Məhkəmə qərarları › İş №e-2(026)-266/2021

Qobustan Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(026)-266/2021

01.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qobustan rayonu İş № e-2(026)-266/2021 01.07.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Mən, Qobustan Rayon Məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu, Qobustan Rayon Məhkəməsinin icraatında olan Kreditor Borclu qarşı pul tələbi barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Kreditor MMC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış WTCN-003785/20 nömrəli 25.09.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən alıcıya 18 ay müddətinə 919 manat dəyərində olan “Lenovo 15.6 İdeaPad 330-15İKB” markalı əşyanı satmışdır. Borclu 919 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, nisyə alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmiş və heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi, 14.06.2021-ci il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir. Lakin boclu yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. Borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən tələbkar Kreditor MMC tərəfindən ona 14.06.2021-ci il tarixə 87,57 manat məbləğində cərimə hesablanmışdır. Lakin kreditor tərəfindən borcluya güzəşt edilmiş və yekun cərimə məbləği 84 manat hesablanmışdır. Nəticədə Borclu 836 manat əsas borc, 84 manat cərimə və ödənilmiş 20 manat manat dövlət rüsumunun kreditor “xxxx” MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılması xahiş edilmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor MMC-nin tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Bu halda Azərbaycan Respublikası MPM-in 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. İşə əlavə olunmuş 25.09.2020-ci il tarixli WTCN-003785/20 nömrəli nisyə alqısatqı müqaviləsindən görünür ki, Borclu ilə Kreditor MMC arasında müqavilə bağlanmışdır. İşdə olan 30.05.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Borclunın Kreditor MMC-yə 836 manat əsas, 87,57 manat manat borcu vardır. İşdə olan 14.06.202-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Borclu borcunun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsindən görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu 836 manat əsas borc, 84 manat cərimə və ödənilmiş 20 manat dövlət rüsumu alınıb Kreditor MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 275, 276, 280, 281 və 284-cü maddələrini rəhbər tutub ƏMR EDİRƏM: xx.xx.1989-cu ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olmuş, Qobustan şəhərində qeydiyyatda olan Borclu 836 manat əsas borc, 84 manat cərimə və ödənilmiş 20 manat dövlət rüsumu alınıb Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 188 “X1” 10-cu mərtəbədə yerləşən Kreditornə verilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissələrinə qarşı Qobustan Rayon Məhkəməsini yazılı xəbərdarlıq etməklə etiraz edə bilər. Məhkəmə əmri icra sənədi hesab olunur. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmənin hakimi: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar