Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qobustan rayonu İş № e-2(026)-145/2021 07.04.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Mən, Qobustan Rayon Məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu, Qobustan Rayon Məhkəməsinin icraatında olan Kreditor Borclu qarşı pul tələbi barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Kreditor MMC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya 468 manat məbləğində məişət məhsulunu kreditlə-nisyə satılmışdır. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o kreditin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada, yəni aylıq 39 manat ödəməyi icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliyini yerinə yetirməmişdir. Nəticədə Borclu arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə 273 manat əsas borc və 20 manat cərimə borcu olmaqla, cəmi 293 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun Kreditor MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılması xahiş edilmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor MMC-nin tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Bu halda Azərbaycan Respublikası MPM-in 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. İşə əlavə olunmuş xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqavilənin surətindən görünür ki, Borclu ilə Kreditor MMC arasında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsindən görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 273 manat əsas borc və 20 manat cərimə borcu olmaqla, cəmi 293 manat borc, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu alınıb Kreditor MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 275, 276, 280, 281 və 284-cü maddələrini rəhbər tutub ƏMR EDİRƏM: xx.xx.1974-cü ildə Qobustan rayonunun Mərəzə qəsəbəsində anadan olmuş, Qobustan şəhəri, H.Əliyev pr., ev 62-də qeydiyyatda olan Borclu xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 273 manat əsas borc və 20 manat cərimə borcu olmaqla, cəmi 293 manat borc, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu alınıb Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli, 42 C-də yerləşən Kreditornə verilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissələrinə qarşı Qobustan Rayon Məhkəməsini yazılı xəbərdarlıq etməklə etiraz edə bilər. Məhkəmə əmri icra sənədi hesab olunur. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmənin hakimi: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-145/2021
Qobustan Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(026)-145/2021
07.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver