Məhkəmə qərarları › İş №e-2(026)-363/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-363/2024

14.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-363/2024 14.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh 9911.1 manat məbləğində sığorta ödənişi və 119.5 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub "xxxx" ASC-in hesabına ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 9911.1 manat məbləğində sığorta ödənişi və 119.5 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub "xxxx" ASC-in hesabına tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, 26 aprel 2024-cü il tarixdə "xxxx" ASC-də “İcbari sığorta” qaydasında sığortalanmış, Cavabdeh məxsus olan və cavabdeh tərəfindən idarə edilən “Toyota Prius (Hibrid)” markalı ** KH *** (** EE ***) dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində "xxxx" markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 13100 (on üç min yüz) manat məbləğində qiymətləndirilmiş, 200 (iki yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra dəymiş zərərlə bağlı 12900 (on iki min doqquz yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 2998.9 (iki min doqquz yüz doxsan səkkiz manat, doxsan qəpik) manat məbləğində olan hissəsi cavabdehin üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənilmiş, 9911.1 (doqquz min doqquz yüz on bir manat, on qəpik) manat məbləğində pul isə bu günədək ödənilməmiş qalmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Toyota Prius (Hibrid)” markalı, ** KH *** (** EE ***) dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinmiş və Xətai rayon PŞ tərəfindən tərtib edilmiş 30 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. 18 avqust 2023-cü il tarixli, **********3 saylı əmlak sığortası şəhadətnaməsinin surətindən müəyyən edilir ki, "xxxx" markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. 30 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası hesab edilə bilən halın təfərrüatları barədə arayışla 26 aprel 2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində “Toyota Prius (Hibrid)” markalı, **-KH-*** (77 –ЕЕ- 037) dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinmiş və Xətai rayon PŞ tərəfindən tərtib edilmiş 30 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Müstəqil ekspert rəyi ilə yol-nəqliyyat hadisəsi nəticəsində sığorta hadisəsi nəticəsində "xxxx" markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyəm ziyanın məbləği 13100 (on üç min yüz) manat qiymətləndirilmişdir. 22 may 2024-cü il tarixli sığorta aktından və 23 may 2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, 200 (iki yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra dəymiş zərərlə bağlı 12900 (on iki min doqquz yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 1”C” sistemindən çıxarışdan da müəyyən olunur ki, zərər məbləğinin 2998.9 (iki min doqquz yüz doxsan səkkiz manat, doxsan qəpik) manat məbləğində olan hissəsi cavabdehin üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənilmişdir. 26 aprel 2024-cü il tarixli hadisə nəticəsində Cavabdeh tərəfindən “BMW X6 XDRİVE 351" markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 13100 (on üç min yüz) manat məbləğində, “Mercedes Benz E300" markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 7440 (yeddi min dörd yüz qırx) manat məbləğində zərər vurulduğu üçün Cavabdeh üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən bir hadisə üzrə əmlaka dəymiş zərərlə bağlı ohdəliyin son həddi olan 5000 (beş min) manat məbləğində sığorta məbləği hər bir zərər çəkmiş şəxsə dəymiş zərərə mütənasib qaydada bölgüyə əsasən ödənilmişdir (12900/200/7440). 14 iyun 2024-cü il tarixli, BS-S-24/1084 saylı geriyə tələb (subroqasiya) məktubundan və məktubun üzərində olan qeyddən də görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən 12900 (on iki min doqquz yüz) manat məbləğində sığorta ödənişinin 9911.1 (doqquz min doqquz yüz on bir manat, on qəpik) manat məbləğində olan hissəsinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir. Cavabdeh həmin məktubu 02 iyul 2024-cü il tarixdə təhvil alaraq, öz imzası ilə məktubu aldığını təsdiq etmişdir. Cavabdeh 9911.1 manat məbləğində sığorta ödənişi və 119.5 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub "xxxx" ASC-in hesabına tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin iddiaçı "xxxx" ASC məhkəmyə ərizə ilə müraciət edərək göstərmişdir ki, "xxxx" ASC-nin Cavabdeh qarşı "ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsi tələbinə dair” e-2(026)-363/2024 saylı mülki iş üzrə məhkəmıənin xx.xx.2024cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Həmin rəydən göründüyü kimi, ekspert iddiaçı tərəfindən təqdim edilmiş aktda yenisi ilə əvəz edilməli olan ehtiyat hissələrinin sayı və qiyməti ilə razılaşmışdır. Lakin, ekspert rəyində həmçinin ehtiyat hissələrinin dəyərinə aşınma tətbiq edilməklə də qiymət göstərmişdir. “BMW X6 DRİVE 351” markalı, ** OO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər iddiaçı tərəfindən deyil, müstəqil sığorta eksperti X3 tərəfindən müəyyən edilmişdir. Sonuncunun xx.xx.2024-cü il tarixli rəyindən göründüyü kimi, “BMW X6 DRİVE 351” markalı, ** OO *** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh tərəfindən vurulmuş zərər müəyyən edilən zaman bütün ehtiyat hissələrinin dəyəri istifadə edilmiş (İ-O) ehtiyat hissələrinin qiyməti ilə hesablanmışdır. Belə olduğu halda ekspertin rəyinə əsasən dəyişilməli hissələrin qiyməti aşınma tətbiq edilmədən hesablanmalıdır. İddianın tam təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahat verərək göstərdi ki, 26 aprel 2024-cü il tarixdə "xxxx" ASC-də “İcbari sığorta” qaydasında sığortalanmış və özünə məxsus olan “Toyota Prius (Hibrid)” markalı ** KH *** (** EE ***) dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində "xxxx" markalı, 99-OO- 601 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 13100 (on üç min yüz) manat məbləğində qiymətləndirilmiş, 200 (iki yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra dəymiş zərərlə bağlı 12900 (on iki min doqquz yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 2998.9 (iki min doqquz yüz doxsan səkkiz manat, doxsan qəpik) manat məbləğində olan hissəsi onun üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənilmişdir. İddiaçı tərəfindən göstərilən məbləğin şişirdildiyini qeyd etmiş, hal-hazırda maddi vəziyyətinin ağır olduğunu göstərərək iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai DYPŞ-in TP ******* saylı 30 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Mirzəyev X2 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 23 may 2024-cü il tarixli AZ-24522008 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" markalı, 99-OO- 601 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyana görə X1 hesabına 12900 (on iki min doqquz yüz) manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2024-cü il tarixli 9/6403 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş məlumatlara əsasən 2017-ci il buraxılışlı "xxxx" markalı, 99-OO- 601 dövlət qeydiyyat nişanlı avtomobilin 2024-cü ilin may ayına olan təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 13100,0 manat. Dəyişilməli hissələrin qiyməti - 9640,00 manat, təmir- bərpa işlərinin qiyməti - 3460,00 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 10703,95 manat, dəyişilməli hissələrin qiyməti - 7243,95 manat, təmir- bərpa işlərinin qiyməti - 3460,00 manatdır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, 26 aprel 2024-cü il tarixdə "xxxx" ASC-də “İcbari sığorta” qaydasında sığortalanmış, Cavabdeh məxsus olan və cavabdeh tərəfindən idarə edilən “Toyota Prius (Hibrid)” markalı ** KH *** (** EE ***) dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində "xxxx" markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 13100 (on üç min yüz) manat məbləğində qiymətləndirilmiş, 200 (iki yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra dəymiş zərərlə bağlı 12900 (on iki min doqquz yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 2998.9 (iki min doqquz yüz doxsan səkkiz manat, doxsan qəpik) manat məbləğində olan hissəsi cavabdehin üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənilmiş, 9911.1 (doqquz min doqquz yüz on bir manat, on qəpik) manat məbləğində pul isə bu günədək ödənilməmiş qalmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Toyota Prius (Hibrid)” markalı, ** KH *** (** EE ***) dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinmiş və Xətai rayon PŞ tərəfindən tərtib edilmiş 30 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüquqların bərpası üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsində göstərilir ki, bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən aslı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin yalnız təqdim etdikləri sübutları araşdırlmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən tərəflərin işdə olan izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, sığorta hadisəsi nəticəsində "xxxx" markalı, 99-OO- 601 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 03 sentyabr 2024-cü il tarixdə 3-16-16/2- 9/6403/2024 saylı ekspert rəyinə əsasən dəyişməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 10703,95 manat ziyan dəymişdir. Həmin məbləğin 200 manat şərtsiz azadolma məbləği və "xxxx" ASC tərəfindən ödənilmiş 2998.9 manat çıxıldıqdan sonra cavabdehdən 7505,05 manat sığorta ödənişi və 119.5 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçının hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “BMW X6 XDRİVE 351" markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üçün ödənilmiş 7505,05 manat sığorta ödənişi, və 119.5 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə qanunun tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar