Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-257/2021 24.06.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu, iddiaçı Kreditor Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Borclu qarşı 4500 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı Kreditor Açıq Səhmdar Cəmiyyəti cavabdeh Borclu qarşı 4500 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu tələbinə dair Qobustan rayon məhkəməsinə ərizə göndərmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırarkən müəyyən edildi ki, ərizənin icraata qəbul edilməsindən aşağıda qeyd olunanlara əsasən imtina edilməlidir. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 iyun 2021-ci il tarixli 156 saylı arayışından görünür ki, Cəfərov X2 rayon Xilmilli kəndində qeydiyyatda deyil və orada yaşamır. İşə əlavə olunmuş müqavilədən görünür ki, Cəfərov X1 rayonu Çağırğan kənd sakinidir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim ərizə və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Maddənin 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığı hallarda, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263,264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Kreditor Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Borclu qarşı 4500 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan 10 (on) gün müddətində Qobustan rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: M.Q. Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-257/2021
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-257/2021
24.06.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver