Məhkəmə qərarları › İş №e-2(025)-836/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-836/2025

09.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-836/2025 09.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin təyin edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə YY Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X16, xx.xx.20112-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay hər biri üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə 22 oktyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və Qəbələ rayonu, Zarağan-2 şəhərciyində onunla birlikdə yaşamışlar. Onların birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X16, xx.xx.20112-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X10 adında uşaqları olmuş, münasibətləri pozulduğundan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)- 1545/2023 nömrəli qətnaməsi ilə boşanmışlar. Cavabdeh ona maddi köməklik etmədiyindən o, uşaqları maddi və sair ehtiyaclarını indiyədək təkbaşına ödəmiş və kifayət qədər gəlirləri olmadığından çətinlik çəkmişdir. Ona görə də, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X16, xx.xx.20112-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay hər biri üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutulması barədə iddia qaldırmışdır. Cavabdeh izahatında göstərmişdir ki, o, 22 oktyabr 200/8-ci il tarixdə İddiaçı ilə rəsmi nikaha daxil olaraq evlənmiş və Qəbələ rayonu, Zarağan-2 şəhərciyində onunla birlikdə yaşamışlar. Onların birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X16, xx.xx.20112-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X10 adında uşaqları olmuş və münasibətləri pozulduğundan xx.xx.2023-cü ildə boşanmışlar. Uşaqlar İddiaçı himayəsində qalmış, onların maddi və sair ehtiyaclarının ödənilməsində onkoloji xəstə olması səbəbindən iştirak edə bilməmişdir. O, "xxxx" MMC-də anbardar vəzifəsində işləyərək ayda 1000,0 manat əmək haqqı alır və hələlik həmin məbləğin çox hissəsini dərmanların alınmasına xərcləyir. xx.xx.2009-cu il təvəllüdlü X16, xx.xx.20112-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X1 ötrü İddiaçı xeyrinə müəyyən bir müddət keçəndən sonra ayda cəmi 300,0 manat məbləğində aliment ödəməyə razıdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-1545/2023 saylı qətnaməsinin surətinə əsasən İddiaçı Xasənməd qızı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixli 24 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X16, xx.xx.20112-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X10 ananın yanında saxlanılmışdır. İşdə olan AZ-İ 470201 nömrəli “nikahın pozulması haqqında şəhadatnamə”nin surətinə əsasən Cavabdeh ilə İddiaçı nikahına Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2024-cü il tarixində xitam verilmişdir. İşdə olan AZ-İİ 329758 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 Rüfət Tahir oğlundan törəmişdir. İşdə olan AZ-İİİ 087787 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 Rüfət Tahir oğlundan törəmişdir. İşdə olan AZ-İV 276371 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 Rüfət Tahir oğlundan törəmişdir. İşdə olan AZ-İİ 988688 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 Rüfət Tahir oğlundan törəmişdir. İşdə olan Elektron informasiya mənbəyinin xx.xx.2025-ci il tarixli məlumatına əsasən Cavabdeh "xxxx" MMC-də idarə qulluqçusu, anbar vəzifəsində işləyir və 1127,0 manat məbləğində əmək haqqı alır. İşdə olan Elektron informasiya mənbəyinin xx.xx.2025-ci il tarixli məlumatına əsasən Cavabdeh 2-ci qurp əlilldir və 320,0 manat məbləğində pensiya alır. «Uşaq hüquqları haqqında» AR Qanunun 13-cü maddəsinə əsasən uşağın AR qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. AR Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə üçdə bir hissəsi, üç və daha çox uşağa görə isə qazancının aliment verməyə borclu olan valideynin qazancının və ya başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsaəsn valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. AR Ali Məhkəməsi Plenumunun «nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndində izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunverciliyi ilə müəyyən edilmiş minimum dolancaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. AR Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X16, xx.xx.20112-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X1 ötrü İddiaçı xeyrinə Cavabdeh hər ay sabit pul məbləğində aliment tutulmalı, alimentin miqdarı müəyyən edilərkən ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu və tərəflərin əmlak vəziyyəti nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Birgə nikahdan doğulmuş 30 avqust 2009-cü il təvəllüdlü X12, 28 aprel 2012-ci il təvəllüdlü X7, 27 may 2013-cü il təvəllüdlü X9 və 18 iyul 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar