Məhkəmə qərarları › İş №e-2(025)-850/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-850/2024

31.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-850/2024 31.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, aliment tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 mart 2014-cü il tarixdə anadan olmuş X3 və 03 avqust 2015-ci il tarixdə anadan olmuş X5 və 30 yanvar 2023-cü il tarixdə anadan olmuş X6 hər birinin saxlanılması üçün 18 yaşına çatana qədər sabit pul məbləğində hər ay 235+235+235=705 manat aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 31 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədə sabit pul məbləğində aliment tələbinə dair iddia qaldırdığını, lakin alimentin sabit pul məbləğində deyil, Cavabdeh əmək haqqından tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə nikahlarını 12 iyun 2013-cü ildə rəsmi qeyd etdirməklə evlənmişlər. Faktiki olaraq ayrılmışlar və nikahları rəsmi qaydada pozulmamışdır. Ər-arvadlıq münasibətlərindən 16 mart 2014-cü il tarixdə Aişə adlı bir qızları, 03 avqust 2015-ci il tarixdə Uğur adlı bir oğlanları və 30 yanvar 2023-cü il tarixdə Nur adlı bir qızları anadan olmuşdur. Cavabdehlə faktiki olaraq ayrılsalar da eyni ünvanda yaşayırlar və o, arada bir uşaqları da götürüb Tüntül kəndinə valideynlərinin yanına getmək məcburiyyətində qalır. Çünki, uşaqların maddi ehtiyaclarını təkbaşına qarşılaya bilmir. Valideynləri ona kömək edirlər. Uşaqların maddı ehtiyaclarını ödəməkdə cavabdeh heç bir köməklik göstərmir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə uyğun olaraq məhkəmə müdfiəsindən istifadə etmək qərarına gəlmişdir. Alimentlə əlaqədar olaraq o, mediasiya şurasına müraciət etmişdir. Lakin cavabdeh mediasiya prosesində iştirak etməmiş və ümumiyyətlə mediasiyaya gəlməkdən imtina etmişdir. Cavabdehin mediasiya prosesində iştirak etməməsi ilkin X4 edilməməsi barədə Mediasiya Şurasının 19 yanvar 2024-cü il tarixli, MŞQ/MT035-2023-421 saylı arayışla təsdiq olunur. Qüvvədə olan ailə qanunvericiliyin tələbinə görə onun cavabdehdən aliment tələb etmək hüququ var və o da cavabdehdən uşağın saxlanması üçün aliment tələb edir. Çünki, uşaqların saxlanması hər ikisinin vəzifəsidir və hər ikisi bərabər maddi məsuliyyət daşıyırlar. Qanunda göstərilmir ki, ancaq ana uşaqlarını saxlamağa borcludur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə maddi imkanı çatmır. Hal-hazırda “Qəbələ rayon Mərkəzi Xəstəxanası” X18n İ Təcili yardım şöbəsində tibb qardaşı vəzifəsində işləyir və 844 manat əmək haqqı alır. İddiaçı ilə barışığa cəhd etmiş, lakin cavabdeh onunla barışmamışdır. Yaxın vaxtlarda nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edəcəkdir. Rəsmi əmək haqqının olmasının nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayon Zarağan kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 602477 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 12 iyun 2013-cu ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 18 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abdurahmanov, arvada Abdurahmanova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Zarağan kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İİİ seriyalı, 267563 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü ildə 11 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Zarağan kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ seriyalı, 524655 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci ildə 27 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İV seriyalı, 817590 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 134 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən verilmiş 30 iyul 2024-cü il tarixli, 18- 1-52/3-3347/2024 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən “Qəbələ rayon Mərkəzi Xəstəxanası” X18n İ Təcili yardım şöbəsində tibb qardaşı vəzifəsində çalışır və aylıq əmək haqqı 844 manatdır. İş materiallarında olan “İlkin X4 Edilməməsi Barədə” xx.xx.2024-cü il tarixli MŞQ/MT035- 2023-421 nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixli mediasiya prosesində Cavabdeh iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin X4 tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin X4 etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Qəbələ rayonunda fəaliyyət göstərən mediator X1 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 21.8-ci maddəsinə uyğun olaraq ““X4 edilməməsi Barədə” arayış verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı həcmində aliment tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 232.1-ci maddəsinə əsasənTərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmədə tərəfin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər xx.xx.2013-cu il rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Birgə nikahdan 16 mart 2014-cu il təvəllüdlü X8, 03 avqust 2015-ci il təvəllüdlü X9 və 30 yanvar 2023-cü il təvəllüdlü X11 adlı uşaqları doğulmuşdur, tərəflər arasındakı nikah rəsmi qaydada pozulmamış, tərəflərin birgə nikahından anadan olmuş, 16 mart 2014-cu il təvəllüdlü X8, 03 avqust 2015-ci il təvəllüdlü X9 və 30 yanvar 2023-cü il təvəllüdlü X11 anaları İddiaçı yanındadır. İddiaçı cavabdehdən yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/2 (iki bir) hissəsinin tutulmasını xahiş edir. Cavabdeh isə əmək haqqının ½ hissəsinin alimentə tutulmasına etiraz etməmişdir. Göstərilənlərə əsasən məhkəmə 16 mart 2014-cu il təvəllüdlü X8, 03 avqust 2015-ci il təvəllüdlü X9 və 30 yanvar 2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/2 miqdarında aliment İddiaçı xeyrinə tutulmasını əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. Məhkəmə belə qənaətə gələrkən cavabdehin rəsmi əmək haqqının olmasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2024-cü il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə tərəfin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, 16 mart 2014-cu il təvəllüdlü X8, 03 avqust 2015-ci il təvəllüdlü X9 və 30 yanvar 2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/2 miqdarında aliment İddiaçı xeyrinə tutulmalı, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olan iddialarda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçıların dövlət rüsumunu ödəməkdən azad olunduğu nəzərə Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən 70,64 (yetmiş manat altmış dörd qəpik) manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, 16 mart 2014-cu il təvəllüdlü X8, 03 avqust 2015-ci il təvəllüdlü X9 və 30 yanvar 2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/2 miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 70,64 (yetmiş manat altmış dörd qəpik) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar