Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-718/2024 04.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş kreditin bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında məhkəmə iclasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş kreditin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə “Asel Kredit” Bank Olmayan kredit Təşkilatı” MMC-dən alınan 20000 (iyirmi min) manat kredit məbləğinin yarısı, yəni 10000 (on min) manat məbləğində pul və ödədiyi 120 (bir yüz iyirmi) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiya xərci Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin icraatında olan e-2(025)- 718/2024 nömrəli mülki işin aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsində göstərmişdir ki, onun qeydiyyat ünvanı ünvan 1hkəmə iclasında iştirak edən İddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmənin səlahiyyətinə buraxdığını qeyd etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin şəxsiyyət vəsiqəsi üzrə məlumatları iddia ərizəsində olan materiallarla birlikdə tədqiq edib belə qənaətə gəlir ki, mülki iş baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan “Elektron Məhkəmə” sistemindən çıxarışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1B, mənzil 110 ünvanında qeydiyyatdadır. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə elektron qaydada göndərilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən, yəni iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1B, mənzil 110 ünvanına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışsa, iddia cavabdehin qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hesab edir ki, hazırki mülki iş aidiyyatı üzrə Qəbələ Rayon Məhkəməsinə verilmiş və mülki iş məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Sonradan məhkəmə iclasında məlum olmuşdur ki, cavabdeh Bakı şəhəri Sabunçu rayonu ərazisində yuxarıda qeyd edilən ünvan üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində. Yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyatının dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyatı ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyatı haqqında məsələ qalxdıqda hakim işin aidiyyatı üzrə göndərilməsi haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə, şərh olunanlara əsasən işin ərazi aidiyyatı üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 167.2, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş kreditin bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(025)-718/2024 nömrəli mülki iş baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-718/2024
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-718/2024
04.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver