Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-429/2025 24.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “alimentin silinməsi və azaldılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin silinməsi və azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 sentyabr 2024-cü ildən il tarixdən xx.xx.2025-ci il tarixə kimi olan 2000 manat alimentin silinməsini və əsas alimentin miqdarının azaldılaraq 300 manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddia ərizəsinin mümkünlüyünü yoxlayan zaman məlum olmuşdur ki, iddiaçının eyni tərəflər arasında eyni predmet üzrə, yəni “nikahın pozulması və uşaq” tələbinə dair Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli e-2(025)-1191/2024 nömrəli qətnaməsi mövcuddur. Belə ki, sözügedən qətnaməyə əsasən İddiaçı ilə Cavabdeh arasında Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 2013-cü il iyun ayının 22-də qeydə alınmış 76 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş uşaqları - xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X5 cavabdeh - anaları Cavabdeh yanında saxlanılması, İddiaçı xx.xx.2024-cü il tarixdən hesablanaraq, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 500 (beş yüz) manat aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin e-2(025)-1191/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə və Cavabdeh vəkili və nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayətləri verilmiş və həmin işə Şəki Apellyasiya Məhkəməsində baxılması xx.xx.2025-ci il tarixə (2(107)-352/2025 nömrəli mülki iş) təyin edilmişdir. Hər iki tərəfin (iddiaçı və cavabdehin) apellyasiya şikayətində alimentlə bağlı məsələ mübahisələndirilmişdir. Hazırkı iddia ərizəsindən və apellyasiya şikayətindən görünür ki, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətində alimentin çox olması barədə etirazını hazırkı ərizədə də göstərmişdir. Göründüyü kimi İddiaçı Cavabdeh ödəməli olduğu aliment məbləğinə Qəbələ Rayon Məhkəməsinin e-2(025)-1191/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qətnaməsi ilə münasibət bildirilmişdir və hal-hazırda həmin işə Şəki Apellyasiya Məhkəməsində baxılmaqdadır və apellyasiya məhkəməsi tərəfindən aliment məsələsinə münasibət bildiriləcəkdir. Bu səbəbdən məhkəmə iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin yolverilməz olduğunu bildirir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. X7 Azərbaycan Respublikasının qanununun 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən cəmi 61 manat məbləğində pul ödənilmiş, həmin puldan məhkəmədə iddia qaldırılması üçün dövlət büdcəsinə ödənilmiş pul 60 manat məbləğində olmuş, yerdə qalan 0,40 manat məbləğində pul isə Kapital Bank tərəfindən xidmət haqqı kimi tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 60 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alimentin silinməsi və azaldılması” tələbinə dair iddia ərizəsi qəbul edilməkdən imtina edilsin. İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X1 hesabına ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun İddiaçı geri qaytarılması hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-429/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-429/2025
24.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver