Məhkəmə qərarları › İş №e-2(026)-279/2023

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-279/2023

06.06.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-279/2023 06.06.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh Qobustan rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən ona 2020-ci ilin mart ayından başlayaraq yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarda 35000 (otuz beş min) manat əmək haqlarına müddətli əlavələrin ödənilməsi, COVİD-19 pandemiyası ilə mübarizəyə cəlb edildiyi müddətdə Qobustan RMX PHŞ tərəfindən hər ay üçün təsdiq edilmiş “iş vaxtının uçotu tabeli” nə və “növbətçilik cədvəli” nə əsasən işlədiyi 12 saat əvəzinə 6 saata görə əmək haqqının hesablanması nəticəsində az hesablanmış 6000 (altı min) manat aylıq əmək haqqının tam ödənilməsi, eləcə də ödənilmiş 50 manat mediasiya xərcinin, 200 manat hüquqi yardım almaq üçün vəkilə ödənilmiş xərcin, 100 manat məbləğində digər xərcləri (Bakı və İsmayıllı şəhərlərinə yol xərci, vaxt itkisi, poçt, dəftərxana xərci və s) ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən ona 2020-ci ilin mart ayından başlayaraq yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarda 35000 (otuz beş min) manat əmək haqlarına müddətli əlavələrin ödənilməsi, COVİD-19 pandemiyası ilə mübarizəyə cəlb edildiyi müddətdə Qobustan RMX PHŞ tərəfindən hər ay üçün təsdiq edilmiş “iş vaxtının uçotu tabeli” nə və “növbətçilik cədvəli” nə əsasən işlədiyi 12 saat əvəzinə 6 saata görə əmək haqqının hesablanması nəticəsində az hesablanmış 6000 (altı min) manat aylıq əmək haqqının tam ödənilməsi, eləcə də ödənilmiş 50 manat mediasiya xərcinin, 200 manat hüquqi yardım almaq üçün vəkilə ödənilmiş xərcin, 100 manat məbləğində digər xərcləri (Bakı və İsmayıllı şəhərlərinə yol xərci, vaxt itkisi, poçt, dəftərxana xərci və s) ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qobustan rayon məhkəməsinin 06 iyun 2023-cü il tarixli №-2(026)-277/2023 saylı qərardadı ilə X14, İddiaçı, X3, X11, X9, X7, X1, X4, X2, X8, və X5 cavabdeh Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı olan e-2(026)-278/2023, e-2(026)- 279/2023, e-2(026)-281/2023, e-2(026)-282/2023, e-2(026)-283/2023, e-2(026)-284/2023, e-2(026)-285/2023, e-2(026)-286/2023, e-2(026)-287/2023, e-2(026)-288/2023 və e- 2(026)-289/2023 saylı mülki işlər e-2(026)-277/2023 saylı mülki işə birləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 170-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169,170, 171,263 və 264-cü maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı № e- 2(026)-279/2023 saylı mülki işin icraatına №-e-2(026)-277/2023 saylı mülki işlə birləşdirildiyinə görə xitam verilsın. Qərardaddan on gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar