Məhkəmə qərarları › İş №e-2(025)-493/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-493/2024

25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-493/2024 25.04.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair (Açar sözlər: alimentin azaldılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-35/2023 nömrəli qətnaməsi üzrə ondan tutulmalı olan alimentin miqdarı azaldılaraq 02 iyun 2013-cü il təvəllüdlü X13 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması və uşağın saxlanılması üçün əlavə xərclərdən azad edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 14 avqust 2012-ci ildə Qəbələ rayon İHB-nin Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyində 40 saylı nikahlarını rəsmi qeydiyyatdan keçirməklə ailə qurmuşlar. Birgə nikahlarından 02 iyun 2013-cü ildə Günay adlı uşaqları anadan olmuşdur. İlk vaxtlar münasibətləri nisbətən normal olmuş, lakin sonradan münasibətləri qeyri-normal hal aldığından pozulmuşdur. Belə olub nikahın pozulması üçün Qəbələ rayon məhkəməsinə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-35/2023 nömrəli qətnaməsinə əsasən ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, onunla Cavabdeh arasında 14 avqust 2012-ci il tarixdə bağlanmış və Qəbələ rayon Qəbələ rayon İ.H.B Vəndam qəsəbə İ.Ə.N tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 40 nömrə ilə qeyd edilmiş nikah pozulması, birgə nikahlarından anadan olmuş 02 iyun 2013-cü il təvəllüdlü X6 anası Cavabdeh yanında qalmasının müəyyən edilməsi, ondan 27 sentyabr 2022-ci il tarixdən başlayaraq, 02 iyun 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment və müalicə xərcləri üçün hər ay əlavə 80 (səksən) manat pul vəsaiti alınaraq iddiaçı Cavabdeh verilməsi, onun adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış birgə nikah dövründə əldə olunmuş “VAZ 21154” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə əldə etdikləri əmlak kimi bərabər paylarla bölünməsi, həmin avtomobil üzərində Cavabdeh ½ pay hüququ, onun ½ pay hüququ üzrə mülkiyyət hüquqlarımın tanınması qət edilmişdir. Sözügedən qətnamədən narazı qaldığından apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-452/2023 nömrəli qətnaməsinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(025)-35/2023 saylı qətnaməsinin dəyişdirilməsi, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-35/2023 saylı qətnaməsinə əsasən müəyyən edilmiş hər ay əlavə 80 manat müalicə xərclərinin miqdarını azaldılaraq 02 iyun 2013-cü ildə doğulmuş X6 müalicə xərcləri üçün cavabdeh İddiaçı hər ay 50 manat pul vəsaiti alınaraq iddiaçı Cavabdeh verilməsi, qətnamə mübahisələndirilən qalan (hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması) hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qızı Günay adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay ondan 193 manat sabit pul məbləğində aliment tutulması və müalicə xərcləri üçün hər ay əlavə 50 (əlli) manat pul vəsaiti alınaraq iddiaçı Cavabdeh verilməsi onun hüquqlarını kəskin şəkildə pozmaqdadır. Belə ki, 1-ci olaraq onu qeyd edir ki, hal-hazırda X4 ilə evlidir. (nikah şəhadətnaməsinin surəti iddia ərizəsinə əlavə edilir). Nəzakət Zülfüqarova ilə birgə nikahlarından 11 fevral 2024-cü il tarixdə X9 adlı övladı anadan olmuşdur. (X5 doğum şəhadətnaməsinin surəti iddia ərizəsinə əlavə olunmuşdur). Eyni zamanda hazırkı həyat yoldaşı əvvəlki nikahdan olan uşağı da onun himayəsindədir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-109/2023 nömrəli qətnaməsi qəbul edilərkən bu hal da nəzərə alınmamışdır. Məhkəmə tərəfindən müalicə xərclərinə cəlb olunmasına səbəb qızı Günayın xəstəliyi və bununla əlaqədar pensiya alması olmuşdur. Lakin hal-hazırda qızı Günayın əlilliyi aradan qalxmış və pensiya almamaqdadır. Beləliklə əlavə xərclərə cəlb olunmağına səbəb olan hal aradan qalxmışdır ki, bu halda da əlavə xərclərdən də azad edilməlidir. 3-cü olaraq bildirir ki, cavabdeh 3-cü qrup əlildir və buna görə 150 (bir yüz əlli) manat pensiya almaqdadır. Məhkəmə tərəfindən bu halda nəzərə alınmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarından göründüyü kimi məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərindən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. Yuxarıda sadalağı hallardan göründüyü kimi Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-35/2023 nömrəli qətnaməsi qətnaməsi qəbul ediləndən sonra ailə və maddi vəziyyətində kifayət qədər dəyişlik olmuşdur. Belə ki: 1-ci olaraq həmin vaxt yalnız subay olduğu halda, hal-hazırda yenidən evlənmişdir və yeni evliliyindən bir uşağı doğulmuşdur. Həmçinin hal-hazırda birgə nikahda olduğu həyat yoldaşı əvvəlki evlilikdən olan uşağı da onun himayəsindədir. O uşağı böyütmək də onun vəzifəsidir. Bu da onun maddi və ailə vəziyyətinin dəyişməsinin sübutudur ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-35/2023 nömrəli qətnaməsi qəbul edilərkən bu hal nəzərə alınmamışdır. 2-ci olaraq məhkəmə tərəfindən müalicə xərclərimə cəlb olunmağına səbəb qızları Günayın xəstəliyi və bununla əlaqədar pensiya alması olmuşdur. Lakin hal-hazırda qızı Günayın əlilliyi aradan qalxmış və pensiya almamaqdadır. Beləliklə əlavə xərclərə cəlb olunmağına səbəb olan hal aradan qalxmışdır ki, bu halda da əlavə xərclərdən də azad edilməlidir. Göründüyü kimi qanunverici aliment təyin edərkən məhkəmələrə tərəflərin ailə və maddi vəziyyətinin nəzərə alınması tələbini qoymuşdur. Bu zaman tək atanın deyil, həm də ananın da maddi vəziyyətinin nəzərə alınmasını xahiş edir. Göründüyü kimi onun maddi vəziyyəti ortadır. Cavabdehlə birgə münasibətlərindən doğulmuş Günay adlı uşağın isə əlilliyi aradan qalxmışdır. Bu halda ananın, yəni cavabdehində işləyə bilməsini göstərir. Qanunvericiliyə əsasən isə uşaqlara baxmaq həm ananın, həm də atanın vəzifəsidir. Cavabdeh isə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-35/2023 nömrəli qətnaməsi qəbul edilən zaman işləyə bilməməsi, yaxud uşağın xəstəliyi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bu da onu göstərir ki, cavabdehdə işləyib, uşağın baxılmasında iştirak edə bilər. Həmçinin hesab edir ki, Cavabdeh bir uşaq üçün ümumilikdə 193 manat ödənilməsi düzgün deyildir. Çünki onun əmək haqqım ümumilikdə 345 manat təşkil etməkdədir. Eyni zamanda dövlət rüsumu ilə əlaqədar onu da bildirir ki, Mediyasiya orqanına 50 manat dövlət rüsumu ödədiyindən, məhkəməyə 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmə təqdim etdiyi iddia ərizəsinə uyğun çıxış edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir Cavabdeh həmçinin 50 332 99 32 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçı X14 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan 03 mart 2024-cü il tarixli AZ-İV seriyalı 943859 saylı “Doğum haqqında Şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə anadan olmuşdur.Bu barədə Qəbələ reginal “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında 03 mart 2024-cü il tarixdə 156 nömrə ilə qeyd aparılmışdır. Atası İddiaçı, anası X2r. İş materiallarında olan Qəbələ regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 583346 saylı “Nikah haqqında Şəhadətnamə”-nin surətindən görünür ki, X10 və X11 xx.xx.2023-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 391 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra ərə Zülfüqarov, arvada Zülfüqarova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-35/2023 nömrəli qətnaməsindən görünür ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh Akı̇ f qızı arasında 14 avqust 2012-ci il tarixdə bağlanmış və Qəbələ rayon Qəbələ rayon İ.H.B Vəndam qəsəbə İ.Ə.N tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 40 nömrə ilə qeyd edilmiş nikah pozulması, birgə nikahdan anadan olmuş 02 iyun 2013-cü il təvəllüdlü X6 anası Cavabdeh Akı̇ f qızının yanında qalmasının müəyyən edilməsi, İddiaçı 27 sentyabr 2022-ci il tarixdən başlayaraq, 02 iyun 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment və müalicə xərcləri üçün hər ay əlavə 80 (səksən) manat pul vəsaiti alınaraq iddiaçı Cavabdeh Akı̇ f qızına verilməsi, İddiaçı adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış birgə nikah dövründə əldə olunmuş “VAZ 21154” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi bərabər paylarla bölünməsi, həmin avtomobil üzərində Cavabdeh Akı̇ f qızının ½ pay hüququ, İddiaçı ½ pay hüququ üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)-452/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-35/2023 saylı qətnaməsi dəyişdirilmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-35/2023 saylı qətnaməsinə əsasən müəyyən edilmiş hər ay əlavə 80 manat müalicə xərclərinin miqdarı azaldılaraq 02 iyun 2013-cü ildə doğulmuş X6 müalicə xərcləri üçün cavabdeh İddiaçı hər ay 50 manat pul vəsaiti alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmənin sorğusuna əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 Salı X8 tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş cavab məktubundan müəyyən olunmuşdur ki, X13 xx.xx.2023-cü il tarixədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara təyin olunan aylıq sosial müavinəti almışdır. Halhazırda heç bir növ pensiya, sosial müavinət və təqaüd almır. Məhkəmənin sorğusuna əsasən “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X25 tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 24 aprel 2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, X1 RMX-nın Polikilinika şöbəsinin psixiatrik kabinetində “Yüngül əqli gerilik, davranış pozuntuları” diaqnozu ilə qeydiyyatdadır və pulsuz dərman almır. İş materiallarında olan MŞQ/MT035-2024-054 saylı, xx.xx.2024-cü il tarixli “X12 iştirak edilməməsi barədə” Arayışadan görünür ki, İddiaçı və X7 arasında olan mediasiya prosesinə “Mediasiya haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçı tərəfindən 54 manat məbləğində mediasiya xərci ödənmişdir. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Bakı şəhərində fəaliyyət göstərən mediator X3 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.2-ci maddəsinə uyğun olaraq “X12 iştirak edilməməsi Barədə” arayış verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 81-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə baxışı iclasında iddiaçının təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərək, iddiaçını izahatı ilə müəyyən olundu ki, tərəflərin birgə nikahından 02 iyun 2013-cü il təvəllüdlü X13 doğulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)-452/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-35/2023 saylı qətnaməsi dəyişdirilmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-35/2023 saylı qətnaməsinə əsasən müəyyən edilmiş hər ay əlavə 80 manat müalicə xərclərinin miqdarı azaldılaraq 02 iyun 2013-cü ildə doğulmuş X6 müalicə xərcləri üçün cavabdeh İddiaçı hər ay 50 manat pul vəsaiti alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Hazırda isə İddiaçı həmin məbləğin azaldılaraq hər ay 150 manat sabit pul məbləğində alimentin tutulmasını və uşaq saxlanması üçün əlavə xərclərdən azad olunmasını xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı isə aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artılılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərindən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə işin hallarını və yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbini alimentin azaldılması hissəsində əsassız hesab edir. Belə ki, İddiaçı işlədiyi yerdə maaşının az olması və əlavə qazanc yerinin olmaması 02 iyun 2013-cü ildə doğulmuş X13 adlı uşağını saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda 02 iyun 2013-cü ildə doğulmuş X13 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən (235 manat) az olmayan maddi təminat almaq hüququ vardır. Buna baxmayaraq əvvəlki məhkəmələr zamanı iddiaçıdan məhz 235 manat deyil, 150 manat aliment tutulmuş, iddiaçının maddi vəziyyəti nəzərə alınmışdır. Eyni zamanda iddiaçının alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətinin dəyişməsi alimentin azaldılması üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı alimentin azaldılması hissəsində iddia tələbi yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından əsaslı və qanuni deyil və bu səbəbdən də məhkəmə iddianın həmin hissədə təmin olunmamasını ədalətli və əsaslı hesab edir. Həmçinin, məhkəmə İddiaçı iddia tələbinin uşağın saxlanılması üçün əlavə xərclərdən azad olunması ilə bağlı hissəsi ilə bağlı araşdırma aparaq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Çünki məhkəmə 02 iyun 2013-cü ildə doğulmuş X6 əlavə xərclərinin ödənilməsi ilə bağlı dəqiqləşdirmələ aparmaq məqsədi ilə müvafiq qurumlara sorğular göndərmişdir. 22 aprel 2024-cü il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 Salı X8 tərəfindən verilmiş cavab məktubundan müəyyən olunmuşdur ki, X13 xx.xx.2023-cü il tarixədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara təyin olunan aylıq sosial müavinəti almışdır. Hal-hazırda heç bir növ pensiya, sosial müavinət və təqaüd almır. “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X25 tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, X1 RMXnın Polikilinika şöbəsinin psixiatrik kabinetində “Yüngül əqli gerilik, davranış pozuntuları” diaqnozu ilə qeydiyyatdadır və pulsuz dərman almır. Göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, 02 iyun 2013-cü ildə doğulmuş X13 artıq “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu,yüngül dərəcəli əqli gerilik, qıcolma və spazm, baş beynin xəstəliyi travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, nitq artikulyasiyasının spesifik pozğunluğu” xəstəliyindən əziyyət çəkmir və sağalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə işin hallarını, məhkəməyə təqdim olunmuş və məhkəmənin təşəbbüsü ilə əldə olunmuş sübutları nəzərdən keçirərək belə qərara gəlir ki, 02 iyun 2013-cü ildə doğulmuş X13 iddiaçını əlavə xərclərə cəlb edə biləcək xəstəlikdən əziyyət çəkmir, buna görə də İddiaçı aylıq 50 (əlli) manat miqdarında müalicə xərcindən azad edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(025)-35/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, cavabdeh İddiaçı 02 iyun 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş hər ay 50 manat müalicə xərcindən azad edilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, iddiaçının müalicə xərcindən azad edilməsi qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(025)-35/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh İddiaçı 02 iyun 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş hər ay 50 manat müalicə xərcindən azad edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçının müalicə xərcindən azad edilməsi qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar