Məhkəmə qərarları › İş №e-2(025)-956/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-956/2022

22.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-956/2022 22.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Hafı̇ zova Xumar Səfaqət qızının cavabdeh Hafı̇ zov Ağa İmran oğluna qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin təyin edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçı Hafı̇ zova Xumar Səfaqət qızının nümayəndəsi və vəkili Vəkil və cavabdeh Hafı̇ zov Ağa İmran oğlunun iştirakları ilə, İddiaçı Hafı̇ zova Xumar Səfaqət qızının cavabdeh Hafı̇ zov Ağa İmran oğluna qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Hafı̇ zova Xumar Səfaqət qızının cavabdeh Hafı̇ zov Ağa İmran oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. cavabdeh xx xxxxxx 1990-cı ildə Qəbələ rayonu Nohurqışlaq kəndində anadan olmuş, Qəbələ rayonu Nohurqışlaq kəndində yaşayan Cavabdeh 19 yanvar 2022-ci il təvəllüdlü X1 üçün 19 yanvar 2022-ci il tarixdən başlanmaqla hər ay sabit pul məbləğində 200 manat alimentin, 2. 28 sentyabr 2021-ci il tarixdən 19 yanvar 2022-ci il tarixədək olan dövr üçün hamilə olmağımla əlaqədar hər ay 100 manat sabit pul məbləğində alimentin, 3. 19 yanvar 2022-ci il tarixdən isə 19 yanvar 2022-ci il təvəllüdlü X4 3 yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin, 4. mediasiya xərci kimi ödənilmiş 60 manat pulun alınıb ona ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdehla 27 mart 2021-ci ildə faktiki nikah münasibətlərinə girməklə evlənmişdir. Münasibətlərini 19 aprel 2021-ci ildə rəsmləşdirmişlər. Birgə evlilikdən onların 1 uşağı olmuşdur: 19 yanvar 2022-ci il təvəllüdlü Nur Hafizova onların arasındakı nikah pozulmamışdır. Ancaq aralarındakı münasibətlər anlaşılmazlıqdan pozulmuş və qaynanası ona hədiyyə edilmiş qızıllarını əlindən almışdır. Məhz həmin münaqişə səbəbindən 29 iyul 2021-ci ildə evdən qovulmuşdur. Ona məxsus bütün əmlakı köçdüyüm evdədir. Hamiləykən bir neçə dəfə xəstəxanaya düşdüyündən övladının sağlamlığı üçün, həyəcanlanmamağı üçün məhkəməyə müraciət etməmişdir. Ancaq 28 sentyabr 2021-ci ildə Cavabdeh mübahisənin könüllü həlli üçün müraciət etmişdir. Həmin müddətdə ondan hamiləliyimlə əlaqədar aliment tələb edirdi. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı Hafı̇ zova Xumar Səfaqət qızının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Hafı̇ zov Ağa İmran oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, qarşı tərəf onun “Qədim Qəbələ” restoranında adminstrator işlədiyini və kifayət qədər yüksək gəlirə malik olduğunu bildirmişdir. Lakin, o, həmin kafedə sadəcə bufetçi olaraq işləyir. İddiaçı 29 iyul 2021-ci il tarixdə evdən qovulması isə böhtandır. X3 yanında da, o, bildirmişdir ki, iddiaçının qızılına, mebelinə qarşı heç bir iddiası yoxdur. Nikahın pozulması rəsmiləşəndən sonra istənilən vaxt iddiaçı əmlakını apara bilər. O, özü 30 yaşında ailə qurmuş və ailə həyatı qurmaqda gecikmişdir. Xumarla ailə qurandan sonra baş verən hadisələr nəticəsində atası insult keçirtdi və hazırda həkim nəzarətindədir. Hazırda ailə üzvlərindən yalnız, o, işləyir və bir qardaşı hərbiçidir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan Qəbələ Regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 18 fevral 2022-ci il tarixdə verilmiş AZ-T № 031060 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 19 aprel 2021-ci il tarixdə Hafı̇ zov Ağa İmran oğlu ilə rəsmi nikaha girmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 171 nömrə ilə qeydi aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Hafı̇ zov, arvada Hafı̇ zova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ Regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 28 fevral 2022-ci il tarixdə verilmiş Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 19 yanvar 2022-ci ildə Qəbələ şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 199 nömrə ilə doğum qeydi aparılmışdır. Anası Hafı̇ zova Xumar Səfaqət qızı, atası Hafı̇ zov Ağa İmran oğludur. İş materiallarında olan 10 yanvar 2022-ci il tarixli Əmək müqaviləsi bildirişindən və 01 avqust 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, Hafı̇ zov Ağa İmran oğlu 01 avqust 2020-ci il tarixdən Qəbələ rayonu, Zarağan kəndi, “Qədim Qəbələ” kafesində bufetçi vəzifəsində işləyir. İşçinin aylıq əmək haqqının məbləği 315 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 19 aprel 2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən bir övladı anadan olmuşdur. Hazırda iddiaçı 19 yanvar 2022-ci il təvəllüdlü X1 üçün 19 yanvar 2022-ci il tarixdən başlanmaqla hər ay sabit pul məbləğində 200 manat alimentin, 28 sentyabr 2021-ci il tarixdən 19 yanvar 2022-ci il tarixədək olan dövr üçün hamilə olmağı ilə əlaqədar hər ay 100 manat sabit pul məbləğində alimentin, 19 yanvar 2022-ci il tarixdən isə 19 yanvar 2022-ci il təvəllüdlü X4 3 yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin, mediasiya xərci kimi ödənilmiş 60 manat pulun alınıb ona ödənməsini tələb edir. Məhkəmə uşağın mənafelərini nəzərə alaraq, aliment tutulmasını məqsədə müvafiq hesab edir. Ancaq məhkəmə alimentin 200 manat həddində tutulmasını ədalətli və qanuna uyğun hesab etmir. İddiaçı alimentin cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən 19 yanvar 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, hesab edir ki, aliment 28 iyun 2022-ci il tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə cavabdehdən 28 sentyabr 2021-ci il tarixdən 19 yanvar 2022-ci il tarixədək olan dövr üçün hamilə olmağı ilə əlaqədar hər ay 100 manat sabit pul məbləğində alimentin, 19 yanvar 2022-ci il tarixdən isə 19 yanvar 2022-ci il təvəllüdlü X4 3 yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulmasını iddia etsə də, tələbini əsaslandıra bilməmiş və iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat Hafı̇ zov Ağa İmran oğlundan tutularaq Hafı̇ zova Xumar Səfaqət qızına ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 42.80 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Hafı̇ zov Ağa İmran oğlundan 28 iyun 2022-ci il tarixdən başlayaraq 19 yanvar 2022-cu il təvəllüdlü Hafı̇ zova Nur Ağa qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Hafı̇ zova Xumar Səfaqət qızına verilsin. İddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat Hafı̇ zov Ağa İmran oğlundan tutularaq Hafı̇ zova Xumar Səfaqət qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Hafı̇ zov Ağa İmran oğlundan 42 (qırx iki) manat 80 (səksən) qəpik məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar