Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1830/2025 03.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin təyin edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə YY Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı "aliment" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib birgə nikahdan doğulmuş 12 oktyabr 2008-ci il təvəllüdlü X7 və 27 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, X7 ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və Qəbələ rayonu, Zarağan-2 şəhərciyində onunla birlikdə yaşamışlar. Onların birgə nikahdan 12 oktyabr 2008-ci il təvəllüdlü X7 və 27 sentyabr 2010-cu il təvəllüdlü X4 adında uşaqları olmuş, münasibətləri pozulduğundan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-530/2024 nömrəli qətnaməsi ilə boşanmışlar. X7 ona maddi köməklik etmədiyindən o, uşaqların maddi və sair ehtiyaclarını indiyədək təkbaşına ödəmiş və kifayət qədər gəlirləri olmadığından çətinlik çəkmişdir. Ona görə də, birgə nikahdan doğulmuş 12 oktyabr 2008-ci il təvəllüdlü X7 və 27 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulması barədə iddia qaldırmışdır. Cavabdeh izahatında göstərmişdir ki, o, xx.xx.2007-ci il tarixdə tarixdə İddiaçı ilə rəsmi nikaha daxil olaraq evlənmiş, onların birgə nikahdan 12 oktyabr 2008-ci il təvəllüdlü X7 və 27 sentyabr 2010-cu il təvəllüdlü X4 adında uşaqları olmuş, İddiaçı xəyanətinə görə münasibətləri pozulduğundan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-530/2024 nömrəli qətnaməsi ilə boşanmışlar. Nikahın pozulmasından sonra birgə nikahlarından doğulmuş uşaqları ananın himayəsində qalmışdır. İddiaçı səhvini bildiyi üçün indiyədək aliment tələb etməmişdir. Halhazırda fəhləlik edərək şəxsi təlabatını günəmuzd işlərin görülməsindən əldə etdiyi qazancla çətinliklə ödəyir və başqa gəlirləri yoxdur. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-530/2024 nömrəli qətnaməsinin surətinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli 33 nömrəli nikah akt qeydi pozulmuş, birgə nikahdan doğulmuş 12 oktyabr 2008-ci il təvəllüdlü X7 və 27 sentyabr 2010-cu il təvəllüdlü X4 ananın himayəsinə verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, AZ-İ 474581 nömrəli “nikahın pozulması haqqında şəhadatnamə”nin surətinə əsasən Cavabdeh ilə İddiaçı nikahları Qəbələ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-530/2024 saylı qətnaməsi ilə pozulmuş və bu barədə Qəbələ rayon Qeydiyyat şöbəsinin nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 67 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İİ 676488 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətinə əsasən İddiaçı doğulmuş 12 oktyabr 2008-ci il təvəllüdlü X2 Ramil Əkbər oğlundan törəmişdir. İşdə olan AZ-İİ 676489 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətinə əsasən İddiaçı doğulmuş 27 sentyabr 2010-cu il təvəllüdlü X1 Ramil Əkbər oğlundan törəmişdir. «Uşaq hüquqları haqqında» AR Qanunun 13-cü maddəsinə əsasən uşağın AR qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. AR Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə üçdə bir hissəsi, üç və daha çox uşağa görə isə qazancının aliment verməyə borclu olan valideynin qazancının və ya başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsaəsn valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilmişdir. AR Ali Məhkəməsi Plenumunun «nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndində izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunverciliyi ilə müəyyən edilmiş minimum dolancaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. AR Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, birgə nikahdan doğulmuş 12 oktyabr 2008-ci il təvəllüdlü X7 və 27 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü İddiaçı xeyrinə Cavabdeh hər ay sabit pul məbləğində aliment tutulmalı, alimentin miqdarı müəyyən edilərkən ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu və uşaqların baxımı ilə əlaqədar ananın işləmək imkanının məhdud olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Birgə nikahdan doğulmuş 12 oktyabr 2008-ci il təvəllüdlü X7 və 27 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü İddiaçı xeyrinə Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın və dərhal icra olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-1830/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1830/2025
03.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver