Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-609/2024 04.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair (Açar sözlər: alimentin azaldılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2007-ci il təvvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancın və başqa gəlirlərin 1\4 miqdarının azaldılaraq, hər ay 140 (yüz qırx) manat məbləğində alimentin Cavabdehnn xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında Qəbələ Rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış rəsmi nikah pozulmuş, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2007-ci il təvvəllüdlü X8 cavabdehin himayəsində saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 (səksən) manat məbləğində alimentin məndən tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bundan sonra cavabdeh alimentin artırılması tələbi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş və alimentin miqdarı artırılaraq hər ay qazancın və başqa gəlirlərin 1\4 miqdarında tutulması qət edilmişdir. Qeyd edir ki, o, halhazırda işsizdir. Heç bir yerdən gəliri və qazancı yoxdur. Bunu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X2 filialının 26 yanvar 2024-cü il təvəllüdlü arayışı da təsdiq edir. Maddi vəziyyəti heç də ürək açan deyil. Odur ki, hər ay 140 (yüz qırx) manat məbləğində alimentin tutulması təmin olunsa daha ədalətli olar. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin göstərdi ki, işə girmək üçün çoxlu müraciətləri olmuş, lakin işlə təmin olunmamışdır. Hal-hazırda işsizdir. Bu səbəbdən hesab edir ki, alimentin məbləği azaldılması, hər ay 140 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçının tələbi əsassızdır. Uşağa çətinliklə baxır və aldığı alimentin məbləği uşağın təhsil xərclərini çətinliklə ödəyir. İddiaçı isə əsassız olaraq işləmədiyini bildirir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-955/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 07 may 2019-cu il tarixli 2(107)-1562/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, cavabdeh İddiaçı 29 oktyabr 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılması, hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 miqdarında aliment iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İV seriyalı, 602009 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2007-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci ildə 301 № ilə qeyd edilmişdir. İşdə olan 07 iyul 2021-ci il tarixli, AZ-İ seriyalı, 378595 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə SəfərƏliyeva Fəxriyyə Eldəniz qızı arasında nikahın pozulması 10 mart 2017-ci il tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsində 13 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah pozulduqdan sonra qadına Abdullayeva soyadı verilmişdir. İşdə olan “Elektron məhkəmə” sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də baş direktor olaraq işləyir və aylıq əmək haqqı 1000 manat təşkil edir. İşdə olan “Elektron məhkəmə” sistemindən çıxarışdan görünür ki, İddiaçı adına VOEN (**********) vardır və o “ tərəvəz, bostan, kökümeyvəli və köküyumruların becərilməsi” ilə məşguldur. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X2 Filialı tərəfindən verilmiş 26 yanvar 2024-cü il tarixli arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində hazırda qüvvədə olan aktiv müqaviləsi aşkar olunmamışdır. İşdə olan “X4 X7” 01 mart 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh X4 iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl X4 iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər X4 iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Bakı şəhərində fəaliyyət göstərən mediator X1 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.3-cü maddəsinə uyğun olaraq “X4 X7” arayış verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə baxışı iclasında iddiaçının təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərək, iddiaçının və cavabdehin izahatı ilə müəyyən olundu ki, tərəflərin birgə nikahından 29 oktyabr 2007-ci il təvəllüdlü X8 doğulmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-955/2023 nömrəli qətnaməsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin 07 may 2019-cu il tarixli 2(107)-1562/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, cavabdeh İddiaçı 29 oktyabr 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılması, hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 miqdarında aliment iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Hazırda isə İddiaçı həmin məbləğin azaldılaraq hər ay 140 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etmiş, iddiasını isə hazırda heç bir yerdə işləməməsi ilə əlaqələndirmişdir. Cavabdeh isə iddianı əsassız hesab edir və məhkəmədən alimentin məbləğinin azaldılmamasını xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı isə aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2024-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artılılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərindən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə işin hallarını və yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbini əsassız hesab edir. Belə ki, İddiaçı rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması 29 oktyabr 2007-ci il təvəllüdlü X8 adlı uşağını saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda 29 oktyabr 2007-ci il təvəllüdlü X8 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən (235 manat) az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda iddiaçı alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından əsaslı və qanuni deyil və bu səbəbdən də məhkəmə iddianın təmin olunmamasını ədalətli və əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının onun adına olan şirkətin formal olaraq mövcud olması, elektron sistemdə şirkətin onun adında olmasının hələ ondan gəlir götürməyi anlamına gəlməməsinə dair dəlillərini əsaslı hesab etməyən məhkəmə qeyd edir ki, işdə olan cavabdeh İddiaçı qazancına dair əldə edilmiş elektron sorğu məlumatlarından görünür ki, İddiaçı "xxxx" MMC-də baş direktor vəzifəsində işləməklə əmək haqqısı 1000 manat təşkil edir, bundan əlavə onun adına sahibkarlıq fəaliyyəti ilə mə.ul olmasına dair VÖEN də mövcuddur. Bunun əksini sübut edən hallar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-609/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-609/2024
04.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver