Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-713/2024 28.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, maraqlı şəxslər Maraqlı şəxs1 Həmdiyyə qızının, Maraqlı şəxs6 və üçüncü şəxs X2 vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə və maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1 Həmdiyyə qızına, Maraqlı şəxs3 Həmdiyyə oğluna, Maraqlı şəxs4 Həmdiyyə oğluna, Maraqlı şəxs6, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxs X3 qarşı "daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ondan irəli gələn hüquqi nəticələr və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə və maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1 Həmdiyyə qızına, Maraqlı şəxs3 Həmdiyyə oğluna, Maraqlı şəxs4 Həmdiyyə oğluna, Maraqlı şəxs6 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi qarşı "daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ondan irəli gələn hüquqi nəticələr və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Dövlət Notariat kontoru tərəfindən Maraqlı şəxs3 Həmdiyyə oğlu, Məmmədova (Osmanova) Əfsanə Həmdiyyə qızı, İddiaçı, Maraqlı şəxs2, Maraqlı şəxs4 Həmdiyyə oğlu ilə Maraqlı şəxs6 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 4Ə-106 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilədən irəli gələn hüquqi nəticələr və çıxarışın ləğv edilməsi; Qəbələ rayon Dövlət Notariat kontoru tərəfindən Maraqlı şəxs3 Həmdiyyə oğlu, Məmmədova (Osmanova) Əfsanə Həmdiyyə qızı, İddiaçı, Maraqlı şəxs2, Maraqlı şəxs4 Həmdiyyə oğlu ilə X4 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 4Ə-678 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilədən irəli gələn hüquqi nəticələr və çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 25 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında X4 mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-4/1331 saylı məhkəmə-xəttşünaslıq ekspertizası rəyi məhkəməyə daxil olmuş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək işin məhkəmə baxışı davam etdirilmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs1 Həmdiyyə qızı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Maraqlı şəxs6 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında üçüncü şəxs X2 vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. İş üzrə cavabdeh Qəbələ Regional «ASAN xidmət» Mərkəzində Notariat kontoruna və maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə, Maraqlı şəxs2, Maraqlı şəxs3 Həmdiyyə oğluna və Maraqlı şəxs4 Həmdiyyə oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh Qəbələ Regional «ASAN xidmət» Mərkəzində Notariat kontoru məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə cavabdeh Qəbələ Regional «ASAN xidmət» Mərkəzində Notariat kontorunun və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndələrinin, maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 Həmdiyyə oğlunun və Maraqlı şəxs4 Həmdiyyə oğlunun iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 saylı qərarının 15-ci maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 125 (bir yüz iyirmi beş) manat məbləğində pul, İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. X5 Azərbaycan Respublikasının qanununun 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən cəmi 100 manat məbləğində pul X6 vasitəsilə ödənilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə və maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1 Həmdiyyə qızına, Maraqlı şəxs3 Həmdiyyə oğluna, Maraqlı şəxs4 Həmdiyyə oğluna, Maraqlı şəxs6, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxs X3 qarşı "daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ondan irəli gələn hüquqi nəticələr və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı tərəfindən X6 vasitəsilə dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 125 (bir yüz iyirmi beş) manat məbləğində pul, İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qərardadın icrası dövlət rüsumunun qaytarılması və ekspertiza xərcinin ödənilməsi hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-713/2024
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-713/2024
28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver