Məhkəmə qərarları › İş №e-2(025)-1718/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1718/2024

27.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1718/2024 27.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X2 iddiaçılar, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı icra sənədi üzrə tələbin ödənilməməsi nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsi tələbi barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı icra sənədi üzrə tələbin ödənilməməsi nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq borclu “Azəriqaz” İB-dən 1029,0 manat tutularaq onlara verilməsi barədə Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)1070/2024 saylı icra sənədinin icra olunmaması nəticəsində dəymiş mənəvi zərərin ödənilməsindən ötrü Bakı şəhəri, Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cavabdeh 1800,0 manat və 38,0 manat dövlət rüsumu tutulub onların xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda qeyd olunan əsaslara görə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilə bilməz. “İcra haqqında” AR Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Həmin Qanunun 87.4-cü maddəsinə əsasən icra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir. AR Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. İddia ərizəsində Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)1070/2024 saylı icra sənədinin icra olunmamasında icra məmuru Cavabdeh təqsirinin nədə ifadə olunduğu (hərəkətləri və ya hərəkətsizliyi) göstərilməmiş və tələblə əlaqələndirilərək bunu təsdiq edən mümkün sübutlar (inzibati məhkəmənin qərarı və.s.) əlavə edilməmişdir. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 149.4-cü maddəainə əsasən iddia ərizəsində mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsində iddia tələbinin əsasını təşkil edən fakt və hallar göstərilmədiyindən və onları təsdiq edən sübutlar təqdim olunmadığından iddiaçılar, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı icra sənədi üzrə tələbin ödənilməməsi nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçılar, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı icra sənədi üzrə tələbin ödənilməməsi nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı1 tərəfindən X1 hesabına ödənilmiş 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu İddiaçı1 geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar