Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-301/2022 27.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpağın alqı-satqısına dair əqdin etibarlı sayılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpağın alqı-satqısına dair əqdin etibarlı sayılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Cavabdeh qarşı “torpağın alqı-satqısına dair əqdin etibarlı sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Böyük Pirəlli kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair 18 mart 2005-ci il tarixli müqavilənin etibarlı sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, 18 mart 2005-ci il tarixdə Qəbələ rayonu Böyük Pirəlli kənd sakini, Cavabdeh mərhum atası, qohumu X7 ilə torpaq alqı-satqı müqaviləsi imzalamışdır. Həmin torpaq sahəsinin alqı-satqı müqaviləsi yazılı formada tərtib olunan zaman torpağın Şəhadətnaməsi hazır deyildi. Razılaşmaya əsasən torpağın pulunu tam ödəyərək almışdır. Alqı-satqı müqaviləsinə əsasən üzərimə düşən bütün öhdəlikləri tam yerinə yetirmişdir. Həmin alqı-satqı müqaviləsini imzalayan zaman X1 onun ailə üzvlərinin mülkiyyəti olduğunu, Şəhadətnamə hazırlanan zaman ailə başçısı kimi onun adının Şəhadətnamədə qeyd ediləcəyini bildirmişdir. Torpaq sahəsini ona satan zaman qohumu X7 arvadının xəstə olduğunu və onun müalicəsi üçün pula ehtiyacının olduğunu bildirmişdir. Eyni zamanda o, oğlu, hazırki iş üzrə Cavabdeh Azərbaycanda olmadığı üçün 03 mart 2005-ci il tarixdə onun yanımda onunla telefon əlaqəsi saxlamış, anasının müalicəsi üçün pula ehtiyac olduğuna görə torpağı satmaq istədiyini bildirmişdir. Cavabdeh də razılaşmış, ona 200-300 ABŞ dolları pul saxlamasını atasından xahiş etmiş, Qəbələyə qayıtdıqdan və Şəhadətnamə hazır olduqdan sonra alqı-satqı müqaviləsinin notariat qaydada təsdiq olunması üçün atası ilə birlikdə imza edəcəyinə söz vermişdir. Alqı-satqı müqaviləsində qeyd edildiyi kimi X1 Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hazır olan kimi heç bir tələb qoymadan Şəhadətnaməni ona verəcəyi barədə öhdəlik götürmüş və həmin öhdəliyi yerinə yetirmişdir. JN-201A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair həmin Şəhadətnamə yaxın vaxtlara qədər məndə olmuşdur. Məhkəmədə əldə etdiyimiz razılaşmaya əsasən, cavabdeh notariat ofisində torpağı mənə satacağı görüntüsü yaradaraq, aldatma yolu ilə Şəhadətnaməni məndən almışdır. Onu da qeyd edim ki, həmin alqı-satqı müqaviləsi vəkil Firiddun Osmanov tərəfindən tərtib olunmuşdur. Firiddun Osmanov hal-hazırda da vəkil kimi fəaliyyət göstərir. Lakin ona məlum olmayan səbəbdən Şəhadətnamədə yalnız Cavabdeh adı yazılmış, atası X3 isə ailə başçısı kimi adı Şəhadətnamədə qeyd edilməmişdir. Bu barədə onun son illərdə məlumatı olmuşdur. Torpaq sahəsinin alqı-satqı müqaviləsini imzaladıqdan və Şəhadətnamənin əslini ona təqdim etdikdən bir müddət sonra X7 vəfat etmişdir. Bundan başqa həmin torpaq sahəsinin kənarlarına mişar daşı ilə divar hördürərək həyətyanı torpaq sahəsində ev və yardımçı tikililər inşa etdirmişdir. Təxminən 2017-ci ildə tikinti işləri başa çatdıqdan sonra evə və həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq adına çıxarış verilməsini DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsindən xahiş etmək istəmişdir. Lakin cavabdehin özünün də razılığı ilə mərhum atası X3 imzaladığı alqı-satqı müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməsi səbəbindən həmin mülkiyyəti adına rəsmiləşdirə bilməmişdir. 2005-ci ildən 2017-ci ilə qədər cavabdeh bir dəfə də olsa ondan torpaq sahəsini geri tələb etməmişdir. Bu da onda onun istənilən vaxt mərhum atasının vərəsəsi kimi alqı-satqı müqaviləsinin notariat qaydada təsdiq olunması üçün imza edəcəyi inamını yaratmışdır. Qeyd edilən torpaq sahəsini o alan zaman həmin torpaq sahəsində 20 il əvvəl inşa edilmiş dağınıq vəziyyətdə ev bünövrəsi var idi. Müqavilə imzalanan zaman bünövrənin dəyərini də nəzərə almaqla mərhuma razılıq əsasında 1200 ABŞ dolları pul ödəmişdir. Həmin bünövrəni o, bərpa edərək üzərində ev inşa etdirmişdir. Hal-hazırda da ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Ev inşa etdirdiyi həmin torpaq sahəsinin kənarlarını bağlayaraq 2005-ci ildən hal-hazıradək istifadə edir. Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(025)-108/2018 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh ona qarşı ailə üzvləri ilə birlikdə JN- 201A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən mülkiyyətində olan 0.14 ha torpaq sahəsindən çıxarılmağına dair iddia tələbi təmin olunmuşdur. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Həmin icra işi üzrə 0.14 ha torpaq sahəsinin ona məxsus fərdi yaşayış evinin yerləşdiyi 120 kv.metr hissəsi çıxılmaqla qalan 0.12.8 ha torpaq sahəsi Cavabdeh qaytarılmışdır. Lakin o, həmin torpaq sahəsinin qaytarılmasını qanunsuz, əsassız və ədalətsiz hesab edir. Həmin iş üzrə iddiaçı əvvəl JN-201A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin koordinatları daxilində olan 0.14 ha torpaq sahəsinin və üzərində özbaşına inşa edilmiş fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh əsassız varlanma niyyəti həmin tələbdən aydın görünür. Sonradan o, Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələbi qaydasında iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə vermişdir. Bu yaxınlarda Cavabdeh yenidən mənə və arvadı X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa edilmiş yaşayış evinin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bir müddət əvvəl də cavabdeh ona qarşı “Mülkiyyətində olan torpaq sahəsinin üzərində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evindən naturada ayrılması mümkün olmayan ona məxsus əmlakın dəyərinin tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən ona qarşı verilmiş bütün iddia ərizələrinin məzmunundan da ona və mərhum atasına olan qərəzli münasibəti, habelə əsassız varlanma niyyəti açıq-aydın görünür. Göründüyü kimi cavabdeh öz qanunsuz və əsassız tələblərindən əl çəkmək istəmir. Uzun müddət davam edən hazırki mübahisənin ədalətli və qanuni həll olunması üçün alqı-satqı əqdinin etibarlı sayılması barədə qətnamə qəbul olunmalıdır. Ən əsası isə odur ki, cavabdeh iddia ərizələrində torpaq sahəsinin (təbii ki, köhnə bünövrə ilə birlikdə) 1200 ABŞ dollarına ona satıldığını etiraf edir. Bu hal qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə də sübuta yetirilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, təqdim etdiyi yazılı etiraz ərizəsinə uyğun izahat verərək, göstərdi ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə mülkiyyətində olan 0.14 ha həyatyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini 18 mart 2005-ci il tarixdə guya ki, mərhum atası X7 hazırki iş üzrə iddiaçı olan İddiaçı 1200 ABŞ dollarına satmışdır. Lakin aralarında sadə yazılı formada tərtib olunmuş əsassız akt olmuş olsada alqı-satqı predmeti olan torpaq sahəsi İddiaçı adına rəsmləşdirilməmişdir. Mərhum atası ilə cavabdeh arasında alqı-satqı olan zaman onun həmin torpaq sahəsi üzərində yaşayış evi inşa etdirmək üçün yaşayış evinin kürsüsü qoyulmuş, lakin maddi imkanı olmamışdır ki, evin tikintisini başa çatdırsın. Ona görədə pul qazanıb evin tikintisini başa çatdırmaq üçün işləməyə Respublikadan kənar getmişdi. İş üzrə iddiaçı olan İddiaçı onun qoyduğu və kürsüsünü qaldırdığı evin kürsüsü üzərində inşaat işlərini davam etdirərək orada özünə yaşayış evi inşa etdirmişdir və hazırda digər cavabdeh X9 ilə orada yaşayır. O, cavabdehlərin və onlarla birlikdə yaşayan digər ailə üzvlərinin onun mülkiyyətində olan torpaq sahəsindən məcburi çıxarılmasına dair Qəbələ rayon Məhkəməsində iddia qaldırmışdı. Qəbələ rayon Məhkəməsinin 03.07.2018-ci il tarixli, 2(025)- 108/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh İddiaçı həmin qətnamədən Apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 31.10.2018-ci il tarixli 2(107)- 2313/2018 saylı qətnaməsinə əsasən Apellyasiya şikayəti təmin edilməmiş və Qəbələ rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.05.2019-cu il tarixli, 2(102)- 1586/2019-saylı qərarı ilə təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. Bundan sonra qətnamənin icra olunması mərhələsi başlamış və Qəbələ rayon icra və Probasiya şöbəsinə icra vərəqi göndərilmişdir. Qəbələ rayon İcra və Probasiya şöbəsində İcra işi aparılarkən cavabdeh İddiaçı və X9 orada iltizam verdi ki, evin yeləşdiyi torpaq sahəsi istisna olmaqla qalan torpaq sahəsini onlara qaytarmağa razıdır. Hətta bu barədə akt tərtib edildi və hər iki cavabdeh iltizam verdi ki, guya torpaq ona qaytarıldı. O zaman tərtib olunmuş akt və verilmiş iltizamlar formal xarakter daşıyır, çünki cavabdehlər yenədə mülkiyyətində olan torpaq sahəsini boşaltmadılar və ondan istifadə etməkdə davam etdilər. o, başa düşdüm ki, cavabdehlər həm onları, həmdə icra və probasiya şöbəsini aldatmışlar. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsində qanunsuz və özbaşına inşa etdirdiyi tikintinin pulunu da tələb etdi. Onun bun cür hərəkətləri bu iddiası nəticəsində belə qərara gəldi ki, cavabdehə hər hansı bir güzəşt etmək lazım deyil və ona görədə o evin altındakı torpaq da daxil olmaqla cavabdehlərə heç bir güzəştə getmir və evin onların öz hesablarına sökülməsini və cavabdehlərin məcburi qaydada bütün torpaq sahəsindən çıxarılmalarını tələb edir. Mərhum atası ilə cavabdeh İddiaçı arasında onun mülkiyyətimdə olan torpaq sahəsinin alqı-satqısma dair bağlanmış əqd aşağıda göstərəcəyim qanunların tələbinə ziddir. Hətta bununla bağlı iddiaçı olaraq o - Cavabdeh Qəbələ rayon məhkəməsinə cavabdehlər İddiaçı X10ma “mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa edilmiş yaşayış evinin sökülməsi” tələbinə dair iddiası ilə müraciət etmişdi. İddia tələbim əsaslı olaraq Qəbələ rayon məhkəməsinin 07.09.2021-ci il tarixli 2(025)- 833/2021 saylı qətnaməsi ilə təmin olunmuşdur. Sonradan cavabdeh İddiaçı həmin qətnamədən Şəki Apellyasiya məhkəməsinə şikayət etmişdir. Şəki Apellyasiya məhkəməsində iş araşdırılaraq 17.01.2022- ci il tarixli 2(107)- 160/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək Qəbələ rayon məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Hal-hazırda iş icra mərhələsindədir və İddiaçı yenidən Qəbələ rayon məhkəməsinə əsassız müraciət etmişdir. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Hesab edir ki, cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etmişlər və yuxarıda qeyd etdiyi kimi onun inşa etdirdiyi kürsü üzərində qanunsuz yaşayış evi inşa etdirmişlər. Həmçinin cavabdehin onun mülkiyyətində olan torpaq sahəsində və onun inşa etdirdiyi kürsü üzərində inşa etdirdiyi yaşayış evi qanunsuz və özbaşına inşa edilmiş tikilidir və bu səbəbdən onların öz hesabına sökülməlidir. Həm də həmin tikilinin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətindədir. Həmin tikilinin, yəni yaşayış evinin onun mülkiyyətində olan torpaq sahəsində inşa etdirilməsi mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasıdır. Tikintinin yerləşdiyi torpaq sahəsi tikintini inşa edən şəxsin deyil, başqa şəxsin mülkiyyətində olarsa, tikintini inşa edən şəxsin həmin tikiliyə mülkiyyət hüququ o halda tanına bilər ki, torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada tikintini inşa edən şəxsin mülkiyyətinə keçsin. Cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsində və onun inşa etdirdiyi kürsü üzərində özbaşına yaşayış evi inşa edilməsi qeyd etdiyi kimi mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır. Çünki, o, mülkiyyətində olan əmlaka faktiki sahiblik edə bilmir, ondan istifadə edə bilmir və həmin torpaq sahəsində qanunsuz tikili olduğuna görə onun üzərində sərbəst sərəncam verə bilmir. Beləki, iddiaçı həmin torpaq sahəsinə faktiki sahiblik edir və ondan istifadə edir. İddiaçının onun mülkiyyətində olan torpaq sahəsində yaşayış evi inşa etdirməsi, və onun ailə üzvləri ilə orada yaşaması torpaq sahəsinin onun tam qanunsuz sahibliyində olması və ondan istifadə etməsi onun mülkiyyət hüququnun həyata keçirilməsinə qəti şəkildə mane olur. Ona görə də öz başına tikili iddiaçının vəsaiti hesabina sökülməli və onun mülkiyyətində olan torpaq sahəsində məcburi qaydada çıxarılmalıdırlar. Onların torpaq sahəsindən məcburi çıxarılmasına dair qüvvədə olan məhkəmə qətnamələri və qərarı vardır və həmin məhkəmə qətnamələri icra olunmalıdır. Bu barədə iddiaçı ilə dəfələrlə söhbət etmiş və heç bir nəticəsi olmayıb. Qeyd etdiyi kimi icra və probasiya şöbəsində onlar öhdəlik belə götürmüşlər ki, torpaq sahəsini boşaldacaqlar, lakin öhdəliklərinə nəinki əməl etməmiş əksinə məhkəmədə iddia qaldıraraq ondan pul tələb etmişlər. Cavabdeh olaraq o - Cavabdeh məhkəməyə bildirmək istəyir ki, iddianı qəbul etmir, çünkü İddiaçı iddiası əsassızdır. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 10 İyun 1998 - ci il tarixli, 11 saylı qərarı ilə o, Cavabdeh mülkiyyətinə 0.14 ha həyat yanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi sənəd əsasına ona məxsusdur. Bu səbəbdəndə iddianı qəbul etmir. İddiaçı ona qarşı qaldırdığı iddia əsassızdır. Ona görə də hesab edir ki, iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, İddiaçı iddiası əsassızdır. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 10 İyun 1998 - ci il tarixli, 11 saylı qərarı ilə Cavabdeh mülkiyyətinə 0.14 ha həyat yanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi sənəd əsasına ona məxsusdur. Ona görə də hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinə görə əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 567-ci maddəsində isə təsbit edilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 648.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, işdə olan 18 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X2 rayon Böyük Pirəli kəndində günbatan hissədə “Armud dibi” adlanan sahədə 0.15 ha torpaq sahəsini İddiaçı 1200 ABŞ dolları qarşılığında satmış, həmin sahənin mülkiyyət hüququnu təsdiq edən Şəhadətnaməni alan kimi İddiaçı heç bir tələb qoymadan verəcəyi barədə öhdəlik götürmüşdür Məhkəmə nəzərə alır ki, iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 335.2-ci (halbuki bu maddə 24.06.2005-ci il tarixli qanunla çıxarılmışdır) və 336-cı maddələrinə istinad etmiş və məhz həmin maddənin müddəalarına əsaslanmaqla cavabdehin atası tərəfindən ona verilmiş mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini tələb etmişdir. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi ilə bağlı tərəflər arasında telefon vasitəsilə olmuş şifahi razılaşma daşınmaz əmlaka dair bağlanmış ikitərəfli əqd kimi qəbul edilə və müvafiq olaraq da onlarla bağlı Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin müddəaları tətbiq edilə bilməz. Məhkəmə özünün bu mövqeyini mülki qanunvericiliyin əqdlər və əqdlərdə təmsilçilik institutları ilə bağlı 324.1 və 324.2-ci maddələrində əks olunmuş yanaşmasına uyğun hesab edir. Belə ki, Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Beləliklə, Mülki Məcəllənin ümumi yanaşmasına görə hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdakı ünsürləri ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Yazılı əqddə isə ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Bu, Mülki Məcəllənin 331.1-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Şərh olunan qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və cavabdehin atası arasında imzalanmış müqavilə mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin zəruri şərtlərinə riayət edilməsi kimi qiymətləndirilə bilməz. Bu zaman məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsi S.Əliyevanın şikayəti ilə əlaqədar qəbul etdiyi 31 may 2006-cı il tarixli qərarında həmin məsələ ilə bağlı aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “Ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir”. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Аzərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 22 mart 2006-cı il tarixli qərarındakı fоrmаlаşdırdığı hüquqi mövqeyə görə… əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır…. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Məhkəmə qаnunvericiliyin tələbini və Kоnstitusiyа Məhkəməsi Plenumunun hаzırki mülki işin xаrаkterinə uyğun fоrmаlаşdırdığı hüquqi mövqeyini nəzərə аlаrаq hesаb edir ki, iddia tələbi təmin edilməməlidir. Əvvəla Mülki Məcəllənin 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin iş materiallarında sadalanan faktları sübut edəcək dəlillər mövcud deyildir. İkincisi əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalı оlduğu hаldа iddiаçı nоtаriаl qаydаdа təsdiq оlunmаsа dа tərəflərin irаdə ifаdəsini əks etdirən, əslində hər ikisinin rаzılığа gəldikləri şərtləri özündə əks etdirən, hər iki tərəfin imzаlаmаlı оlduğu yаzılı müqаviləni deyil, yаlnız aralarında telefon vasitəsilə olmuş şifahi razılaşmaya istinad etmişdir ki, bunu dа əqd hesаb etmək оlmаz. Üçüncüsü, qanuna riаyət edilmədən mübahisəli torpaq sahəsinin iddiaçıya verilməsi sonuncunun torpaq sahəsi üzərində mülkiyyət hüququnun yаrаnmаsı üçün əsаs оlа bilməz. Çünki, mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranа bilər. Tərəflərin torpaq sahəsinə qanunun tələblərinə əməl olunmadan fаktiki sahibliyinin yaranmаsı isə özü-özlüyündə hаzırki iddiаnın təmin оlunmаsı üçün əsas deyil. Beləliklə, məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı iddia ərizəsində və məhkəməyə təqdim etdiyi sənədlərdə Qəbələ rayonu Böyük Pirəlli kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair 18 mart 2005-ci il tarixli müqavilənin etibarlı sayılmasını tələb etsə də, tələbini əsaslandıra bilməmiş və iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddia ərizəsi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpağın alqı-satqısına dair əqdin etibarlı sayılması” tələbinə dair iddiası təmin təmin edilməməli, Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ İddiaçı Cavabdeh qarşı “torpağın alqı-satqısına dair əqdin etibarlı sayılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №e-2(025)-301/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-301/2022
27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver