Məhkəmə qərarları › İş №e-2(026)-280/2023

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-280/2023

24.05.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-280/2023 24.05.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və cavabdeh Qobustan rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən ona 2020-ci ilin mart ayından başlayaraq yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarda 35000 (otuz beş min) manat əmək haqlarına müddətli əlavələrin ödənilməsi, COVİD-19 pandemiyası ilə mübarizəyə cəlb edildiyi müddətdə Qobustan RMX PHŞ tərəfindən hər ay üçün təsdiq edilmiş “iş vaxtının uçotu tabeli” nə və “növbətçilik cədvəli” nə əsasən işlədiyi 12 saat əvəzinə 6 saata görə əmək haqqının hesablanması nəticəsində az hesablanmış 6000 (altı min) manat aylıq əmək haqqının tam ödənilməsi, eləcə də ödənilmiş 50 manat mediasiya xərcinin, 200 manat hüquqi yardım almaq üçün vəkilə ödənilmiş xərcin, 100 manat məbləğində digər xərcləri (Bakı və İsmayıllı şəhərlərinə yol xərci, vaxt itkisi, poçt, dəftərxana xərci və s) ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən ona 2020-ci ilin mart ayından başlayaraq yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarda 35000 (otuz beş min) manat əmək haqlarına müddətli əlavələrin ödənilməsi, COVİD-19 pandemiyası ilə mübarizəyə cəlb edildiyi müddətdə Qobustan RMX PHŞ tərəfindən hər ay üçün təsdiq edilmiş “iş vaxtının uçotu tabeli” nə və “növbətçilik cədvəli” nə əsasən işlədiyi 12 saat əvəzinə 6 saata görə əmək haqqının hesablanması nəticəsində az hesablanmış 6000 (altı min) manat aylıq əmək haqqının tam ödənilməsi, eləcə də ödənilmiş 50 manat mediasiya xərcinin, 200 manat hüquqi yardım almaq üçün vəkilə ödənilmiş xərcin, 100 manat məbləğində digər xərcləri (Bakı və İsmayıllı şəhərlərinə yol xərci, vaxt itkisi, poçt, dəftərxana xərci və s) ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Qobustan rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən ona 2020-ci ilin mart ayından başlayaraq yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarda 35000 (otuz beş min) manat əmək haqlarına müddətli əlavələrin ödənilməsi, COVİD-19 pandemiyası ilə mübarizəyə cəlb edildiyi müddətdə Qobustan RMX PHŞ tərəfindən hər ay üçün təsdiq edilmiş “iş vaxtının uçotu tabeli” nə və “növbətçilik cədvəli” nə əsasən işlədiyi 12 saat əvəzinə 6 saata görə əmək haqqının hesablanması nəticəsində az hesablanmış 6000 (altı min) manat aylıq əmək haqqının tam ödənilməsi, eləcə də ödənilmiş 50 manat mediasiya xərcinin, 200 manat hüquqi yardım almaq üçün vəkilə ödənilmiş xərcin, 100 manat məbləğində digər xərcləri (Bakı və İsmayıllı şəhərlərinə yol xərci, vaxt itkisi, poçt, dəftərxana xərci və s) ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar