Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-277/2023 16.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X3, İddiaçı6, X4, İddiaçı8 Saxitcanovna, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, iddiaçıların vəkili və nümayəndəsi Vəkil və cavabdeh Qobustan rayon X7 hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X3, İddiaçı6, X4, İddiaçı8 Saxitcanovna, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 cavabdeh Qobustan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən onlara 2020-ci ilin mart ayından başlayaraq yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarda hər birinə 35000 (otuz beş min) manat əmək haqlarına müddətli əlavələrin ödənilməsi, COVİD-19 pandemiyası ilə mübarizəyə cəlb edildikləri müddətdə Qobustan RMX PHŞ tərəfindən hər ay üçün təsdiq edilmiş “iş vaxtının uçotu tabeli” nə və “növbətçilik cədvəli” nə əsasən işlədiyi 12 saat əvəzinə 6 saata görə əmək haqqının hesablanması nəticəsində az hesablanmış 6000 (altı min) manat aylıq əmək haqqının tam ödənilməsi, eləcə də ödənilmiş 50 manat mediasiya xərcinin, 200 manat hüquqi yardım almaq üçün vəkilə ödənilmiş xərcin, 100 manat məbləğində digər xərcləri (Bakı və İsmayıllı şəhərlərinə yol xərci, vaxt itkisi, poçt, dəftərxana xərci və s) ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X3, İddiaçı6, X4, İddiaçı8 Saxitcanovna, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 cavabdeh Qobustan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən onlara 2020-ci ilin mart ayından başlayaraq yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarda hər birinə 35000 (otuz beş min) manat əmək haqlarına müddətli əlavələrin ödənilməsi, COVİD-19 pandemiyası ilə mübarizəyə cəlb edildikləri müddətdə Qobustan RMX PHŞ tərəfindən hər ay üçün təsdiq edilmiş “iş vaxtının uçotu tabeli” nə və “növbətçilik cədvəli” nə əsasən işlədiyi 12 saat əvəzinə 6 saata görə əmək haqqının hesablanması nəticəsində az hesablanmış 6000 (altı min) manat aylıq əmək haqqının tam ödənilməsi, eləcə də ödənilmiş 50 manat mediasiya xərcinin, 200 manat hüquqi yardım almaq üçün vəkilə ödənilmiş xərcin, 100 manat məbləğində digər xərcləri (Bakı və İsmayıllı şəhərlərinə yol xərci, vaxt itkisi, poçt, dəftərxana xərci və s) ödənilməsi tələbinə dair ayrı-ayrılıqda məhkəməyə iddia ərizəsi vermişlər. İddiaçıların vəkili və nümayəndəsi Vəkil vəsatəti əsasında adları yuxarıda göstərilən iddiaçıların iddiaları üzrə olan mülki işlər məhkəmənin 06 iyun 2023-cü il tarixli qərardadı ilə bir icraatda birləşdirilmişdir. Göstərilən 12 iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında göstərdi ki, onun hüquqlarını müdafiə etdiyi şəxslər Qobustan rayon X7 hüquqi şəxsdə feldşer, böyük tibb bacısı, kiçik tibb bacısı (xadimə) vəzifəsində işləmişlər. Yeni növ koronavirus (COVİD-19) infeksiyası Respublikamızda yayıldığı ilk günlərdən Qobustan rayon Mərkəzi Xəstəxanasında pandemiya ilə mübarizə tədbirlərinə cəlb olunmuşlar və 2020-ci ilin iyul ayının 29-da hörmətli X5 iştirakı ilə Qobustan rayonunda COVİD-19 ilə bağlı modul tipli xəstəxana istifadəyə verildikdən sonra fəaliyyətlərini həmin müəsissədə davam etdirmişlər. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli, 1947 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə xx.xx.2020-ci ildən cəlbetmənin bütün dövrü üçün əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 5 mislinədək miqdarda müddətli əlavələrin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçılar koronavirus infeksiyası ilə mübarizə tədbirlərində yaxından iştirak etmələrinə və bu virusa yoluxmuş xəstələrlə təmasda olmaqlarına baxmayaraq, əmək haqqına edilməli əlavələri ala bilməmişlər. Halbuki, TƏBİB-in əlaqədar qurumlarında, eləcə də ətraf rayonlarda bu sahədə çalışan tibb və qeyri-tibb işçilərinin hamısı, həmçinin qonşu rayonlardan Qobustan rayon xəstəxanasına ezam olunmuş tibb personalı (həkim, tibb bacıları, tibb qardaşları, texniki işçilər də daxil olmaqla) əmək haqlarına müddətli əlavəni almışlar. İddiaçılar gündəlik koronavirus xəstələri və onların ailə üzvləri ilə təmasda olur, xəstələrin hərarətlərinin ölçülməsi, yaxmaların götürülməsi, yoluxmuş xəstələrin təxliyə edilməsi, xəstələrin yatdığı palataların təmizlənməsi, palataların sanitar qovşağının təmizlənməsi işlərini həyata keçirmiş, real olaraq koronavirus təhlükəsi ilə üzləşmişlər. İddiaçılar koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri üçün 01 mart 2020-ci il tarixdən cəlbetmənin bütün dövrü üçün onların əmək haqlarına ayliq vəzifə (tarif) maaşının 5 misli miqdarda müddətli əlavələr ödənilməlidir. Belə ki, “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli sərəncamında və “Yeni növ koronavirus (COVİD19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli Qərarında nəzərdə tutulan əlavələr iddiaçılara şamil edilir. Hüquqlarını müdafiə etdiyi şəxslər birlikdə və ayrı-ayrılıqda X14 rəhbərliyinə müraciət edərək onlara verilməli olan əlavələrin onlara ödənilməsini xahiş etmişlır. Rəhbərlik şifahi və rəsmi olaraq xəstəxananın hesabına tibbi icbari sığorta tərəfindən vəsait köçürülən kimi onların əlavələrini hesablayıb ödəyəcəklərini bildirsələr də, hazıra kimi həmin əlavələr ödənilməmişdir. Qobustan rayon X7 hüququ şəxsi 03 mart 2023-cü il tarixli PHŞ-6-53/2-v- 2-21-174/2023 saylı məktubla TƏBİB-ə müraciət edildiyini bildirmiş, vəsait alındıqdan sonra əlavələrin onlara ödəniləcəyi bildirilmişdir. Hüquqlarını müdafiə etdiyi işçilər Qobustan rayon X7 hüququ şəxsin direktorunun korona virusun davam etdiyi müddətdə hər ayın əvvəlində koronavirusla mübarizə tədbirlərinə cəlb edilmələri barədə müvafiq əmrlər vermişdir. Bundan başqa, “Qobustan rayon Mərkəzi Xəstəxanası” X14 təqdim etdiyi xəstəxananın böyük tibb bacısının və İnsan Resursları şöbəsinin müdirinin imzası ilə və Qobustan RMX PHŞ təsdiq etdiyi “İş vaxtının uçotu tabeli” ndə və “Növbətçilik cədvəli” ndə təsdiq edilən iş saatlarına uyğun olaraq az hesablanmış aylıq əməkhaqqına onların əmək haqqı kartından çıxarışla da təsdiq olunur ki, aylar ərzində hər iş günü növbə ərzində 12 saat işləməklərinə baxmayaraq 6 saat iş vaxtına görə ödəniş hesablanıb ödənilmişdir. Qeyd edilən tələblə bağlı iddiaçılar X11 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinə kollektiv şikayətlərinin araşdırılması və müvafiq tədbirlər görülməsi üçün 06 iyun 2022-ci il tarixdə KOL **********6 saylı məktubla müraciət etmişlər. X11 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, TƏBİB-ə, Səhiyyə Nazirliyinə, “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə sorğular verilmiş, sənədlər, cədvəllər və s. tələb edilmişdir. X11 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsi müraciətləri araşdıraraq həqiqətən onlara 2020ci ilin mart ayından 01 yanvar 2022-ci il tarixədək olan dövr ərzində pandemiya ilə əlaqədar əmək haqlarına əlavələrin 5 misliindən az hesablanması, eləcə də hər iş günü növbə ərzində 12 saat işləməklərinə baxmayaraq onlara 6 saat iş vaxtına görə ödəniş hesablanıb ödənilməsi müəyyən edilmiş və “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə 15 iyul 2022-ci il tarixli **********4 saylı GÖSTƏRİŞ məktubu göndərərək onun və digər işçilərin əmək haqqına müddətli əlavələrin və az hesablanmış əmək haqqının 30 gün ərzində yenidən hesablanaraq ödənilməsinin təmin edilməsi və nəticəsi barədə X11 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinə məlumat verilməsi tapşırılmış, əks halda “Qobustan rayon Mərkəzi Xəstəxanası” X14 barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsinə əsasən barəsində müvafiq qaydada inzibati məsuliyyət tədbirlərinin görüləcəyi göstərilmişdir. “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi göstərişi icra etməmişdir. Bu səbəbdən mərkəzi xəstəxananın direktoru 19 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən 1000 manat, “Qobustan rayon mərkəzi xəstəxanası” publik hüququ şəxs Qobustan rayon məhkəməsi tərəfindən 2000 manat inzibati cərimə edilmişdir. Qeyd edilən əmək mübahisəsinin məhkəməyə qədər həll edilməsinin alternativ yolu kimi Mediasiya Şurasının Bakı 12 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. “Qobustan rayon Mərkəzi Xəstəxanası” X14 direktoru və ya onun nümayəndəsi ilkin mediasiya sesiyasında iştirak etmədiyindən işin həlli mümkün olmamışdır. Öz təşəbbüsü ilə cəlb etdiyi auditor-mühasibin iştirakı ilə iddiaçılara verilməli olan, lakin ödənilməyən vəsaitin miqdarını hesablatmış və məlum olmuşdur ki, İddiaçı1 18746,24, İddiaçı2 11924,37 manat, İddiaçı319312,46 İddiaçı4 14500,70 manat, X1 15170,10 manat, İddiaçı6 17292,64 manat, X2 12479,38 manat, İddiaçı8 Saxitcanovnaya 11306,69 manat, İddiaçı9 11288,17 manat, İddiaçı10 12122,20 manat, İddiaçı11 12060,83 manat və İddiaçı12 18910,80 manat az ödənilmişdir. Bundan başqa (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarda əmək haqlarına müddətli əlavələrin ödənilməsi,COVİD-19 pandemiyası ilə mübarizəyə cəlb edildiyi müddətdə Qobustan RMX PHŞ tərəfindən hər ay üçün təsdiq edilmiş “İş vaxtının Uçotu tabeli” nə və “Növbətçilik cədvəli” nə əsasən işlədikləri 12 saat əvəzinə 6 saata görə əmək haqqının hesablanması nəticəsində az hesablanmış 6000 (altı min) manat aylıq əmək haqqının tam ödənilməsi, eləcə də ödənilmiş 50 manat mediasiya xərcinin, 200 manat hüquqi yardım almaq üçün vəkilə ödənilmiş xərcin, 100 manat məbləğində digər xərclərin (Bakı və İsmayıllı şəhərlərinə yol xərci, vaxt itgisi, poçt, dəftərxana xərci və s) iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək göstərdi ki, Qobustan rayon X7 hüququ şəxsin direktorunun hər ay verdiyi əmrə əsasən koronavirus pandemiyasının davam etdiyi müddətdə mübarizə tədbirlərinə cəlb olunmuş, hər növbə zamanı digər iş yoldaşları kimi 12 saat işləmişdir. Həmin müddət ərzində demək olar ki, daim xəstələrlə təmasda olmuş, tibb işçilərinin geydiyi xalatdan əlavə sellofandan hazırlanmış xüsusi qoruyucu geyim geyinmişdir. Bütün növbə zamanı həmin geyimi çıxarmamışdır. Heç vaxt vaxından əvvəl növbədən getməmiş, heç buna imkan da olmamışdır. Bəzən elə günlər olmuşdur ki, nəinki nahar, su içməyə belə imkanları olmamışdır. Bəzi işçilərə yaxşı işlədiklərinə görə rəhbərlik tərəfindən təşəkkürnamə verilmişdir. Məhkəmədən ədalətli qərar çıxarılmasını və iddialarının təmin olunmasını xahiş etdi. Məhkəmə iclası zamanı iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, X3, İddiaçı6, X4, İddiaçı8 Saxitcanovna, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 da İddiaçı1 ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh Qobustan rayon X7 Hüquqi Şəxsin nümayəndəsi Nümayəndə1 məhkəmə iclası zamanı təmsil etdiyi hüquqi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, qeyd edilənlərlə yanaşı, iddiaçılar iddia müddətini ötürməklə iddianı qaldırmışdır. Onlar iddia tələbində 2020-ci ilin mart ayından ödənişləri tələb edir. İddia müddətini ötürmüşlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququn pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Onlar TƏBİB-ə müraciət etmişlər, TƏBİB isə əlavələrin veriləcəyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxs Maraqlı şəxs publik hüquqi şəxs (TƏBİB) məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Qobustan rayon məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 3(026)-409/2022 saylı qərarından görünür ki, Qobustan rayon X7 Hüquqi Şəxsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 2000 manat cərimə edilmişdir. X11 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən 19 avqust 2022-ci il tarixdə “Qobustan rayon mərkəzi xəstəxanası” publik hüququ şəxsin direktoru X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, 26 avqust 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 1000 manat cərimə tənbeh növü tətbiq edilmişdir. “Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında” əmrlərin surətlərindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X3, İddiaçı6, X4, İddiaçı8 Saxitcanovna, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etmişlər. İddiaçılarla bağlanmış əmək müqavilələrinə olan xx.xx.2020-ci il tarixli əlavələrin 1-ci bəndindən görünür ki, işçilərlə bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndinə edilmiş dəyişikliyə əsasən işçilərin taarif maaşı müəyyən edilmiş və əmək haqqına əlavənin isə İcbari Tibbi Sığorta üzrə X9 heyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X14 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na müvafiq olaraq ödənilməsi qərara alınmışdır. “Qobustan rayon Mərkəzi Xəstəxanası” X14 “Koronavirus” pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 341.1 saylı əmrindən görünür ki, əmrə əlavə edilən siyahıda göstərilən tibb işçiləri “Koronavirus” (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə cəlb edilmiş, TTTYS-in gündəlik işə cəlb olunmuş briqadalarından yalnız biri (1 nəfər həkim, 1 nəfər tibb bacısı və sürücü) “Koronavirus” (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərdə iştirak etsin. “Qobustan rayon Mərkəzi Xəstəxanası” X14 koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 341.2 saylı əmrindən görünür ki, “Koronavirus” xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədi ilə yoluxma sayının artımını nəzərə alıb əlavə briqadalara ehtiyac olduğu təqdirdə əlavə briqadaların yaradılmasının təmin edilməsi əmr edilmişdir. İcbari Tibbi Sığorta üzrə X9 heyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X14 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nın 4-cü hissəsinə əsasən səhiyyə işçisinin əmək haqqına tutduğu vəzifədən, stajdan və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Həmin Qaydanın 17.4-cü bəndindən görünür ki, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin, qan və onun konpenentləri, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəsissələrin (şöbə və bölmələrin) işçilərinin aylıq vəzifə (tarif) maaşlarına əməyin ödənilmə dərəcələrinə uyğun olaraq vəzifə maaşı qədər əlavənin verilməsi müəyyən edilmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçılarla cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin predmeti əmək normalarının, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi ilə bağlı olduğundan, mübahisə əmək qanunvericiliyinin normaları və digər əlaqəli normativ hüquqi aktlar əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəllənin 147-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək normaları-hasilat normaları, vaxt normaları, xidmət normaları və işçilərin say normaları işçilər üçün texnikanın, texnologiyanın əldə edilmiş səviyyəsinə uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 147-ci maddəsinin 4-cü hissəsinə hasilat normaları elə müəyyən edilməlidir ki, tam iş vaxtı ərzində işçi əmək funksiyasını yerinə yetirmək imkanına malik olsun və onun əmək haqqının məbləği qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmasın. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən əmək normalarının, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. Məhkəmə ilk növbədə, cavabdeh tərəfin iddia tələbinin, mart 2020-ci il tarixdən başlayaraq, İcbari Tibbi Sığorta üzrə X13 heyətinin 2 nömrəli qərarı ilə təsdiq edilmiş “«Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X14 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun olaraq əmək haqqının yenidən hesablanıb ödənilməsi hissəsinə münasibətdə iddia müddətinin tətbiq ediməsinə dair qeyd edir ki, iddia tələbinin qeyd olunan hissəsinə münasibətdə iddia müddətinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Qobustan rayon Mərkəzi Xəstəxanası” X14 iddiaçılara yazdığı rəsmi cavablarda onlara olan borcu etiraf etmiş, vəsait ayrılandan sonra ödəyəcəyini bildirmişdir. Eləcə də iddiaçılar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsinin araşdırmasından sonra onlar əmək haqlarına əlavənin verilməməsini dəqiq bilmişlər. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Qobustan rayon X7 hüququ şəxsi 03 mart 2023-cü il tarixli PHŞ-6-53/2-v-2-21-174/2023 saylı məktubla “TƏBİB”-ə müraciət edildiyini bildirmiş, vəsait ayrıldıqdan sonra əlavələrin onlara ödəniləcəyi bildirilMişdir. Hüquqlarını müdafiə etdiyi işçilər Qobustan rayon X7 hüququ şəxsin direktorunun kOrona virusun davam etdiyi müddətdə hər ayın əvvəlində koronavirusla mübarizə tədbirlərinə cəlb edilmələri barədə müvafiq əmrlər vermişdir. Bundan başqa “Qobustan rayon Mərkəzi Xəstəxanası” X14 təqdim etdiyi xəstəxananın böyük tibb bacısının və İnsan Resursları şöbəsinin müdirinin imzası ilə və Qobustan RMX PHŞ təsdiq etdiyi “İş vaxtının Uçotu tabeli” ndə və “Növbətçilik cədvəli” ndə təsdiq edilən iş saatlarına uyğun olaraq az hesablanmış aylıq əməkhaqqına onların əmək haqqı kartından çıxarışla da təsdiq olunur ki, aylar ərzində hər iş günü növbə ərzində 12 saat işləməklərinə baxmayaraq iş vaxtına görə az ödəniş hesablanıb ödənilmişdir. Qeyd edilən tələblə bağlı iddiaçılar X11 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinə kollektiv şikayətlərinin araşdırılması və müvafiq tədbirlər görülməsi üçün 06 iyun 2022-ci il tarixdə KOL **********6 saylı məktubla müraciət etmişlər. X11 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, TƏBİB-ə, Səhiyyə Nazirliyinə, “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə sorğular verilmiş, sənədlər, cədvəllər və s. tələb edilmişdir. X11 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsi müraciətləri araşdıraraq həqiqətən onlara 2020-ci ilin mart ayından 01 yanvar 2022-ci il tarixədək olan dövr ərzində pandemiya ilə əlaqədar əmək haqlarına əlavələrin 5 misli az hesablanması, eləcə də hər iş günü növbə ərzində 12 saat işləməklərinə baxmayaraq onlara iş vaxtına görə ödəniş hesablanıb ödənilməsi müəyyən edilmiş və “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə 15 iyul 2022-ci il tarixli **********4 saylı göstəriş məktubu göndərərək onun və digər işçilərin əmək haqqına müddətli əlavələrin və az hesablanmış əmək haqqının 30 gün ərzində yenidən hesablanaraq ödənilməsinin təmin edilməsi və nəticəsi barədə X11 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinə məlumat verilməsi tapşırılmış, əks halda “Qobustan rayon Mərkəzi Xəstəxanası” X14 barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsinə əsasən barəsində müvafiq qaydada inzibati məsuliyyət tədbirlərinin görüləcəyi göstərilmişdir. “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi göstərişi icra etməmişdir. Bu səbəbdən mərkəzi xəstəxananın direktoru 19 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən 1000 manat, “Qobustan rayon mərkəzi xəstəxanası” publik hüququ şəxsi Qobustan rayon məhkəməsi tərəfindən 2000 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin iddiaçıların əmək haqlarına əlavədən yenidən hesablanıb ödənilməsi hissəsinə münasibətdə iddia müddəti iddiaçılar tərəfindən ötürülmədiyinə görə iddia tələbinə iddia müddəti tətbiq edilməməlidir. Məhkəmə iddia tələbinin əmək haqqının 2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək İcbari Tibbi Sığorta üzrə X9 heyətinin xx.xx.2020-ci il tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X14 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada hesablanaraq iddiaçılara ödənilməsinin cavabdehə həvalə edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçılarla əmək haqları faktiki işlədikləri iş saatlarına uyğun olaraq yenidən hesablanmalıdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X3, İddiaçı6, X4, İddiaçı8 Saxitcanovna, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 işəgötürənin müvafiq əmrləri ilə koronavursla mübarizəyə cəlb edilmiş və iş vaxtının “uçotu tabeli və növbətçilik cədvəlləri” ilə təsdiq edildiyi kimi növbədə 12 saat işləmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 156-cı maddəsinə 1-ci hissəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçıların əmək haqlarına əlavələrin və əmək haqlarının yenidən hesablanması iddiaçıların xeyrinə müsbət fərqin yaranması ilə nəticələnir. Bu da işçilərin pozulmuş əmək hüquqlarının bərpa edilməsini ehtiva edir. Ona görə də işəgötürən tərəfindən yol verilmiş qanun pozuntusu aradan qaldırılmalıdır. İş materiallarından görünür ki, iddia iddiaçıların hər biri mediasiya xidmətinə görə 50 manat, hüquqi yardım almaq üçün vəkilə ödənilmiş 200 manatı təsdiq edən sənədlər işdə mövcuddur. Lakin 100 manat məbləğində digər xərclərin ödənilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıların hər birinin mediasiya xidmətinə görə ödədiyi 50 manat, hüquqi yardım almaq üçün vəkilə ödənilmiş 200 manat cavabdehdən alınıb onlara verilməli, 100 manat digər xərclər hissəsində isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X3, İddiaçı6, X4, İddiaçı8 Saxitcanovna, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 əmək haqlarına əlavələr və əmək haqları yenidən hesablansın və hesablanmış əmək haqqı məbləği ilə faktiki ödənilmiş əmək haqqı arasında yaranmış müsbət fərq iddiaçıların hər birinə münasibətdə ayrılıqda ödənilsin. İddiaçıların hər birinə mediasiya xidmətinə görə 50 manat və hüquqi yardım almaq üçün vəkilə ödənilmiş 200 manat cavabdeh “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdən tutularaq onlara ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-277/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-277/2023
16.08.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver