Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-468/2024 04.03.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlu, Kreditor: Kreditor MMC-nin Borclu: Borclu qarşı “borcun tutulması” barədə məhkəmə əmrinin çıxarılması haqqında ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Kreditor MMC məhkəməyə ərizə ilə müraciət edərək, xx xxxxxx 1982-ci ildə doğulmuş Borclu 15 oktyabr 2021-ci il tarixli OGK6200247 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1436 manat əsas borc, müqavilə üzrə hesablanmış 300 manat faiz borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1836 manat pulun alınaraq Kreditor MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276-cı maddəsinin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Kreditor MMC ilə Borclu ilə bağlanmış xx.xx.2021-ci il tarixli OGK6200247 "xxxx" müqaviləsindən görünür ki, MMC borcalana 15 ay müddətinə 242 manat məbləğində ilkin ödənişdən sonra hər ay 273 manat ödəmək şərti ilə müvafiq avadanlıq satmışdır. Ərizədən görünür ki, Borclu həmin alqı-satqı müqaviləsi üzrə 1436 manat əsas və 300 manat faiz (dəbbə pulu, cərimə) borcu vardır. Alqı-satqı müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2023 nəzərdə tutulmuşdur. Hazırda həmin müqavilə üzrə əsas kredit borcunun və faizin tutulması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-423-cü maddələrində nəzərdə tutulmuş qaydaya riayət edilməlidir. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslansa da, hazıkı ərizə üzrə məhkəmə əmrinin verilməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsi ilə müəyyən edilmiş əsaslarının (tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması) mövcudluğunu istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.3-cü maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 279.2.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor MMC-nin Borclu qarşı “borcun tutulması” barədə məhkəmə əmrinin çıxarılması haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №e-2(025)-468/2024
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-468/2024
04.03.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver