Məhkəmə qərarları › İş №e-2(027)-1354/2021

Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(027)-1354/2021

04.06.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № e-2(027)-1354/2021 04.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, Kreditor MMC-nin Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu ilə bağlanmış 19.05.2019-cu il tarixli QBK03577 nömrəli nisyə satış müqaviləsi üzrə 2339.96 (iki min üç yüz otuz doqquz) manat 96 qəpik əsas və 230 (iki yüz otuz) manat cərimə borcu olmaqla, 2569.96 (iki min beş yüz altımış doqquz) manat 96 qəpik məbləğin habelə 20 (iyirmi manat) manat dövlət rüsumunun, borclu, Borclu məcburi surətdə tutularaq, Kreditor MMC-nin xeyrinə ödənilməsinə dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditor MMC ərizəsini onunla əsaslandırmışdır ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 19.05.2019-cu il tarixli QBK03577 saylı Nisyə satış müqaviləsinə əsasən borcluya 2802.96 (iki min səkkiz yüz iki) manat 96 qəpik məbləğinə məişət məhsulu nisyə satılmlşdır. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki” nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada, yəni avlıq 213 manat məbləğində icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliyini yerinə yetirməmişdir və bu səbəbdən 19.05.2019-cu il tarixli QBK03577 nömrəli nisyə satış müqaviləsi üzrə 2339.96 (iki min üç yüz otuz doqquz) manat 96 qəpik əsas və 230 (iki yüz otuz) manat cərimə borcu olmağla, 2569.96 (iki min beş yüz altımış doqquz) manat 96 qəpik məbləğin habelə 20 (iyirmi manat) manat dövlət rüsumunun, borclu, Borclu məcburi surətdə tutularaq, Kreditor MMCnin xeyrinə ödənilməsinə dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, məhkəmə əmri verilə bilər. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş Kreditor MMC ilə Borclu arasında bağlanmış 19.05.2019-cu il tarixli QBK03577 saylı nisyə satış müqaviləsinə əsasən Borcluo ğluna 2802.96 (iki min səkkiz yüz iki) manat 96 qəpik məbləğində məişət məhsulu 12 ay müddətinə 250 manat ilkin ödənişlə kreditə satılmlşdır. İş materiallarında olan 19.05.2019-cu il tarixli QBK03577 nömrəli nisyə satış müqaviləsinə əlavə 1 ödəniş cədvəlinin surətindən görünür ki, aylar üzrə 213 manat ödəməklə Kreditor MMC tərəfindən borcluya 2802.96 (iki min səkkiz yüz iki) manat 96 qəpik məbləğinə məişət məhsulunisyə satılmlşdır. İş materiallarında olan 19.05.2019-cu il taıixli təhvil- təslim aktının surətindən görünürki, Kreditor MMC tərəfindən Borclu bir ədəd 1732.98 manat məbləğdə “LG LED LCD 55 (UD) 55UK6450PLC. ARU” markalı televizor, bir ədəd 1069.90 manat məbləğdə “SAMSUNG WW65K52E69SDLP markalı paltaryuyan və bir ədəd 450 qramlıq ariel yuyucu tozu təhvil verilib. İş materiallarında olan maliyyə arayışının surətindən görünürki, Borclu Kreditor MMC-yə 2339.96 (iki min üç yüz otuz doqquz) manat 96 qəpik əsas və 230 (iki yüz otuz) manat cərimə borcu olmaqla, 2569.96 (iki min beş yüz altımış doqquz) manat 96 qəpik məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdim: Ərizə təmin edilsin. xx.xx.1990-cı il tarixində Quba rayonu Alekseyevka kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olan borclu, Borclu 19.05.2019-cu il tarixli QBK03577 nömrəli nisyə satış müqaviləsi üzrə 2339.96 (iki min üç yüz otuz doqquz) manat 96 qəpik əsas borc, 230 (iki yüz otuz) manat cərimə borcu, cəmi 2569.96 (iki min beş yüz altımış doqquz) manat 96 qəpik və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulub Kreditor MMC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar