Məhkəmə qərarları › İş №e-2(027)-1067/2021

Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(027)-1067/2021

23.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № e-2(027)-1067/2021 23.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, Kreditor MMC-nin Borclu qarşı borcun qaytarılması tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i m: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu bağlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2019-cu il tarixli Nisyə satış müqavilələri üzrə 398,8 manat əsas borc, 30 manat cərimə borcu və 275,76 manat əsas borc, 25 manat cərimə borcu olmaqla cəmi 725,56 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun Kreditor MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor MMC ərizəsini onunla əsaslandırmışdır ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış xx.xx.2020-ci tarixli QBK04727 saylı və xx.xx.2019-cu tarixli QBK04314 tarixli Nisyə satış müqavilələrinə əsasən borcluya müvafiq olaraq 525,59 və 490,76 manat məbləğinə məişət məhsulunu kreditlə - nisyə satılmışdır. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliyini yerinə yetirməmişdir. Odur ki, Kreditor MMC borcludan bağlanmış bağlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2019-cu il tarixli Nisyə satış müqavilələri üzrə 398,8 manat əsas borc, 30 manat cərimə borcu və 275,76 manat əsas borc, 25 manat cərimə borcu olmaqla cəmi 725,56 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 250.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Məhkəmə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş Kreditor MMC ilə Borclu arasında bağlanmış .10.2019-cu tarixli QBK04314 saylı borc müqaviləsindən görünür ki, alıcı Borclu hissəhissə ödəniş şərti ilə satıcı Kreditor MMC-dən 490,76 manat dəyəri olan məişət avadanlığı əldə etmişdir. Kreditor MMC ilə Borclu arasında bağlanmış xx.xx.2020-ci tarixli QBK04727 saylı borc müqaviləsindən görünür ki, alıcı Borclu hissə-hissə ödəniş şərti ilə satıcı Kreditor MMC-dən 525,59 manat dəyəri olan məişət avadanlığı əldə etmişdir. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Borclu ilə Kreditor MMC arasında bağlanmış xx.xx.2019-cu tarixli QBK04314 müqavilə üzrə Borclu ödənilməmiş 300,76 manat, xx.xx.2020-ci tarixli QBK04727 saylı müqavilə üzrə ödənilməmiş 424,8 manat əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 250, 276, 280 və 281, 282,284-cü maddələrini rəhbər tutaraq, məhkəmə əmr etdim: Quba şəhərində anadan olmuş, Quba rayonu, İqrıq kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1993-cü il təvəllüdlü Borclu bağlanmış xx.xx.2019-cu tarixli QBK04314 saylı Nisyə satış müqaviləsi üzrə 275,76 manat əsas borc, 25 manat cərimə borcu, xx.xx.2020ci tarixli QBK04727 saylı Nisyə satış müqaviləsi üzrə 398,8 manat əsas borc, 30 manat cərimə borcu olmaqla cəmi 725,56 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq Kreditor MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar