Məhkəmə qərarları › İş №e-2(025)-384/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-384/2025

11.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-384/2025 11.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh AR “TƏBİB” PHŞ “Qəbələ MRX” PHŞ-na qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, cavabdeh AR “TƏBİB” PHŞ “Qəbələ MRX” PHŞ-nin nümayəndəsi X4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR “TƏBİB” PHŞ-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh AR “TƏBİB” PHŞ “Qəbələ MRX” PHŞ-na qarşı mənəvi zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh AR “TƏBİB” PHŞ “Qəbələ MRX” PHŞ-na qarşı mənəvi zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq “Anesteziologiya-reanimasiya və terapiya” şöbəsinin anestezioloq-reanimatoloq həkimi X6 öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək cinayətkarcasına pozması səbəbindən xx.xx.2023-cü il tarixdə Qəbələ MRX-nin Cərrahiyə bölməsində “Xolesistentoniya” və “Hernioplastika” üzrə əməliyyat olunan xx.xx.1990-cı il təvəllüdlü X1 tənəffüs çatışmazlığı nəticəsində ölməsinə görə övladını itirmiş ata kimi dərin mənəvi sarsıntıya məruz qaldlğını və hədsiz iztirab çəkdiyini göstərərək 99.000,0 manat məbləğində dəymiş mənəvi zərərin ödənilməsi, o cümlədən 321,0 manat hüquqi xidmət haqqı və 390,0 manat manat dövlət rüsumu tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, “Qəbələ MRX” PHŞ-nin “Anesteziologiya-reanimasiya və terapiya” şöbəsinin anestezioloq-reanimatoloq həkimi X6 öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi və işinə laqeyid münasibəti səbəbindən xx.xx.2023-cü il tarixdə Qəbələ MRXnin Cərrahiyə bölməsində “Xolesistentoniya” və “Hernioplastika” üzrə əməliyyat olunan xx.xx.1990-cı il təvəllüdlü X2 tənəffüs çatışmazlığı nəticəsində ölmüşdür. X8 əməlinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(025)01/2025 saylı hökmü ilə AR CM-nın 314.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə həkim-anestezioloq-reanimatoloq vəzifəsində işləmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçı övladını itirdiyi üçün ata kimi dərin mənəvi sarsıntıya məruz qalmış və hədsiz iztirab çəkmişdir. Ona görə də, AR “TƏBİB” PHŞ “Qəbələ MRX” PHŞ-na qarşı 99.000,0 manat məbləğində dəymiş mənəvi zərərin ödənilməsi, o cümlədən 321,0 manat hüquqi xidmət haqqı və 390,0 manat manat dövlət rüsumu tutularaq ona verilməsi barədə barədə iddia qaldırmışdır. AR “TƏBİB” PHŞ “Qəbələ MRX” PHŞ-nin nümayəndəsi X4 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, “Qəbələ MRX” PHŞ-nin “Anesteziologiya-reanimasiya və terapiya” şöbəsinin anestezioloq-reanimatoloq həkimi X6 öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi və işinə laqeyid münasibəti səbəbindən xx.xx.2023-cü il tarixdə Qəbələ MRX-nin Cərrahiyə bölməsində “Xolesistentoniya” və “Hernioplastika” üzrə əməliyyat olunan xx.xx.1990-cı il təvəllüdlü X2 tənəffüs çatışmazlığı nəticəsində ölmüşdür. X8 əməlinə görə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmış və işdən azad edilmişdir. X3 ölümündə “Qəbələ MRX” PHŞ-nin təqsiri olmamışdır. Buna baxmayaraq həkim səhlənkarlığı səbəbindən övladını itirmiş İddiaçı dəymiş mənəvi zərərin ödənilməsini tələb etmək hüququ vardır. Nəzərə alınmalıdır ki, “Qəbələ MRX” PHŞ Dövlət büdcəsindən maliyyələşən müəssisədir və ayrılan vəsait qabaqcadan təyinatı üzrə sərf olunmaqdan ötrü nəzərdə tutulmuşdur. “Qəbələ MRX” PHŞ-nin başqa gəlirləri olmadığından İddiaçı tələb etdiyi məbləğin ödənilməsi xəstaxananın müəyyən müddət ərzində normal tibbi fəaliyyət göstərmək imkanını məhdudlaşdırır. Ona görə də, İddiaçı dəymiş mənəvi zərərin 7000,0 manat məbləğində müəyyən edilməsi məqsədəmüvafiq hesab edilir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR “TƏBİB” PHŞ-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, “Qəbələ MRX” PHŞ-nin “Anesteziologiyareanimasiya və terapiya” şöbəsinin anestezioloq-reanimatoloq həkimi X6 öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi və işinə laqeyid münasibəti səbəbindən xx.xx.2023-cü il tarixdə Qəbələ MRX-nin Cərrahiyə bölməsində “Xolesistentoniya” və “Hernioplastika” üzrə əməliyyat olunan xx.xx.1990-cı il təvəllüdlü X2 tənəffüs çatışmazlığı nəticəsində ölmüşdür. X8 əməlinə görə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmış və işdən azad edilmişdir. X3 ölümündə “Qəbələ MRX” PHŞ-nin təqsiri olmamışdır. İddiaçı həkim səhlənkarlığı səbəbindən övladını itirməsi nəticəsində dəymiş mənəvi zərərin ödənilməsini X5 tələb etmək hüququ vardır. Ona görə də, AR “TƏBİB” PHŞ “Qəbələ MRX” PHŞ-na qarşı iddia tələbi əsassızdır. İşdə olan Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(025)-01/2025 saylı hökmünün surətinə əsasən “Qəbələ MRX” PHŞ-nin “Anesteziologiya-reanimasiya və terapiya” şöbəsinin anestezioloq-reanimatoloq həkimi X8 xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Qəbələ rayon Mərkəzi xəstəxanasının Cərrahiyyə bölməsində xx.xx.1990-cı il təvəllüdlü X7 üzərində icra edilən “Xolesistentomiya” və “Hernioplastika” cərrahiyyə əməliyyatı zamanı işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək ehtiyatsızlıqdan xəstənin ölümünə səbəb olan səhlənkarlıq etdiyinə görə AR CM-nın 314.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə həkim-anestezioloq-reanimatoloq vəzifəsində işləmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, “Qəbələ MRX” PHŞ-nin “Anesteziologiya-reanimasiya və terapiya” şöbəsinin anestezioloq-reanimatoloq həkimi X6 öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi və işinə laqeyid münasibəti səbəbindən xx.xx.2023-cü il tarixdə Qəbələ MRX-nin Cərrahiyə bölməsində “Xolesistentoniya” və “Hernioplastika” üzrə əməliyyat olunan xx.xx.1990-cı il təvəllüdlü X2 tənəffüs çatışmazlığı nəticəsində ölmüşdür. İddiaçı övladını itirdiyinə görə kəskin mənəvi sarsıntı keçirtmiş və davamlı surətdə dərindən kədərlənərək iztirab çəkmişdir. AR Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələrin əmələ gəlməsi əsasını təşkil edir. Həmin Məcəllənin 21.1 maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzininin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. AR Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı ilə izah edilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər; Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir; Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarının 10-cu bəndi ilə izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, övladını itirməsi nəticəsində İddiaçı keçirtdiyi mənəvi sarsıntının xarakteri (kəskinliyi) və çəkdiyi iztirabın ağırlıq dərəcəsi (dərinliyi) ilə zərərvurmaya səbəb olan əməlin AR “TƏBİB” PHŞ “Qəbələ MRX” PHŞ-nin təqsiri olmadan əmək vəzifələrinin icrası zamanı işçisinin (həkimin) ehtiyatsızlığı səbəbindən törədilməsi və “Qəbələ MRX” PHŞ-nin əmlak vəziyyəti qarşılaşdırılaraq İddiaçı dəymiş mənəvi zərərə görə 25.000,0 (iyirmi beş min) manat məbləğində təzminat müəyyən edilməsi mütənasib və ağlabatan olmaqla tərəflərin hər birinin mənafeyinə uyğundur. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh AR “TƏBİB” PHŞ “Qəbələ MRX” PHŞ-dən 25.000,0 (iyirmi beş min) manat məbləğində mənəvi təzminat, 321,0 manat hüquqi xidmət haqqı və 165,0 manat manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar