Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № e-2(027)-1065/2021 22.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Kreditor MMC-nin Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu ilə bağlanmış nisyə satış müqavilələri üzrə 418,31 manat əsas borc və 40 manat cərimə borcu olmaqla cəmi 458,31 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun, borcludan-Borclu tutularaq, Kreditor MMC-nin xeyrinə ödənilməsinə dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditor MMC ərizəsini onunla əsaslandırmışdır ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, QBK04218 saylı nisyə satış müqaviləsinə əsasən borcluya 534,61 manat məbləğində məişət məhsulunu kreditlə-nisyə satılmışdır. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada, yəni aylıq 43 məbləğində icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliyini yerinə yetirməmişdir. Həmin müqavilənin 0.3-cü bəndinə görə, “Alıcı” (Borclu) qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürür. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş Kreditor MMC ilə Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli QBK 04218 saylı nisyə satış müqaviləsinə əsasən Borclu 534,61 AZN məbləğində avadanlığı ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə kreditlə -nisyə satılmlşdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktının surətindən görünürki, Kreditor MMC Borclu “Xiaomi Mİ A2 64GBRed” markalı bir ədəd mobil telefon təhvil verilib. İş materiallarında olan maliyyə arayışının surətindən görünürki, Kreditor MMC-nin Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli nisyə satış müqavilələr üzrə Borclu 418,31 manat əsas borc və 40 manat cərimə borcu olmaqla cəmi 458,31 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borclu Quba şəhəri, Azadlıq küçəsi ev 5 ünvanda qeydiyyatdadır. İş materiallarında olan qəbzdən görünür ki, işlə bağlı məhkəmə əmri haqqında ərizənin verilməsi üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdim: Ərizə təmin edilsin. ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Borclu xx.xx.2019-cu il tarixli nisyə satış müqaviləsi üzrə 418,31 manat əsas borc və 40 manat cərimə borcu olmaqla cəmi 458,31 manat məbləğində borc, dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulub Kreditor MMC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-1065/2021
Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(027)-1065/2021
22.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver