Məhkəmə qərarları › İş №e-2(026)-128/2021

Qobustan Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(026)-128/2021

15.03.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qobustan rayonu İş № e-2(026)-128/2021 15.03.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Mən, Qobustan Rayon Məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu, Qobustan Rayon Məhkəməsinin icraatında olan Kreditor Açıq Səhmdar Cəmiyyətinin Borclu oğluna qarşı pul məbləğinin tələbi barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Kreditor ASC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor ASC ilə Borclu arasında bağlanmış xx.xx.2020-ci il tarixli 07/00114 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd CLAAS Dominator-130 markalı taxılyığan kombaynı 2020-ci il taxıl biçini mövsümü ərzində istifadəyə verilmişdir. Kreditor Açıq Səhmdar Cəmiyyətlə borclu arasında bağlanmış 07/00114 nömrəli müqaviləyə əsasən 70000 manat öhdəlikdən 5782 manat ödəniş edərək 1218 manat borcu qalmışdır. Borclunun Cəmiyyətə hal-hazırda 1218 manat borcu vardır. Lakin borclu vaxtında iddiaçıya olan borcunu qaytarmadığından kreditor dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, borclu bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, kreditor məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nəticədə xx.xx.2020-ci il tarixli 07/00114 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1218 manat məbləğdə ödənilməmiş borcun və 20 manat dövlət rüsumunun, cəmi 1238 manat məbləğin Borclu alınıb Kreditor ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılması xahiş edilmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor ASC-nin tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Bu halda Azərbaycan Respublikası MPM-in 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli 07/00114 nömrəli müqavilənin surətindən görünür ki, Borclu ilə Kreditor ASC arasında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsindən görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu xx.xx.2020-ci il tarixli 07/00114 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1218 manat məbləğdə ödənilməmiş borcun və 20 manat dövlət rüsumunun, cəmi 1238 manat alınıb Kreditor ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 275, 276, 280, 281 və 284-cü maddələrini rəhbər tutub ƏMR EDİRƏM: xx.xx.1973-cü ildə Şamaxı rayonunun Bəklə kəndində anadan olmuş, Qobustan rayonunun Bəklə kəndində qeydiyyatda olan Borclu oğlundan xx.xx.2020-ci il tarixli 07/00114 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1218 manat məblədə ödənilməmiş borcun və 20 manat dövlət rüsumunun, cəmi 1238 manat alınıb Bakı şəhəri, Z.Bünyadov prospekti 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 4-cü mərtəbədə yerləşən Kreditor Açıq Səhmdar Cəmiyyətinə verilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissələrinə qarşı Qobustan Rayon Məhkəməsini yazılı xəbərdarlıq etməklə etiraz edə bilər. Məhkəmə əmri icra sənədi hesab olunur. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmənin hakimi: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar