Məhkəmə qərarları › İş №e-2(027)-1066/2021

Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(027)-1066/2021

21.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № e-2(027)-1066/2021 21.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, Kreditor MMC-nin Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu ilə bağlanmış xx.xx.2019-cu il tarixli QBK03322 nömrəli nisyə satış müqaviləsi üzrə 263.3 (iki yüz altımış üç ) manat 30 qəpik əsas və 24 (iyirmi dörd) manat cərimə borcu olmaqla, 287.3 (iki yüz səksən yeddi) manat 30 qəpik məbləğin habelə 20 (iyirmi) manat dövlət rüsumunun, borcludan - Borclu məcburi surətdə tutularaq, Kreditor MMC-nin xeyrinə ödənilməsinə dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditor MMC ərizəsini onunla əsaslandırmışdır ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli QBK03322 saylı Nisyə satış müqaviləsinə əsasən borcluya 939.3 manat məbləğinə məişət məhsulunu 18 ay müddətində kreditlə - nisyə satılmlşdır. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki” nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada, yəni avlıq 46 manat məbləğində icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliyini yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alaraq, Kreditor MMC-nin ərizəsinə əmr icraatı qaydasında baxıb, xx.xx.2019-cu il tarixli QBK03322 saylı nisyə satış müqaviləsi üzrə 263.3 (iki yüz altımış üç ) manat 30 qəpik əsas və 24 (iyirmi dörd) manat cərimə borcu olmaqla, 287.3 (iki yüz səksən yeddi) manat 30 qəpik məbləğində pulun borcludan - Borclu məcburi surətdə tutularaq, Kreditor MMC-nin xeyrinə ödənilməsinə dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, məhkəmə əmri verilə bilər. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş Kreditor MMC ilə Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli QBK03322 saylı nisyə satış müqaviləsinə əsasən Borclu 939.3 manat məbləğində məişət məhsulu 18 ay müddətində nisyə satılmlşdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli QBK03322 nömrəli nisyə satış müqaviləsinə əlavə 1 ödəniş cədvəlinin surətindən görünürki, ilkin ödəniş 112 manat, sonrakı aylar 50 manat ödəməklə Kreditor MMC tərəfindən borcluya 939.3 manat məbləğinə məişət məhsulu 18 ay müddətində kreditlə - nisyə satılmlşdır. İş materiallarında olan xx.xx.2019-cu il taıixli təhvil- təslim aktının surətindən görünürki, Kreditor MMC Borclu 803.85 manat məbləğində bir ədəd paltaryuyan “BOSCH WAB20262ME”, 135.45 manat məbləğində bir ədəd ütü “BOSCH TDA3028210” markaları təhvil verilib. İş materiallarında olan maliyyə arayışının surətindən görünürki, Borcluun xx.xx.2019-cu il tarixli QBK03322 saylı nisyə satış müqaviləsi üzrə Kreditor MMC-yə 939.3 manat məbləğdən ödənilməmiş 263.3 (iki yüz altımış üç ) manat 30 qəpik əsas və 24 (iyirmi dörd) manat cərimə borcu olmaqla, 287.3 (iki yüz səksən yeddi) manat 30 qəpik məbləğində borcu qalmışdır. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borclu ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdim: Ərizə təmin edilsin. Borclu xx.xx.2019-cu il tarixli QBK03322 saylı nisyə satış müqaviləsi üzrə 263 (iki yüz altımış üç ) manat 30 qəpik əsas borc, 24 (iyirmi dörd) manat cərimə borcu, cəmi 287. (iki yüz səksən yeddi) manat 30 qəpik məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulub Kreditor MMC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar