Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-424/2025 04.08.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimova Nigar Mustafa qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi qaydasının dəyişdiriməsi və cavabdehdən sabit pul məbləğində alimentin tutulması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan övladları 27 oktyabr 2015-ci il təvəllüdlü X2 və 14 may 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının xeyrinə Qobustan Rayon Məhkəməsinin 2(026)-340/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin dəyişdirilərək alimentin sabit pul məbləğində müəyyən olunması və mediasiya xidməti haqqı kimi ödədiyi 50 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında olan nikah Qobustan Rayon Məhkəməsinin 2(026)-340/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə pozulmuş, 27 oktyabr 2015-ci il təvəllüdlü X2 və 14 may 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulması qərara alınmışdır. Cavabdeh hal-hazırda rəsmi iş yeri yoxdur. Odur ki, alimentin sabit pul məbləğində müəyyən olunması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Əlavə olaraq bildirmək istəyir ki, qanunvericiliyin tələbi üzrə mübahisənin həlli üçün ilkin mediasiya sessiyasına müraciət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediasiya arayışı işə əlavə edilmişdir. Cavabdeh nümayəndəsi (bacısı) X5 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş aylıq qazancının 1/3 hissəsi həddində aliment (262 manat) hər ay vaxtlı-vaxtında ödənilir. Aliment sabit pul məbləğində təyin olunacağı halda da hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat aliment ödəyə bilər. Cavabdeh hazırda heç bir yerdə işləmir, heç bir əmək haqqı, maaş, pensiya, müavinət və s. almır. Ondan fərqli olaraq, iddiaçı gözəllik salonu açaraq işlədir, aylıq qazancı yüksəkdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh yetkinlik yaşına çatmayan övladları 27 oktyabr 2015-ci il təvəllüdlü X2 və 14 may 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının xeyrinə Qobustan Rayon Məhkəməsinin 2(026)-340/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin dəyişdirilərək alimentin sabit pul məbləğində, yəni ölkə üzrə minimum əmək haqqının 0,64 mislində olmaqla 492 manat alimentin və mediasiya xidməti haqqı kimi ödədiyi 50 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclaslarında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçının nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddianı müdafiə etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni işdə olan sənədlərlə qarşılıqlı şəkildə araşdırıb, onlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə surəti olan AZ-İİİ 657058 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 27 oktyabr 2015-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası X6r. İşdə surəti olan AZ-İV 083284 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 14 may 2018-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası X6r. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(026)- 340/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə X10 arasında Qobustan rayon İHB-nin Cəyirli kəndi üzrə nümayəndəliyində 19 aprel 2013-cü il tarixdə 17 nömrə ilə qeyd edilmiş nikahın pozulması, onların birgə nikahından 27 oktyabr 2015-ci il tarixdə anadan olmuş övladı X2 və 14 may 2018-ci il tarixdə anadan olmuş övladı X3 anaları X4 yanında qalması, Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulub X7 verilməsi, alimentin 18 oktyabr 2022-ci il tarixdən tutulması, qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. İşdə surəti olan 11 iyun 2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırda iş materialları ilə müəyyən edilir ki, tərəflər əvvəllər rəsmi nikahda olmuş, onların rəsmi nikahından 27 oktyabr 2015-ci il təvəllüdlü X2 və 14 may 2018-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Qobustan Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(026)- 340/2022 saylı qətnaməsi ilə tərəflər arasında Qobustan rayon İHB-nin Cəyirli kəndi üzrə nümayəndəliyində 19 aprel 2013-cü il tarixdə 17 nömrə ilə qeyd edilmiş nikahın pozulması, onların birgə nikahından doğulmuş hər iki uşağın analarının yanında qalması, Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulub Dadaşova (Ələkbərli) Şəhla Vüqar qızına verilməsi, alimentin 18 oktyabr 2022-ci il tarixdən tutulması, qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Həmçinin hazırda “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həm iddiaçının, həm də cavabdehin rəsmi olaraq heç bir yerdə işləmədiyi müəyyən edilir. Heç bir yerdə işləməməsi faktını cavabdeh tərəfin özü də təsdiq edir. Cavabdehin işləmədiyini əsas gətirərək, iddiaçı hazırkı iddia ərizəsi ilə müraciət edib qətnamə ilə müəyyən edilmiş alimentin ödənilməsi qaydasının dəyişdirilməsini və sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Qobustan Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(026)-340/2022 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin aliment ödəməli olan şəxsin qazancından müəyyən hissə şəklində tutulmasının qət edilməsinə baxmayaraq, hazırda alimentin ödənilməsi qaydasında dəyişiklik edilməsi üçün Ailə Məcəlləsinin 78.1-ci maddəsində nəzərdə tutulmuş əsas mövcuddur. Belə ki, hazırda cavabdehin rəsmi olaraq heç bir yerdə işləməməsi və onun qazancının (gəlirinin) qeyri-müəyyən olması iddiaçının marağının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnir və iddiaçı bu səbəbdən cavabdehdən alimentin sabit pul məbləğində tutulmasını tələb edir. Qeyd edilənlərə əsasən, Qobustan Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(026)-340/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsi qaydası dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməlidir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına əlavə edilmiş 8.4-1-ci bənddə göstərilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). İddiaçı hazırkı iddia ərizəsində hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa münasibətdə 0,64 misli miqdarında alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh tərəf isə məhkəmə iclasında hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment ödəyə biləcəyini qeyd etmiş, bunu özünün heç bir yerdə işləməməsi, rəsmi gəlirinin olmaması ilə əlaqələndirmişdir. Eyni zamanda, cavabdeh tərəf etiraz ərizəsində iddiaçının gözəllik salonu işlətdiyini və yüksək qazancı olduğunu bildirsə də, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məlumatların yoxlanılması zamanı iddiaçının rəsmi olaraq işləməsi faktı müəyyən edilməmiş, cavabdeh də etirazının əsası kimi istinad etdiyi həmin halı təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Bununla belə, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə uyğun olaraq cavabdehin maddi vəziyyətini də nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbinin tam şəkildə təmin edilməsi cavabdehi özünün saxlanılması üçün minimum tələbatlarını ödəmək imkanından məhrum edəcəkdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən hüquqi yanaşmasını nəzərə alan məhkəmə bildirir ki, cavabdehin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşaqlarını saxlamaq və onların maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Bu zaman alimentin məbləği müəyyən edilərkən həm də uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına əhəmiyyət verilməlidir. Bu səbəbdən də rəsmi olaraq işləməməsi faktına istinad edərək, hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment ödəyə biləcəyinə dair cavabdehin bildirdiklərini məhkəmə əsaslı hesab etmir. Göstərilənləri nəzərə alan məhkəmə iddiaçıya ödənilməli olan aliment məbləği ilə bağlı qeyd edir ki, 27 oktyabr 2015-ci il təvəllüdlü X1 və 14 may 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiqdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini də nəzərə alaraq bildirir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(026)-340/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsi qaydası dəyişdirilməli, 27 oktyabr 2015-ci il təvəllüdlü X1 və 14 may 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(026)-340/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsi qaydası dəyişdirilsin. 27 oktyabr 2015-ci il təvəllüdlü X1 və 14 may 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-424/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-424/2025
04.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver