Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-347/2024 29.03.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin təyin edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qızının cavabdehlə birgə evliliklərindən anadan olmuş 25 dekabr 2006-cı il təvəllüdlü X2, 07 may 2008-ci il təvəllüdlü X5 və 16 aprel 2015-ci il təvəllüdlü X3 yetkinlik уаşınа çatanadak saxlanılması üçün hər biri üçün hər ау 235 (iki yüz otuz bеş) manat olmaqla, ümumilikdə 705( yeddi yüz beş) manat sabit pul məbləğində alimentin və Mediasiya Təşkilatına ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq uşaqların qəyyumu va himayəçisi kimi ona ödənilməsi barəda qatnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X1 ilə Cavabdeh xx.xx.2009-cu il tarixdə Qəbələ rayonu Zarağan kənd inzibati ərazi Nümayəndəliyində 27 nömrə ilə nikahları qeydə almışlar. Cavabdehlə birgə evliliklərindən 25 dekabr 2006-cı il tarixdə X9, 07 may 2008-ci il tarixdə X11 və 16 aprel 2015-ci il tarixdə X10 anadan olmuşdur. Göyçay Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(046)-1180/2023 nömrəli qətnaməsinə əsasən cavabdehlə olan nikahı pozulmuş, birgə nikahlarından olan 25 dekabr 2006-cı il tarixdə anadan olmuş X9, 07 may 2008-ci il tarixdə anadan olmuş X12 və 16 aprel 2015-ci il tarixdə anadan olmuş X10 аnаsının yanında qalması və xx.xx.2023-cü il tarixdən etibarən onların yetkinlik уaşına çatanadak uşaqlarının saxlanması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, Cavabdeh hər ау hər uşaq üçün 150 manat olmaqla 450 manat miqdarında aliment tutularaq mərhum X1na ödənilməsi qət edilmişdir. X1 xx.xx.2023-cü il tarixində qaraciyərin sklerozu va birgə qaraciyər fibrozu xəstəliyindən vəfat etmişdir. Оnа görə də Göyçay rayon icra və Probasiya şöbəsində olan aliment tələbinə dair icra işinə xitam verilmişdir. Nəvələri onun yanında yaşadıqlarından, digər valideyninin (atasının) uşaqlarla maraqlanmadığından va valideyn himayəsindən məhrum olduqlarına görə Qəbələ Rayon icra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik orqanına müraciət edərək uşaqların (nəvələrinin) razılığı ilə onların üzərində qəyyum və himayçi təyin olnmasını xahiş etmişdir. Qəbələ Rayon icra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq va Himayəçilik orqanı araşdırma apardıqdan sonra müvafiq rəyinə əsasən Qəbələ Rayon icra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 152 saylı Sərancamına görə 25 dekabr 2006-cı il təvəllüdlü X9, 07 may 2008-ci il təvəllüdlü X12 və 16 aprel 2015-ci il təvəllüdlü X10 onun qəyyumluq və himayəçiliyinə verilmişdir. Hal-hazırda uşaqlar onun himayəsindədir va onların maddi təminatı ilə cavabdeh şəxs fərdi işlərlə məşğul olaraq qazanc əldə etməsinə baxmayaraq maraqlanmır və köməklik göstərmir. Uşaqların saxlanılması üçün yeməyə, geyimə, müalicəyə va digər ehtiyaclara təlabat yaranmışdır. Belə ki, o heç bir yerdə işləmir və müstəqil qazancı yoxdur. Оnа görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxış iclasında İddiaçı Niyaməddin qızı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76—78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-217.5-ci maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 oktyabr 2023-cü il tarixli AZ-İİ №378026 saylı “Ölüm haqqında Şəhadətnamə”-yə əsasən, X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2(046)-1180/2023-cü il tarixli Göyçay rayon məhkəməsi tərəfindən qəbul edilmiş Qətnaməyə əsasən, X4 Cavabdeh arasında olan nikah pozulmuş, birgə nikahlarından olan 25 dekabr 2006-cı il tarixdə anadan olmuş X9, 07 may 2008-ci il tarixdə anadan olmuş X12 və 16 aprel 2015-ci il tarixdə anadan olmuş X10 аnаsının yanında qalması və xx.xx.2023-cü il tarixdən etibarən onların yetkinlik уaşına çatanadak uşaqlarının saxlanması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, Cavabdeh hər ау hər uşaq üçün 150 manat olmaqla 450 manat miqdarında aliment tutularaq mərhum X1na ödənilməsi qət edilmişdir. İş materiallarında olan 22 may 2010-cu il tarixli AZ-İİ seriyalı 443588 saylı “Doğum haqında Şəhadətnamə”yə əsasən, X9 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X7r. İş materiallarında olan 22 may 2010-cu il tarixli AZ-İİ seriyalı 443589 saylı “Doğum haqında Şəhadətnamə”yə əsasən, X12 xx.xx.2008-ci il tarixdə Qəbələ şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X7r. İş materiallarında olan 29 aprel 2015-ci il tarixli AZ-İİİ seriyalı 507470 saylı “Doğum haqında Şəhadətnamə”yə əsasən, X10 xx.xx.2015-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X7r. İş materiallarında olan MQ/MT-035-2023-411 saylı xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışa əsasən, İddiaçı Niyaməddin qızı və Cavabdeh arasında olan mediasiya prosesinə “Mediasiya haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən xitam verilmişdir. Mediasiya xərci olan 50 manat pulu İddiaçı Niyaməddin qızı ödəmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2023-cü il tarixli 152 saylı Sərəncamına əsasən, 25 dekabr 2006-cı il tarixdə anadan olmuş X9, 07 may 2008-ci il tarixdə anadan olmuş X12 və 16 aprel 2015-ci il tarixdə anadan olmuş X10 birlikdə yaşadıqları ana nənəsi Qəbələ şəhər sakini xx.xx.1965-ci il təvəllüdlü İddiaçı qəyyumluğuna və himayəçiliyinə verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X8 ilə Cavabdeh birgə nikah münasibətlərindən üç övladı anadan olmuşdur. xx.xx.2023-cü il tarixdə X8 vəfat etmişdir. Qəbələ rayon İcra Hakimiyyətinin Başçısının Sərəncamı ilə uşaqlar ana nənəsinin (iddiaçının) himayəsinə verilmişdir. Hazırda iddiaçı 25 dekabr 2006-cı il tarixdə anadan olmuş X9, 07 may 2008-ci il tarixdə anadan olmuş X12 və 16 aprel 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat omaqla ümumilikdə, 705 (yeddi yüz beş) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Məhkəmə uşaların mənafelərini nəzərə alaraq, aliment tutulmasını məqsədə müvafiq hesab edir. Ancaq məhkəmə alimentin 235 manat həddində tutulmasını ədalətli və qanuna uyğun hesab etmir. İddiaçı alimentin tələb etdiyi məbləğdə cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən 25 dekabr 2006-cı il tarixdə anadan olmuş X9, 07 may 2008-ci il tarixdə anadan olmuş X12 və 16 aprel 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, hesab edir ki, aliment 31 yanvar 2024-cü il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 77.60 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 31 yanvar 2024-cü il tarixdən başlayaraq 25 dekabr 2006-cı il təvəllüdlü X2, 07 may 2008-ci il təvəllüdlü X5 və 16 aprel 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq üçün hər ay 160 (bir yüz altmış) manat olmaqla ümumilikdə 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Mediasiya xərci olan 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 77.60 (yetmiş yeddi manat altmış qəpik) məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №e-2(025)-347/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-347/2024
29.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver