Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-425/2025 19.06.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi qaydasının dəyişdirilməsi tələbinə dair” iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan övladları 27 oktyabr 2015-ci il təvəllüdlü X1 və 14 may 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının xeyrinə Qobustan Rayon Məhkəməsinin 2(026)-340/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin dəyişdirilərək sabit pul məbləğində müəyyən olunması və mediasiya xidməti haqqı kimi ödədiyi 50 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair hazırda Qobustan Rayon Məhkəməsinin icraatında e-2(026)-424/2025 saylı mülki iş mövcuddur və həmin iş üzrə iddia ərizəsi məhkəmənin icraatına götürülərək işin məhkəmə hazırlıq iclası 07 iyul 2025-ci il tarixə təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə bildirir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair hazırda Qobustan Rayon Məhkəməsinin icraatında e-2(026)- 424/2025 saylı mülki iş olduğundan, hazırkı iş üzrə İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi qaydasının dəyişdirilməsi tələbinə dair” iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. MPM-in 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi qaydasının dəyişdirilməsi tələbinə dair” iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-425/2025
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-425/2025
19.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver