Məhkəmə qərarları › İş №e-2(026)-112/2021

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-112/2021

04.03.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-112/2021 04.03.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu, iddiaçı Kreditor Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Borclu qarşı 100 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı Kreditor Açıq Səhmdar Cəmiyyəti cavabdeh Borclu qarşı 100 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu tələbinə dair Qobustan rayon məhkəməsinə ərizə göndərmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırarkən müəyyən edildi ki, ərizənin icraata qəbul edilməsindən aşağıda qeyd olunanlara əsasən imtina edilməlidir. İddiaçı Kreditor Açıq Səhmdar Cəmiyyəti cavabdeh Borclu qarşı 100 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu tələbinə dair Qobustan rayon məhkəməsinə ərizə göndərmiş, Qobustan rayon məhkəməsində xx xxxx 2021-ci il tarixdə 2(026)-110/2021 saylı məhkəmə əmri çıxarılalaq ərizə təmin edilmiş və xx.xx.1975-ci ildə Qobustan rayonunun Xilmilli kəndində anadan olmuş, Qobustan rayonunun Xilmilli kəndində qeydiyyatda olan Borclu CLASS Dominator-130 markalı 45600122 şassi nömrəli, PU82524R015648C mühərrik nömrəli taxılyığan kombayna görə 100 manat məbləğdə ödənilməmiş borcun və 20 manat dövlət rüsumunun, cəmi 120 manat alınıb Bakı şəhəri, Z.Bünyadov prospekti 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 4-cü mərtəbədə yerləşən Kreditor Açıq Səhmdar Cəmiyyətinə verilməsi əmr edilmişdir. Beləliklə, ərizə təkrar olaraq məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığı hallarda, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263,264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Kreditor Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Borclu qarşı 100 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. Qərardaddan 10 (on) gün müddətində Qobustan rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: M.Q. Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar