ilə X2 arasında 01 noyabr 1992-ci il tarixdə 57 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. “Elektron məhkəmə” İnformasiya Sisteminin məlumatına əsasən Cavabdeh Qəbələ rayonu, Şamılı kəndində qeydiyyatdadır. İşdə olan JN 106 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən planda yeri təyin olunmuş Qəbələ rayonu, Şamılı kəndində yerləşən 0,75 ha torpaq sahəsi (fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə X1, X5 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. Torpağın qaiməsinə əsasən həyətyanı sahədə ümumi sahəsi 65,96 kv/m olan yaşayış evi və sahəsi 147,56 kv/m başqa tikililər mövcuddur. İşdə olan AZ-İ 173513 nömrəli “ölüm haqqında” şəhadətnamənin surətinə əsasən X1 xx.xx.2005-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İİ 381190 nömrəli “ölüm haqqında” şəhadətnamənin surətinə əsasən X5 xx.xx.2012-ci il tarixdə ölmüşdür. AR Ailə Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh Abdulkərı̇ mova Tahı̇ rə Heybət qızının artıq ailə üzvü hesab edilmədiyindən ona məxsus olan Qəbələ rayonu, Şamılı kəndində yerləşən fərdi yaşayış evində yaşayış sahəsindən istifadə hüququnu itirmişdir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Abdulkərı̇ mova Tahı̇ rə Heybət qızına məxsus olan Qəbələ rayonu, Şamılı kəndində yerləşən fərdi yaşayış evindən özünə məxsus olan əşyaları (şkaf, servant (içərisinə yığılmış əşyalarla birlikdə), termo (güzgüsü ilə birlikdə), 2 ədəd çarpayı (yorğandöşək, örtük və s.), xalça, termo, 5 ədəd stul, qazanlar, podnus, balınclar, sandıq) çıxarıb evin yaşayış və köməkçi sahəsini boşaldaraq mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoymalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh Abdulkərı̇ mova Məhəbbət Nəcməddı̇ n qızına məxsus olan əşyalar (şkaf, servant (içərisinə yığılmış əşyalarla birlikdə), termo (güzgüsü ilə birlikdə), 2 ədəd çarpayı (yorğan-döşək, örtük və s.), xalça, termo, 5 ədəd stul, qazanlar, podnus, balınclar, sandıq) iddiaçı Abdulkərı̇ mova Tahı̇ rə Heybət qızına məxsus olan JN 106 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri göstərilən Qəbələ rayonu, Şamılı kəndində yerləşən 0,75 ha torpaq sahəsi üzərindəki fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1717/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1717/2025
03.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver