Məhkəmə qərarları › İş №e-2(026)-299/2021

Qobustan Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(026)-299/2021

28.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qobustan rayonu İş № e-2(026)-299/2021 28.07.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Mən, Qobustan Rayon Məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu, Qobustan Rayon Məhkəməsinin icraatında olan Kreditor Borclu qarşı pul tələbi barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Kreditor MMC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 12.02.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən borcluya 10 ay müddətinə ümumi qiyməti 908,70 manat dəyərində olan “Samsung Galaxy A51 SM– A515 128 GB Black” markalı smartfon satılmışdır. Borclu alqı-satqı müqaviləsinə əsasən ödəməyi öhdəsinə götürdüyü malın dəyəri olan 908,70 manatdan 50 manat ödəniş etmişdir. Borclu ilə aralarında bağlanmış alqı-satqı müqaviləsnin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərini hissə-hissə 10 aya hər ay üçün 90,87 manat ödəmək şərti ilə aldğı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin boclu müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək götürdüyü kreditin əsas məbləği olan 858,70 manat borcundan bu günədək hər-hansı bir ödəniş ütməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Nəticədə Borclu 858,70 manat məbləğində əsas borcun və ödənilmiş 20 manat manat dövlət rüsumunun Kreditor MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılması xahiş edilmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor MMC-nin tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Bu halda Azərbaycan Respublikası MPM-in 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. İşə əlavə olunmuş 12.02.2021-ci il tarixli ******* saylı ə alqı-satqı müqaviləsinin surətindən görünür ki, Borclu ilə Kreditor MMC arasında müqavilə bağlanmışdır. İşdə olan 12.02.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Borclu borcunun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. İşdə olan 07.07.2021-ci il tarixli arayışın surətindən görünür ki, Borclu Kreditor MMCyə 858,70 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsindən görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu 858,70 manat məbləğində əsas borc və ödənilmiş 20 manat dövlət rüsumu alınıb Kreditor MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 275, 276, 280, 281 və 284-cü maddələrini rəhbər tutub ƏMR EDİRƏM: xx.xx.1992-ci ildə Qobustan rayonunun Təklə kəndində anadan olmuş, Qobustan rayonunun Yekəxana kəndində qeydiyyatda olan Borclu 858,70 manat məbləğində əsas borc və ödənilmiş 20 manat dövlət rüsumu alınıb Bakı şəhəri, Yasamal rayonu, X1 Naxçıvani küçəsi ev 22, mənzil 16-da yerləşən Kreditornə verilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissələrinə qarşı Qobustan Rayon Məhkəməsini yazılı xəbərdarlıq etməklə etiraz edə bilər. Məhkəmə əmri icra sənədi hesab olunur. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmənin hakimi: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar