Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-114/2024 16.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə iştirakı ilə İddiaçı üçüncü şəxs Quba regional ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi göstərilməklə, Cavabdeh qarşı “atalığa dair mübahisə və akt qeydinin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı atalığa dair və akt qeydinin ləğvinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni İddiaçı 08 avqust 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş X3 adlı uşağın bioloji atasının olmadığının müəyyən edilməsi, 08 avqust 2019-cu il il təvəllüdlü X3 barəsində Quba regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında qeydə alınmış xx.xx.2019-cu il tarixli, 1513 nömrəli doğum akt qeydində ata haqqında, yəni İddiaçı haqqında məlumatların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, o İddiaçı Cavabdeh ilə 27 iyun 2015-ci il tarixində rəsmi nikahlarını qeyd etdirərək ailə qurmuşlar. Birgə nikah dövründə Cavabdeh 08 avqust 2019-cu il təvəllüdlü X3 adlı uşağı doğulmuşdur. Belə ki, ailə qurduqdan bir müddət sonra övlad sahibi olmaq istədiyi üçün müayinə olmaq üçün həkimə müraciət etmişlər. Müayinələrdən sonra öyrəndi ki, onun övladı olmayacaq. Övladı olmayacağını bildikdən sonra da, cavabdehlə bir ailə kimi yaşamağa davam etdilər. Lakin cavabdeh onunla həm faktiki, həm də, rəsmi ailə münasibətlərində olan zaman sosial şəbəkələrdə başqa şəxslərlə danışırdı. Buna görə də, dəfələrlə mübahisələri olurdu. Bundan sonra 2018-ci ilin dekabr ayında Cavabdeh ona hamilə olduğunu dedi. Daha sonra, yəni 2019-ci ilin yanvar ayının sonlarında cavabdeh Samirə ilə xəstəxanaya getdilər, ultrasəs müayinəsindən sonra cavabdehin hamilə olduğunu öyrəndi. Artıq onda cavabdehə qarşı şübhələr yarandı. Çünki o dəfələrlə bir neçə xəstəxanada müxtəlif həkimlər tərəfindən müayinə olunsa da, ona övladı olmayacağını bildirmişdilər. Buna görə də, o cavabdehlə uşaq doğulmamışdan əvvəl ayrılmışdır. 2019-cu ildən etibarən onlar Cavabdeh ilə bir ailə kimi birlikdə yaşamırlar. Bir neçə dəfə Cavabdeh DNT analizinin verilməsi üçün müraciət etdi. Lakin Cavabdeh DNT analizinin verilməsi ilə bağlı razı olsa da, sonradan bundan imtina etmişdir. Günəş adlı uşağın onun qızı olmamasına dair kifayət qədər əsaslı şübhələri vardır. İlkin olaraq məhkəmədən kənar qaydada Cavabdeh ilə məsələnin həll edilməsi üçün mediasiyaya müraciət etsə də, Cavabdeh mediasiyanın keçirilməsi ilə bağlı görüşə gəlməmiş, buna görə də, ona 04 iyul 2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. O, eyni zamanda doğum haqqında şəhadətnamədə ata ilə bağlı məlumatların ləğv edilməsi üçün Quba regional ASAN Xidmət Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etsə də, ona qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, qanunvericiliyin mediasiya prosesində iştirakla bağlı tələbinə riayət etmiş və mediatorun müvafiq arayışını iddia ərizəsinə əlavə edir. Əlavə olaraq, bildirmək istəyir ki, o ilkin mediasiya sessiyası üçün nəzərdə tutulmuş 50 manat məbləğində mediasiya xidmət haqqının hamısını ödəmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Nümayəndə iddianı müdafiə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə Cavabdeh və üçüncü şəx məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir Məhkəmə İddiaçı vəkili Nümayəndə dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Quba regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin 16 avqust 2023-cü il tarixli, 3-16-5/7-69-338/2023 №li arayışından görünür ki, X3 xx.xx.2019-cu il tarixdə doğulmuş, şəhadətnamənin “atası” qrafasında İddiaçı yazılmışdır. - Quba Rayon Məhkəməsinin e-2(027)-1959/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair ərizəsi barədə mülki iş üzrə məhkəmə tibbi bioloji ekspertizası təyin edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 xx.xx.2023-cü il tarixli 9/1089 №li Quba rayon Məhkəməsinə ünvanladığı çəktubdan görünür ki, görünür ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı şöbəyə gəlmiş, Cavabdeh isə gələməmiş və bu səbəbdən də ekspertizanın keçririlməsi mümkün olmamışdır. -Cavabdeh məhkəməyə ünvanladığı notarial qaydada təqsdiq olunmuş ərizəsindən görünür ki, o, İddiaçı iddiasını qəbul edir. X1 müayinə olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və pataloji Anatomiya Birliyinə aparmaq istəmir. İddianın təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında rəsmi nikah olmuş, tərəflərin birgə nikahdan uşaqları olmamış, iş materiallarına əlavə olunmuş həkim müayinələrindən görünür ki, İddiaçı övladı olmayacağı müəyyən olunmuş, xx.xx.2019-cu il təvəllüdlü X3 İddiaçı ilə Cavabdeh birgə ailə münasibətdən doğulmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 48-ci maddəsinə əsasən bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Uşaq Hüquqları Haqqında Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndinə əsasən uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə mümkün olduğu dərəcədə öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. Uşaq Hüquqları Haqqında Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər qeyri-qanuni müdaxiləyə yol vermədən, qanunda nəzərdə tutulduğu kimi, uşağın öz fərdiliyini, o cümlədən vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququna hörmət bəsləməyi öhdələrinə götürürlər. Məhkəmə, cavabdehin yazılı ərizə ilə müraciət edərək, iddianı etiraf etməsinə iş üzrə müəyyən edilmiş faktiki hallarla yuxarıda qeyd olunan qanun normalarına uyğun qiymət verərək, hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı 08 avqust 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş X2 bioloji atası olmadığı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı 08 avqust 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş X2 bioloji atası olmadığı müəyyən edilsin. 08 avqust 2019-cu il il təvəllüdlü X3 barəsində Quba regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında qeydə alınmış xx.xx.2019-cu il tarixli, 1513 nömrəli doğum akt qeydində ata haqqında, yəni İddiaçı haqqında məlumatları ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-114/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-114/2024
16.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver