Məhkəmə qərarları › İş №e-2(026)-14/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-14/2024

03.04.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-14/2024 03.04.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil və cavabdeh Qobustan rayon X1 hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Qobustan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən ona 2020-ci ilin mart ayından başlayaraq 2022-ci ilin fevral ayınadək yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarda əmək haqlarına müddətli əlavələrin yenidən hesablanması, ödənilməmiş 12360,9 (on iki min üç yüz altmış manat, doxsan qəpik) manat məbləğində əmək haqqının 5 misli miqdarda əmək haqlarına müddətli əlavələrin ödənilməyən hissəsinin tam ödənilməsi, eləcə də ödənilmiş 50 manat mediasiya xərcinin, 200 manat hüquqi yardım almaq üçün vəkilə ödənilmiş xərcin, 100 manat məbləğində digər xərcləri (Bakı və İsmayıllı şəhərlərinə yol xərci, vaxt itkisi, poçt, dəftərxana xərci və s) ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qobustan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən ona 2020-ci ilin mart ayından başlayaraq 2022-ci ilin fevral ayınadək yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarda əmək haqlarına müddətli əlavələrin yenidən hesablanması, ödənilməmiş 12360,9 (on iki min üç yüz altmış manat, doxsan qəpik) manat məbləğində əmək haqqının 5 misli miqdarda əmək haqlarına müddətli əlavələrin ödənilməyən hissəsinin tam ödənilməsi, eləcə də ödənilmiş 50 manat mediasiya xərcinin, 200 manat hüquqi yardım almaq üçün vəkilə ödənilmiş xərcin, 100 manat məbləğində digər xərcləri (Bakı və İsmayıllı şəhərlərinə yol xərci, vaxt itkisi, poçt, dəftərxana xərci və s) ödənilməsi tələbinə dair məhkəməyə iddia ərizəsi vermişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayon mərkəzi xəstəxanasında xadimə kimi fəaliyyət göstərir. Yeni növ koronavirus (COVİD-19) infeksiyası Respublikamızda yayıldığı ilk günlərdən Qobustan rayon Mərkəzi Xəstəxanasında pandemiya ilə mübarizə tədbirlərinə cəlb olunmuş və 2020-ci ilin iyul ayının 29-da hörmətli X4 iştirakı ilə Qobustan rayonunda COVİD-19 ilə bağlı modul tipli xəstəxana istifadəyə verildikdən sonra fəaliyyətini həmin müəsissədə davam etdirir. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli, 1947 nömrəli sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə 01 mart 2020-ci ildən cəlbetmənin bütün dövrü üçün əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 5 mislinədək miqdarda müddətli əlavələrin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin tibb işçiləri koronavirus infeksiyası ilə mübarizə tədbirlərində yaxından iştirak etməyinə və bu virusa yoluxmuş xəstələrlə əlaqədə olmağına baxmayaraq, əmək haqqına edilməli əlavələri ala bilmir. Halbuki, TƏBİB-in əlaqədar qurumlarında, eləcə də ətraf rayonlarda bu sahədə çalışan tibb və qeyri-tibb işçilərinin hamısı, həmçinin qonşu rayonlardan Qobustan rayon mərkəzi xəstəxanasına ezam olunmuş tibb personalı (həkim, tibb bacıları, tibb qardaşları, texniki işçilər də daxil olmaqla) əmək haqlarına müddətli əlavəni alırlar. Baxmayaraq ki, digər tibb işçiləri kimi o də gündəlik koronavirus xəstələri və onların ailə üzvləri ilə təmasda olur, xəstələrin hərarətlərinin ölçülməsi, yaxmaların götürülməsi, yoluxmuş xəstələrin təxliyə edilməsi işlərini həyata keçirir və beləliklə koronavirus təhlükəsi ilə üzləşirdi. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyi üçün ona 01 mart 2020-ci il tarixdən cəlbetmənin bütün dövrü üçün əmək haqlarına ayliq vəzifə (tarif) maaşının 5 misli miqdarda müddətli əlavələr ödənilməlidir. “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli sərəncamında və “Yeni növ koronavirus (COVİD19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli Qərarında nəzərdə tutulan əlavələr ona şamil edilir. Qeyd edilənlərə baxmayaraq dəfələrlə “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə müraciət edərək “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli sərəncamında və “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli Qərarında nəzərdə tutulan əlavələrin hesablanaraq ona ödənilməsini xahiş etmişdir. Bundan başqa “Qobustan rayon Mərkəzi Xəstəxanası” X8 təqdim etdiyi xəstəxananın böyük tibb bacısının və İnsan Resursları şöbəsinin müdirinin imzası ilə və Qobustan RMX PHŞ təsdiq etdiyi “İş vaxtının Uçotu tabeli” ndə və “Növbətçilik cədvəli” də təsdiq edilən iş saatlarına uyğun olaraq az hesablanmış aylıq əməkhaqqına əmək haqqı kartından çıxarışla da təsdiq olunur ki, aylar ərzində hər iş günü növbə ərzində 12 saat işləməyinə baxmayaraq ona 6 saat iş vaxtına görə ödəniş hesablanıb ödənilmişdir. Bununla da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli Qərarında nəzərdə tutulan müddətli əlavələrin hesablanaraq ona ödənilməməsi ilə yanaşı aylıq əmək haqlarını da Qobustan RMX PHŞ təsdiq etdiyi “İş vaxtının Uçotu tabeli”-də və “Növbətçilik cədvəli”-də təsdiq edilən iş saatlarına uyğun olaraq az hesablanılaraq ödənilmişdir. Qalıq məbləğ də yenidən hesablanıb tam ödənilməlidir. Qeyd edilən tələblə bağlı o və digər iş yoldaşları X5 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinə kollektiv şikayətlərinin araşdırılması və müvafiq tədbirlər görülməsi üçün 06 iyun 2022-ci il tarixdə KOL **********6 saylı məktubla müraciət etmişlər. X5 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, TƏBİB, Səhiyyə Nazirliyinə, “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə sorğular verilmiş, sənədlər, cədvəllər və s.tələb edilmişdir. X5 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsi müraciətimizi araşdıraraq həqiqətən ona və iş yoldaşlarına 2020-ci ilin mart ayından 01 yanvar 2022-ci il tarixədək olan dövr ərzində pandemiya ilə əlaqədar əmək haqlarına əlavələrin 5 misli az hesablanması, eləcə də hər iş günü növbə ərzində 12 saat işləməsinə baxmayaraq ona 6 saat iş vaxtına görə ödəniş hesablanıb ödənilməsi müəyyən edilmiş və “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə 15 iyul 2022-ci il tarixli **********4 saylı GÖSTƏRİŞ məktubu göndərərək onun və digər işçilərin əmək haqqına müddətli əlavələrin və az hesablanmış əmək haqqının 30 gün ərzində yenidən hesablanaraq ödənilməsinin təmin edilməsi və nəticəsi barədə X5 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinə məlumat verilməsi tapşırılmış, əks halda “Qobustan rayon Mərkəzi Xəstəxanası” X8 barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsinə əsasən barəsində müvafiq qaydada inzibati məsuliyyət tədbirlərinin görüləcəyi göstərilmişdir. “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi “Göstəriş”ə əhəmiyyət verməyərək yuxarıda qeyd edilən “Göstəriş”i icra etməmişdir. X5 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən 19 avqust 2022-ci il tarixdə “Qobustan rayon Mərkəzi Xəstəxanası” X8 direktoru barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq 26 avqust 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarla 1000 (bir min) manat cərimə tənbeh növü tətbiq edilmişdir. Bundan başqa “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi qeyd edilən göstərişi icra etmədiyinə görə X5 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən 19 avqust 2022-ci il tarixdə “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq 19 avqust 2022-ci il tarixli MN ******* nömrəli qərardadla baxılması üçün Qobustan rayon məhkəməsinə göndərilmişdir. Qobustan rayon məhkəməsi “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi 2000 (ikimin) manat cərimə etmişdir. Yenidən yazılı və şifahi müraciətlərindən sonra “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi 03 mart 2023-cü il tarixli PHŞ-6-53/2-V-2-21-174/2023 saylı məktubla onlara cavab verərək Qanunla nəzərdə tutulan, onlara ödənilməli olan əməkhaqqına əlavələrin 5 misli məbləğinin ödənilmədiyini etiraf edərək vəsait ayrılması üçün TƏBİB-ə müraciət edildiyini bildirmişdir. Qeyd edilən cavab inandırıcı deyil, belə ki, iki il keçməsinə baxmayaraq qanunla müəyyən edilmiş məbləğin guya “büdcədə nəzərdə tutulmadığı üçün” “Qobustan rayon Mərkəzi Xəstəxanası” X8 hesabına köçürülməməsi kimi cavab həmin məbləğin ödənilməsindən yayınma kimi dəyərləndirir. Çünki Pandemiya başlayandan sonra ardarda 3 il büdcə təsdiq edilmişdir. Bundan başqa “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli sərəncamın və “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli Qərarın tələblərini yerinə yetirməməklə yanaşı “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 99-cu (İş vaxtından artıq iş),157-ci ( Əməyin ödənilməsi sistemi və növləri), 165-ci (İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi), 172-ci (Əmək haqqının verilməsi müddətləri), 173-cü (İşçilərin haqq-hesab sənədləri) maddələrini tələblərini kobud surətdə pozaraq bizi əmək haqqına müddətli əlavədən və tam əmək haqqından qanunsuz olaraq məhrum etmişdir. Qeyd edilən əmək mübahisəsinin məhkəməyə qədər həll edilməsinin alternativ yolu kimi mən Mediasiya Şurasının Bakı 12 saylı Mediasiya Təşkilatına müraciət etmiş, qarşı tərəf “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi ( direktor və ya nümayəndəsi İlkin mediasiya sesiyasında iştirak etməmişdir. 2020-ci ilin mart ayından başlayaraq 2022cü ilin fevral ayınadək yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarda əmək haqlarına müddətli əlavələrin yenidən hesablanması, ödənilməmiş 12360,9 manat məbləğində əmək haqqının 5 misli miqdarda əmək haqlarına müddətli əlavələrin ödənilməyən hissəsinin tam ödənilməsi, eləcə də ödənilmiş 50 manat mediasiya xərcinin, 200 manat hüquqi yardım almaq üçün vəkilə ödənilmiş xərcin, 100 manat məbləğində digər xərclərin Qobustan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Qobustan rayon X1 Hüquqi Şəxsin nümayəndəsi X6 məhkəmə iclasında izahatında göstərdi ki, qeyd edilənlərlə yanaşı, İddiaçı iddia müddətini ötürməklə iddia qaldırmışdır. O iddia tələbində 2020-ci ilin mart ayından ödənişləri tələb edir. İddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququn pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddiaçı TƏBİB-ə müraciət etmiş, TƏBİB isə əlavələrin veriləcəyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Üçüncü şəxs Maraqlı şəxs publik hüquqi şəxs (TƏBİB) məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Qobustan rayon məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 3(026)-409/2022 saylı qərarından görünür ki, Qobustan rayon X1 Hüquqi Şəxsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 2000 manat cərimə edilmişdir. X5 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən 19 avqust 2022-ci il tarixdə “Qobustan rayon mərkəzi xəstəxanası” publik hüququ şəxsin direktoru barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, 26 avqust 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 1000 manat cərimə tənbeh növü tətbiq edilmişdir. “Koronavirus” (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında” əmrlərin surətlərindən görünür ki, İddiaçı yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etmişdir. İddiaçı ilə bağlanmış əmək müqavilələrinə olan xx.xx.2020-ci il tarixli əlavələrin 1-ci bəndindən görünür ki, işçilərlə bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndinə edilmiş dəyişikliyə əsasən işçilərin taarif maaşı müəyyən edilmiş və əmək haqqına əlavənin isə İcbari Tibbi Sığorta üzrə X3 heyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X8 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na müvafiq olaraq ödənilməsi qərara alınmışdır. Qobustan rayon X1 hüquqi şəxsin “Koronovirus” pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 341.1 saylı əmrindən görünür ki, əmrə əlavə edilən siyahıda göstərilən tibb işçiləri Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə cəlb edilmiş, TTTYS-in gündəlik işə cəlb olunmuş briqadalarından yalnız biri (1 nəfər həkim, 1 nəfər tibb bacısı və sürücü) Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərdə iştirak etmişdir. Qobustan rayon X1 hüquqi şəxsin koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 341.2 saylı əmrindən görünür ki, koronovirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədi ilə yoluxma sayının artımını nəzərə alıb əlavə briqadalara ehtiyac olduğu təqdirdə əlavə briqadaların yaradılmasının təmin edilməsi əmr edilmişdir. İcbari Tibbi Sığorta üzrə X3 heyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X8 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nın 4-cü hissəsinə əsasən səhiyyə işçisinin əmək haqqına tutduğu vəzifədən, stajdan və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Həmin Qaydanın 17.4-cü bəndindən görünür ki, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin, qan və onun konpenentləri, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəsissələrin (şöbə və bölmələrin) işçilərinin aylıq vəzifə (tarif) maaşlarına əməyin ödənilmə dərəcələrinə uyğun olaraq vəzifə maaşı qədər əlavənin verilməsi müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/612 nömrəli 29 fevral 2024-cü il tarixli mühasibatlıq ekspertizası rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cədvəl məlumatlarına əsasən yeni növ koronavirus (COVİD- 19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) işlədiyi aylar üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında hesablanmaqla İddiaçı – 11927,14 manat ödənilməyən qalıq məbləğin olduğu müəyyən edilir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin predmeti əmək normalarının, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi ilə bağlı olduğundan, mübahisə əmək qanunvericiliyinin normaları və digər əlaqəli normativ hüquqi aktlar əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəllənin 147-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək normaları-hasilat normaları, vaxt normaları, xidmət normaları və işçilərin say normaları işçilər üçün texnikanın, texnologiyanın əldə edilmiş səviyyəsinə uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 147-ci maddəsinin 4-cü hissəsinə hasilat normaları elə müəyyən edilməlidir ki, tam iş vaxtı ərzində işçi əmək funksiyasını yerinə yetirmək imkanına malik olsun və onun əmək haqqının məbləği qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmasın. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən əmək normalarının, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. Məhkəmə ilk növbədə, cavabdeh tərəfin iddia tələbinin, mart 2020-ci il tarixdən başlayaraq, İcbari Tibbi Sığorta üzrə X7 heyətinin 2 nömrəli qərarı ilə təsdiq edilmiş “«Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X8 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun olaraq əmək haqqının yenidən hesablanıb ödənilməsi hissəsinə münasibətdə iddia müddətinin tətbiq ediməsinə dair qeyd edir ki, iddia tələbinin qeyd olunan hissəsinə münasibətdə iddia müddətinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Qobustan rayon Mərkəzi Xəstəxanası” X8 iddiaçılara yazdığı rəsmi cavablarda onlara olan borcu etiraf etmiş, vəsait ayrılandan sonra ödəyəcəyini bildirmişdir. Eləcə də iddiaçılar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsinin araşdırmasından sonra onlar əmək haqlarına əlavənin verilməməsini dəqiq bilmişlər. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Qobustan rayon X1 hüququ şəxsi 03 mart 2023-cü il tarixli PHŞ-6-53/2-v-2-21-174/2023 saylı məktubla “TƏBİB”-ə müraciət edildiyini bildirmiş, vəsait ayrıldıqdan sonra əlavələrin onlara ödəniləcəyi bildirilmişdir. Həmçinin işçilərin Qobustan rayon X1 hüququ şəxsin direktoru tərəfindən korona virusun davam etdiyi müddətdə hər ayın əvvəlində koronavirusla mübarizə tədbirlərinə cəlb edilmələri barədə müvafiq əmrlər verilmişdir. Bundan başqa “Qobustan rayon Mərkəzi Xəstəxanası” X8 təqdim etdiyi xəstəxananın böyük tibb bacısının və İnsan Resursları şöbəsinin müdirinin imzası ilə və Qobustan RMX PHŞ təsdiq etdiyi “İş vaxtının uçotu tabeli” ndə və “Növbətçilik cədvəli” ndə təsdiq edilən iş saatlarına uyğun olaraq az hesablanmış aylıq əməkhaqqına onların əmək haqqı kartından çıxarışla da təsdiq olunur ki, aylar ərzində hər iş günü növbə ərzində 12 saat işləməklərinə baxmayaraq iş vaxtına görə az ödəniş hesablanıb ödənilmişdir. Qeyd edilən tələblə bağlı iddiaçılar X5 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinə kollektiv şikayətlərinin araşdırılması və müvafiq tədbirlər görülməsi üçün 06 iyun 2022-ci il tarixdə KOL **********6 saylı məktubla müraciət etmişlər. X5 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, TƏBİB-ə, Səhiyyə Nazirliyinə, “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə sorğular verilmiş, sənədlər, cədvəllər və s. tələb edilmişdir. X5 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsi müraciətləri araşdıraraq həqiqətən onlara 2020-ci ilin mart ayından 01 yanvar 2022-ci il tarixədək olan dövr ərzində pandemiya ilə əlaqədar əmək haqlarına əlavələrin 5 misli az hesablanması, eləcə də hər iş günü növbə ərzində 12 saat işləməklərinə baxmayaraq onlara iş vaxtına görə ödəniş hesablanıb ödənilməsi müəyyən edilmiş və “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə 15 iyul 2022-ci il tarixli **********4 saylı göstəriş məktubu göndərərək onun və digər işçilərin əmək haqqına müddətli əlavələrin və az hesablanmış əmək haqqının 30 gün ərzində yenidən hesablanaraq ödənilməsinin təmin edilməsi və nəticəsi barədə X5 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinə məlumat verilməsi tapşırılmış, əks halda “Qobustan rayon Mərkəzi Xəstəxanası” X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsinə əsasən müvafiq qaydada inzibati məsuliyyət tədbirlərinin görüləcəyi göstərilmişdir. “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi göstərişi icra etməmişdir. Bu səbəbdən mərkəzi xəstəxananın direktoru 19 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən 1000 manat, “Qobustan rayon mərkəzi xəstəxanası” publik hüququ şəxs Qobustan rayon məhkəməsi tərəfindən 2000 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin iddiaçının əmək haqqına əlavədən yenidən hesablanıb ödənilməsi hissəsinə münasibətdə iddia müddəti iddiaçı tərəfindən ötürülmədiyinə görə iddia tələbinə iddia müddəti tətbiq edilməməlidir. Məhkəmə iddia tələbinin əmək haqqının 2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək İcbari Tibbi Sığorta üzrə X3 heyətinin xx.xx.2020-ci il tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X8 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada hesablanaraq iddiaçılara ödənilməsinin cavabdehə həvalə edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı əmək haqqı faktiki işlədiyi iş saatlarına uyğun olmalıdır. İddiaçı işəgötürənin müvafiq əmrləri ilə koronavursla mübarizəyə cəlb edilmiş və iş vaxtının “uçotu tabeli və növbətçilik cədvəlləri” ilə təsdiq edildiyi kimi növbədə 12 saat işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 156-cı maddəsinə 1-ci hissəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı əmək haqqına əlavələrin və əmək haqqının yenidən hesablanması iddiaçının xeyrinə müsbət fərqin yaranması ilə nəticələnir. Bu da işçinin pozulmuş əmək hüquqlarının bərpa edilməsini ehtiva edir. Ona görə də işəgötürən tərəfindən yol verilmiş qanun pozuntusu aradan qaldırılmalıdır. İş materiallarından görünür ki, iddia İddiaçı mediasiya xidmətinə görə 50 manat, hüquqi yardım almaq üçün vəkilə ödənilmiş 200 manatı təsdiq edən sənədlər işdə mövcuddur. Lakin 100 manat məbləğində digər xərclərin ödənilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı mediasiya xidmətinə görə ödədiyi 50 manat, hüquqi yardım almaq üçün vəkilə ödənilmiş 200 manat cavabdehdən alınıb ona verilməli, 100 manat digər xərclər hissəsində isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Qobustan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün (2020ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) dövrü üçün- 11927,24 manat, 50 manat və hüquqi yardım almaq üçün vəkilə ödənilmiş 200 manat “Qobustan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsdən alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar