Məhkəmə qərarları › İş №e-2(026)-61/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-61/2023

22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-61/2023 22.02.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4066,58 manat məbləğində vəsaitin, 66,67 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutulması barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4066,58 manat məbləğində vəsaitin, 66,67 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, 13 fevral 2021-ci il tarixində Cavabdeh məxsus bir baş iri buynuzlu heyvan avtomagistrala çıxaraq "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” üzrə sığortalanmış ** SO *** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtonəqliyyat vasitəsinə dəyərək zərər vurmuşdur. Tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən Kərimov X1 Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə cərimə edilmişdir. ** SO *** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, 26 fevral 2021-ci il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən dəymiş zərər 4166,58 manat məbləğində müəyyən edilmişdir. Sözügedən məbləğin 3531,00 manat hissəsi material, ehtiyat hissələri, görüləcək işləri, 635,58 manat hissəsi isə ödənilməli olan ƏDV-ni təşkil edir. "xxxx" ASC-nin 13 dekabr 2021-ci il tarixli “sığorta aktı”na əsasən sığorta ödənişi üzrə 4166,58 manat zərər məbləği avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Köçürülmüş məbləğdən 100,00 manat azadolma çıxılmış və qalıq 4066,58 manat məbləğində ödənilmiş sığorta ödənişi cavabdehdən tələb olunmuş, lakin cavabdeh tələb olunan məbləği şirkətə ödəməmişdir. Ona görə də Cavabdeh 4066,58 manat məbləğində vəsaitin, 60,67 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək göstərdi ki, yaşadığı Təklə kəndində Bakı şəhərinə gedərkən “COVİD-19” pandemiyası ilə əlaqədar qoyulmuş karantin postuna çatmağa az qalarkən getdiyi avtomobilin sürücüsü onu karantin postundan keçirə bilməyəcəyini deyərək onu avtomaşından düşürmüş, Bakı şəhəri istiqamətində gedən və kuzovunda dörd baş iri buynuzlu heyvan olan tanımadığı bir şəxsin “QAZEL” markalı avtomaşını onun yanında saxlayaraq onu 10 manata karantin postundan keçirəcəyini bildirmişdir. O. da sürücüyə 10 manat verərək postdan keçmişdir. Xocasən yoluna az qalmış sürücü ona bir baş inəyi Xocasəndə verəcəyini və sonra isə Yasamala gedəcəyini bildirmişdir. Xocasən yolunda avtomaşını saxlamış və həmin vaxtı bir baş iri buynuzlu heyvan əllərindən çıxaraq Sumqayıt şəhəri istiqamətinə qaçmışdır. Onlar Ekologiya postunun yanında yol polis işçilərinin köməyi ilə dananı tutmuşlar. Polis əməkdaşları onu posta aparmış və hansısa sənədə imza etdirmişlər. Fikirləşmişdir ki, karantin qaydalarını pozduğu üçün protokola imza edir. Lakin 22 fevral 2023-cü il tarixli məhkəmə iclasında o, özünü qismən təqsirli bilərək bir baş inəyi olduğunu, həmin inəyi 1000-1200 manata sataraq, 300 manat da başqa şəxslərdən borc alaraq "xxxx" ASC-yə cəmi 1500 manat pul ödəyə biləcəyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin təmin edilməlidir. İş materiallarında olan X2 Xidmətinin TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Kərimov X1 Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə cərimə edilmişdir. "xxxx" ASC-nin 26 fevral 2021-ci il tarixli sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən sığorta ödənişi üzrə 4166,58 manat zərər məbləği avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür. 26 fevral 2021-ci il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 4166,58 manat məbləğində müəyyən edilmişdir. Sözügedən məbləğin 3531,00 manat hissəsi material, ehtiyat hissələri, görüləcək işləri, 635,58 manat hissəsi isə ödənilməli olan ƏDV-ni təşkil edir. Cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsində verdiyi izahatda göstərmişdir ki, 13 fevral 2021-ci il tarixdə özünə məxsus olan bir baş iri buynuzlu və səkkiz baş xırda buynuzlu heyvanları “QAZEL” markalı avtomaşına yığaraq Bakı şəhəri Yasamal rayonu istiqamətinə aparmış, ünvana çatanda dananın avtomaşında olmadığını görüb taksi ilə getdiyi istiqamətə qayıdıb dananı axtarmış və ona bir baş dananın Bakı-Quba yolunda avtomaşınlara dəydiyini bildirmişlər. Məhkəmə iclası zamanı müəyyən edildi ki, 13 fevral 2021-ci il tarixində Cavabdeh 13 fevral 2021-ci il tarixdə özünə məxsus bir baş iri buynuzlu və səkkiz baş xırda buynuzlu heyvanları “QAZEL” markalı avtomaşına yığaraq Bakı şəhəri Yasamal rayonu istiqamətinə aparan zaman bir baş iri buynuzlu heyvan avtomaşından tullanıb qaçaraq Bakı-Quba yolunda avtomagistrala çıxaraq ** SO *** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtonəqliyyat vasitəsinə dəymiş, nəticədə “Volkswagen Passat” markalı avtonəqliyyat vasitəsinə 4066,58 manat məbləğində ziyan dəymişdir. Tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən Kərimov X1 Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə cərimə edilmişdir. ** SO *** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, 26 fevral 2021-ci il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 4166,58 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin sığorta aktına əsasən dəymiş ziyana görə ümumilikdə 4066,58 manat məbləğində sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alnımış və köçürmə həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüquqların bərpası üçün çəkdiyi və ya çəkməli olduğu xərclər , əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsində göstərilir ki, bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən aslı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin yalnız təqdim etdikləri sübutları araşdırlmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən tərəflərin işdə olan izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ** SO *** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtomobilə dəymiş zərər üçün ödənilmiş 4066,58 manat sığorta ödənişi, ödənilmiş 60,67 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ** SO *** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtomobilə dəymiş zərər üçün ödənilmiş Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 4066,58 manat sığorta ödənişi, 60,67 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar