Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-348/2025 05.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında zərərin ödənilməsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X3, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 840,00 (səkkiz yüz qırx) manat sığorta ödənişi məbləğinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 870,00 (səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X1 arasında xx.xx.2021-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21074” markalı, 90GT827 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh X4 xx.xx.2021-ci il tarixdə “VAZ 21074” markalı, 90GT827 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Qəbələ rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz E 350” markalı, 90MB933 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 840,00 (səkkiz yüz qırx) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qəbələ RPŞ DYPB-nin Qərarında Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.4cü, 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Qəbələ RPŞ DYPB-nin "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Qərarda cavabdeh X2 yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21074” markalı, 90GT827 dövlət qeydiyyat nişanlıavtomobili idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21074” markalı, ** GT *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, 21-06957/12AA5785/21 saylı Sığorta Aktına əsasən “Vaz 21074” minik markalı ** GT *** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdə Qəbələ rayonu ərazisində “Mercedes Benz E 350” minik markalı ** MB *** dövlət nömrə nişanlı avtomaşınla toqquşması nəticəsində sığorta predmetinə dəymiş zərər 840 manat məbləğində müəyyən olunmuşdur. İşdə olan DİN BDYPİ-nin xx.xx.2021-ci il tarixli qərarına əsasən Cavabdeh AR İXM-nin 332.4, 332.1 və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. İşdən görünür ki, 2021-ci il oktyabrın 12-də Cavabdeh idarə etdiyi “Vaz 21074” markalı, 90-Gt-827 dövlət nömrə nişanlı avtomobillə Qəbələ rayonunda “Mercedes Benz E 350” markalı, ** MB *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Nəticədə “Mercedes Benz E 350” markalı, **-MB-*** dövlət nömrə nişanlı avtomobilə 1680,00 manat ziyan dəymiş və cavabdehə sığorta ödənişindən 840,00 manat ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinıə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres)hüququ vardır. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh 840,00 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulub iddiaçı "xxxx" ASC-yə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 840 manat əsas borc və dövlət rüsumuna görə 30 manat pul alınıb iddiaçı "xxxx" ASCnin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-348/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-348/2025
05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver