Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-87/2023 07.04.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı və Cavabdeh 04 iyul 2018-ci il tarixdə anadan olmuş övladı X3 ilə ünsiyyətdə olmasının və görüşməsinin Danielin 10 yaşına kimi qadağan edilməsi, mediasiya təşkilatına ödədiyi 53 manat, məhkəməyə ödədiyi 50 manat dövlət rüsumunun və məhkəməyə sənədlərin hazırlanması üçün vəkilə ödədiyi 50 manat pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 04 iyul 2018-ci il tarixdə anadan olmuş övladı X3 ilə ünsiyyətdə olmasının və görüşməsinin Danielin 10 yaşına kimi qadağan edilməsi, mediasiya təşkilatına ödədiyi 53 manat, məhkəməyə ödədiyi 50 manat dövlət rüsumunun və məhkəməyə sənədlərin hazırlanması üçün vəkilə ödədiyi 50 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)- 88/2021 saylı 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ona qarşı uşaqla ünsiyyət və görüş tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 04 iyul 2018-ci il təvəllüdlü X3 ilə iki həftədən bir şənbə günü saat 11:00-dan bazar günü 15:00-dək onun iştirakı olmadan maneəsiz ünsiyyətdə olması qət edilmişdir. O, Pirallahı rayon Məhkəməsinin 2(094)-88/2021 saylı qətnaməsindən narazı qaldığı üçün qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2(103)-9093/2021 saylı qətnaməsi ilə Pirallahı rayon Məhkəməsinin 2(094)-88/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-88/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilərək Cavabdeh 04 iyul 2018-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə və bazar günləri saat 15:00-dan 18:00-dək ünsiyyətdə olmaq hüququ verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2022-ci il tarixli, 2(102)-3592/2022 saylı qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2(103)-9093/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdeh bir valideyn kimi öz məsuliyyətini dərk eləmir və öz vəzifələrini yerinə yetirmir. Elvin hal-hazırda “vərəm” xəstəsidir və Bakı şəhərində yerləşən 1 nömrəli X2 stasionar müalicə alır. Dispanserdən vəkil sorğusuna verilən cavab məktubunda bildirilmişdir ki, Cavabdeh 30 may 2022-ci il tarixdən “Ağciyərlərin infiltrativ vərəmi dağılma mərhələsi, TDÇ (+)”, Genexpert pozitiv həssas” diaqnozu ilə stasionar müalicədədir. Hal-hazırda stasionar müalicəni davam etdirir, ətraf üçün yoluxdurucudur (məktub iddiaya əlavə edilir). Onun hal-hazırda olan xəstəliyi azyaşlı övladının sağlamlığı üçün təhlükəlidir. Bundan başqa Cavabdeh uşaqla görüşmək üçün gələndə bir neçə dəfə uşağın gözü qarşısında onu vəhşicəsinə döymüş, Daniel isə onun bu hərəkətindən bərk qorxmuşdur. O, hər dəfə uşağı götürməyə gələndə, Daniel onu görən kimi qışqırır, onunla getmək istəmir və cavabdeh zorla uşağı qucağına alıb, qışqırda-qışqırda aparır. Bunun səbəb isə cavabdehin ona və uşağa qarşı həddindən çox kobud davranması, uşaqla normal münasibət qurmamasıdır. Bundan başqa Cavabdeh Danieli ünsiyyət üçün aparanda onunla ata-övlad münasibəti, davranışı yaratmaq yerinə onu özündən uzaqlaşdıran, özünə qarşı nifrət yaradan hərəkətlərə yol vermişdir. 25 dekabr 2022-ci il tarixində saat 13:00-da Cavabdeh Danieli götürmüş, sonra onu Milli parkda yerləşən “DƏNİZ MALL” Ticarət və əyləncə mərkəzinə aparmış, orada fəaliyyət göstərən “Entertainer” Uşaq oyuncaqları mağazasına apararaq mağazadan 1324 (bir min üç yüz iyirmi dörd) manat dəyərində olan oyuncaq əşyalarını almışdır. Həmin oyuncaqları guya Danielə almış kimi mağazada video çəkərək və alış-veriş qəbzini videoda nümayiş etdirərək, Danielə 1324 manatlıq yeni il hədiyyəsi aldığını göstərmişdir. Həmin videonu özünün “TikTok” sosial şəbəkəsindəki “elvinzeynalov61” səhifəsinə yerləşdirmişdir. Danieli evə gətirəndə isə aldığını nümayiş etdirdiyi oyuncaqları ona verməmişdir və bildirmişdir ki, “bu oyuncaqlar sənə alınmayıb, bacım uşaqları Maqsuda və Məcidə almışam”. Daniel evə gələndə ondan soruşmuşdur ki, oyuncaqlar hanı uşaq isə “papa mənə oyuncaqları vermədi, Maqsudla Məcidə apardı” demişdir. Bu hal ikinci dəfə də, yəni 08 yanvar 2023-cü il tarixində baş vermişdir. Həmin gün Elvin saat 14:30-da Danieli parkda ondan götürmüş, onu şəhərdə fəaliyyət göstərən “Panda Baby” uşaq oyuncaqları mağazasına aparmış, orada 647.60 manat dəyərində olan oyuncaqlar almşdır. Həmin oyuncaqları Danielə aldığını bildirərək və alış-veriş qəbzini video çəkişişlə nümayiş etdirərək, dərhal TikTok sosial şəbəkəsindəki “elvinzeynalov61” səhifəsinə yerləşdirmişdir. Elvin axşam saat 8:00da Danieli evə gətirəndə isə Danielə aldığını göstərdiyi oyuncaqları yenə ona verməmişdir və yenə bildirmişdir ki, bu oyuncaqlar Maqsudla Məcidindir. Bu hal övladı Danieldə ağır psixoloji zədə yaratmış və o, atası Cavabdeh qarşı nifrət hissini bir daha gücləndirmişdir və onu görmək istəmədiyini bildirir. Azyaşlı övladı Zeynallı Daniel çox həssas uşaqdır və atasının mənfi və kobud hərəkətləri uşaqda çox pis dəyişikliklərə səbəb olur və onun sağlamlığına və psixikasına zərər verir. Övladı Daniel atası ilə hər dəfə görüşəndən sonra evə gələndə kağız və karandaşlar götürüb vəhşi div şəkilləri çəkməyə başlayırdı və hamısını qara karandaşla çəkirdi. 2022-ci ilin aprel ayından avqust ayına qədər Zeynallı Elvin xəstə olduğuna görə uşaqla görüşməsinə icazə verməmişdir. Həmin müddətlərdə Daneil karandaşlarla şəkillər çəkirdi və bu dəfə rəngli karanadaşlarla güllər,meşələr, ağaclar və sair şəkillər çəkirdi. 2022-ci ilin avqust ayından sonra cavabdeh yenidən Daniellə görüşməyə başladı və o, Danieli aparıb gətirəndən sonra, Daniel yenə də qara karandaşla qara evlər, qara dağlar və qara səma şəkilləri çəkməyə başladı. Bütün bunlar onu göstərir ki, azyaşlı övladı Danielin atası ilə ünsiyyətdə olması, ona həddindən artıq mənfi təsir göstərir və uşaq atasından müsbət mənada heç bir münasibət görmür və cavabdeh ata olaraq, öz azyaşlı övladına isti münasibət göstərmir, əksinə uşağı aparanda onun barəsində uşağa mənfi sözlər deyir, söyüşlər öyrədir. Bu hal uşaq evə gələndən sonra onun nənəsi və babasına söyüş söyməsi ilə təsdiq olumuşdur. Bütün bunlara əsasən hesab edir ki, Cavabdeh övladı 04 iyul 2018-ci il təvəllüdlü X3 ilə ünsiyyətin qadağan edilməsi barədə qətnamə qəbul edilməlidir. O, mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh mediasiya təşkilatına gəlmədiyi üçün tam mediasiya sessiyasına keçməyə razı olmamışdır. Buna görə ona 16 yanvar 2023-cü il tarixli ilkin mediasiya sessiyasında dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat, iştirak edilməməsi barədə arayış verilmişdir. Mediasiya sessiyasında iştiraka görə Bakı Sumqayıt Mediasiya Təşkilatının bank hesabına 53 (əlli) manat haqq ödəmişdir. Cavabdeh övladı 04 iyul 2018-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olmasının, görüşməsinin övladının 10 yaşı tamam olana kimi qadağan edilməsi, mediasiya təşkilatına ödədiyi 53 manat haqqın, məhkəməyə ödənilmiş 50 manat dövlət rüsumunun və məhkəməyə sənədlərin hazırlanması üçün vəkilə ödənilmiş 50 manat hüquqi yardıma görə pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə idda tələbini müdafiə edərək bildirdi ki, tələbin əsası ondan ibarətdir ki, cavabdehə oğlu ilə məhkəmə qətnaməsi əsasında hər həftənin şənbə və bazar günləri saat 15:00-dan 18:00-dək görüş verilib. Verilən apelyasiya və kassasiya şikayətlərinə baxmayaraq məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Elvin ona verilən ünsiyyət hüququndan sui- istifadə edib, uşağa psixoloji təsir göstərir, hətta onun yanında uşağın anasına şiddət göstərib, onu döyüb, hətta bir dəfə də qolunu dişləmişdir. Bu hallar uşağı qorxutmuş, onun psixoloji vəziyyətinə pis təsir etmişdir. Bundan başqa, Elvin Danieli “DƏNİZ MALL” Ticarət və Əyləncə Mərkəzinə aparmış, orada 1324 manat dəyərində olan oyuncaqlar almış, Daniel ilə birlikdə həmin oyuncaqların və alış-veriş qəbzini videoda nümayiş etdirərək sosial şəbəkədə yaymışdır. Lakin axşam uşağı evə qaytararkən həmin oyuncaqları Danielə verməmiş, oyuncaqları bacısı uşaqları üçün aldığını bildirmişdir. İkinci dəfə də 647 manatlıq oyuncaq almış, oyuncaqları və alışveriş qəbzini sosial şəbəkədə yaymış, yenə də oyuncaqları uşağa verməmişdir. Bu hal uşağa pis təsir etmiş, onu depressiyaya düşürmüşdür. Ailə Məcəlləsinin, “Uşaq hüquqları haqqında” Qanunun və dövlətimizin qoşulduğu “Uşaq hüquqların haqqında” Konvensiyanın normalarına görə ayrı yaşayan hər bir valideynin uşaqla görüşmək, onunla ünsiyyətdə olmaq, onun tərbiyəsində iştirak etmək hüquqları vardır. Qeyd edilən Qanun və Konvensiya normaları eyni zamanda valideyn üzərində vəzifələr də qoyur. Əsas məsələ uşağın xoşbəxtliyidir. Lakin Daniel atası ilə getmək istəmir, Elvin Danieli ağlaya-ağlaya maşına qoyur. O, hüquqşünas olduğundan ölkə Prezidentinin 2020-ci ildəki proqramında YUNİSEF-in eksperti kimi işləyir. Uşaqlara rəngli şəkil çəkmək təklif olunanda onlar vəziyyətlərinə uyğun rəng seçirlər, hər rəngin də öz mənası var. Uşaq tərəfindən qara rəngdə çəkilmiş şəkil uşağın depressiyada olduğunu təsdiq edir. Təqdim edilən şəkillərdən görünür ki, Daniel depressiyaya düşmüşdür. Bildirir ki, Elvinin Nigarın əlini dişləməsi ilə əlaqədar Binəqədi rayon Polis şöbəsinə şikayət edilib, lakin təhqiqatçı tərəfindən nəyə görəsə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib. Təqdim etdiyi şikayətdən görünür ki, həmin qərardan Nigar Binəqədi rayon məhkəməsinə şikayət vermişdir. Binəqədi rayon İcra şöbəsinin məmurunun təqdimatı əsasında Nigar məhkəmə tərəfindən cərimələnib. Bundan sonra bazar günündə icra məmurunun zəngindən sonra Nigar xanım uşağı götürərək şöbəyə gəlmiş, lakin orada Daniel atası ilə görüşmək istəməmişdir. Bu barədə icra məmuru akt tərtib etmiş, lakin həmin aktda Elvinin Nigarı hədələməsi və ölümlə təhdid etməsi öz əksini tapmamışdır. Cavabdeh vərəm xəstəsidir. Onun sorğusuna əsasən 1 nömrəli Vərəm Dispanserinin verdiyi arayışda onun xəstəliyinin ətrafdakılar üçün təhlükəli olduğu bildirilmişdir. İddianın təmin olunmasını xahiş etdi. İddiaçı izahatında vəkilinin izahatına əlavə olaraq bildirdi ki, Daniel atası ilə bazar günündəki görüşdən sonra iki gecədir ki, yatmır, qışqırır, narahat olur, ümumiyyətlə hər dəfə atası ilə görüşdən sonra gecələri yatmır. İddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, təqdim olunan şəkillərin oğlu Danielin çəkdiyini təsdiq edən heç nə yoxdur, elə şəkilləri hər kəs çəkə bilər. Son bazar günündə icra məmurunun otağında oğlunun onunla görüşmək istəmədiyini görüb icra məmurundan Nigarın otaqdan çıxarılmasını xahiş etmişdir. Bundan sonra oğlu rus dilində ona onunla görüşəndən sonra anasının onu incitdiyini demişdir. Nigarın anası ondan və atasından 22000 ABŞ dolları istəmişdir. Həmin pulun alınması üçün məhkəməyə müraciət etmiş və məhkəmə haqlı olaraq onun xeyrinə qətnamə çıxarmışdır. Ondan sonra Nigar uşağı onunla görüşməyə qoymaq istəmir. Nigar icra məmurunun kabinetinə qayıdandan sonra uşaq onun üzünə baxır və qorxurdu. İddiada sözü gedən oyuncaqlar isə onun evindədir. Daniel seçdiyi və aldığı oyuncaqları onlara gedəndə oynadır və anasının yanına gedən də isə istədiyi oyuncaqları özü ilə götürür. O, uşağını çox istəyir, görüş zamanı uşağı istədiyi yerə aparır və hər həftə görüş zamanı uşağı üçün 150-200 manatlıq xərc çəkir. O, müharibədə olarkən soyuqdan xəstələnmişdir, ona görə də Nigar ondan boşandı. 13 mart 2023-cü il tarixdə vərəm xəstəxanasında və vərəm institutunda olmuş və yoxlanılmışdır. Ona sağlam olması barədə rəsmi arayış verilmişdir. Bundan sonra uşaqla görüşü onun xahişi ilə iddiaçının uşağa təsir edib-etmədiyini aydınlaşdırmaq üçün psixoloqun iştirakı ilə olacaqdır.Onun övladı ilə ünsiyyətdə olmaq hüququ bütün məhkəmə instansiyalarnda qərara alınmışdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi Vəkil izahat verərək göstərdi ki, aradakı mübahisə uşağa təsir etməməlidir. Elvinin sağlamlıqla bağlı heç bir problemi yoxdur, heç bir ata istəməzki xəstəliyini övladına keçirtsin, heç bir adam başqa bir adamı xəstəliyə yoluxdurmaq istəməz. Bir neçə gün əvvəl Elvin vərəm xəstəlikləri institutunda və vərəm dispanserində tam müayinədən keçib, sağlamlığı barədə arayışlar da vardır. İddianı qəbul etmirlər, uşaqla ünsiyyət məsələsi bütün instansiya məhkəmələrində baxılıb və qərarlar qəbul edilib. Məhkəmədən ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin və onların nümayəndə və vəkillərinin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X11 “Bakı Baş Səhiyyə Mərkəzi” X11 1 nömrəli X7 tərəfindən vəkillər kollegiyasının üzvü fərdi fəaliyyət göstərən vəkil Nümayəndə ünvanladığı 28 iyun 2022-ci il tarixli 115 saylı məktubda göstərilir ki, xx xxxxxx 1989-cu il təvəllüdlü Cavabdeh 30 may 2022-ci il tarixdən “Ağciyərin infiltrativ vərəmi dağılma mərhələli, TDM(+), Genexpert pozitiv həssas” diaqnozu ilə stasionar müalicədədir. Hal-hazırda stasionar müalicəni davam etdirir, ətraf mühit üçün yoluxdurucudur. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhəri 1 saylı X7 tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli 1741 saylı arayışda göstərilir ki, xx xxxxxx 1989-cu il təvəllüdlü Cavabdeh sol ağciyərin yuxarı payında hibroz fonunda bərk ocaqlar görünür, ətraf mühit üçün təhlükəli deyil. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhəri 1 saylı X7 tərəfindən vəkillər kollegiyası “VERDİKTUM” vəkil bürosunun Vəkil ünvanlandığı 13 mart 2023-cü il tarixli 61 saylı məktublda göstərilir ki, xx xxxxxx 1989-cu il təvəllüdlü Cavabdeh 30 may 2022-ci il tarixdən 14 iyul 2022-ci il tarixə kimi 1 nömrəli X2 “Ağciyərlərin infiltrativ vərəmi dağılma mərhələsi, TDM(+)” diaqnozu ilə stasionar müalicədə olub. Xəstə 14 iyul 2022-ci il tarixdə “Ağciyərlərin infiltrativ vərəmi dağılma mərhələsi, TDM(+)” diaqnozu ilə yaşadığı ərazi üzrə ambulator şəraitdə müalicəni davam etdirmək üçün Binəqədi rayon 10 saylı şəhər poliklinikasının vərəm şöbəsinə göndərilmişdir. O, 17 noyabr 2022-ci il, 15 fevral 2023-cü il tarixlərdə 1 nömrəli VƏD-də və 06 mart 2023-cü il tarixdə ETAXİ-də müayinə olunmuşdur. Diaqnoz: “Ağciyərlərin infiltrativ vərəmi dağılma mərhələsi, TDM(+)”. Ərtaf mühit və ailə üzvləri üçün təhlükəli deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xəstəlik tarixindən 09 mart 2023-cü il tarixli çıxarışda göstərilir ki, xx xxxxxx 1989-cu il təvəllüdlü Cavabdeh ağciyərlərin infiltrativ vərəmin sorulma və bərkimə mərhələsi TDM(-) mənfi monoteist sorma diaqnozu ilə 6 aydır müalicə alır, şikayəti yoxdur. “DƏNİZ MALL” ticarət və əyləncə mərkəzinin 25 dekabr 2022-ci il tarixli satış qəbzinin surətində göstərilir ki, Cavabdeh övladı Daniel üçün 1324 manatlıq oyuncaqlar almış və sosial şəbəkəyə yerləşdirilmişdir. “PABDA BABY” oyuncaq mağazasının 08 yanvar 2023-cü il tarixli satış qəbzinin surətində göstərilir ki, Cavabdeh övladı Daniel üçün 647,60 manatlıq oyuncaqlar almış və sosial şəbəkəyə yerləşdirilmişdir Bakı şəhəri Binəqədi rayon polis idarəsinin Təhqiqat Şöbəsinin 30 dekabr 2022-ci il tarixli qərarında göstərilir ki, İddiaçı müraciəti əsasən Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı Bakı şəhəri Binəqədi rayon məhkəməsinə Binəqədi rayon polis idarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Ruslan Əsgərov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 dekabr 2022-ci il tarixli qərarından şikayət vermişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev, icra sənədi üzrə borclu Zeynalova (Hacıyeva) Nigar Etibar qızı, icra sənədi üzrə tələbkar Cavabdeh iştirakları ilə 12 mart 2023-cü il tarixdə tərtib edilmiş aktda göstərilir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9093/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar X1 uşaq- xx.xx.2018-ci il təvəllüdlü Zeynalov Daniel ilə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin inzibati binasına gəldi. Nigar Zeynalova uşaq-xx.xx.2018-ci il təvəllüdlü Zeynalov Danielin atası ilə ünsiyyətdə olması üçün görüşməsinə şərait yaratdı. Lakin, uşaq-xx.xx.2018-ci il təvəllüdlü Zeynalov Danieli atası ilə görüşmək istəməyərək ağladı. Uşaqda ana tərəfindən öyrədilmə halının olub-olmamasını müəyyən etmək üçün mütəxəssisin dəvət edilməsi zərurətinin yarandığı məlum oldu. Cavabdeh uşaqda ana tərəfindən öyrədilmə halının olub-olmamasını müəyyən etmək üçün mütəxəssisin dəvət edilməsini xahiş etdi. Uşaq -04 iyul 2018-ci il təvəllüdlü Zeynalov Danieli atası ilə getmək istəmədi. xx.xx.2023-cü il tarixə təyin edilmiş ünsiyyət tam olaraq baş tutmadı. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli 2(103)- 9093/2021 saylı qətnaməsindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-88/2021 saylı iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilərək, Cavabdeh 04 iyul 2018-ci il təvəllüdlü övladı X3 ilə hər həftənin şənbə və bazar günləri saat 15:00-dan saat 18:00-dək ünsiyyətdə olmaq hüququ (görüş vaxtı) verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2022-ci il tarixli 2(102)-3592/2022 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh Üzeyr oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9093/2021 saylı 28 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Müəyyən olundu ki, Cavabdeh Qarabağ müharibəsində iştirak edərkən soyuqlayaraq vərəm xəstəliyinə tutulmuş və kifayət qədər müalicə aldıqdan sonra onun xəstəliyi ətraf mühit və ailə üzvləri üçün yoluxdurulmayan dərəcədə olmuşdur və təhlükəli deyil. Onun övladı 04 iyul2018-ci il təvəllüdlü X4 ilə ünsiyyət zamanı onun psixoloji vəziyyətinə mənfi təsir etməsi, Danielin atası ilə görüşmək istəməməsi iddiaçı tərəfindən mötəbər sübutlarla təsdiq edilməmişdir. Həmçinin müəyyən olundu ki, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnamələri, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə Cavabdeh övladı 04 iyul 2018-ci il təvəllüdlü Daniellə ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəllənin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 6/2011 saylı qərarının 1-ci bəndinə görə ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və on yaşına çatmış uşağın fikrini nəzərə almaqla məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh övladı Daniellə ünsiyyətdə olmasına dair birinci, apelyasiya və kassasiya məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarları olduğu üçün İddiaçı Cavabdeh 04 iyul 2018-ci il tarixdə anadan olmuş övladı X3 ilə ünsiyyətdə olmasının və görüşməsinin Danielin 10 yaşına kimi qadağan edilməsinə dair tələbi əsassız olduğundan, habelə iddiaçının mediasiya təşkilatına ödədiyi 53 manat, məhkəməyə ödədiyi 50 manat dövlət rüsumunun və məhkəməyə sənədlərin hazırlanması üçün vəkilə ödədiyi 50 manat pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh 04 iyul 2018-ci il tarixdə anadan olmuş övladı X3 ilə ünsiyyətdə olmasının və görüşməsinin Danielin 10 yaşına kimi qadağan edilməsi, mediasiya təşkilatına ödədiyi 53 manat, məhkəməyə ödədiyi 50 manat dövlət rüsumunun və məhkəməyə sənədlərin hazırlanması üçün vəkilə ödədiyi 50 manat pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-87/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-87/2023
07.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver