Məhkəmə qərarları › İş №e-2(027)-1387/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-1387/2023

18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-1387/2023 18.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi ilə, X3 oğlunun katibliyi, İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi cəlb olunmaqla Cavabdeh qarşı atalığa dair mübahisə və akt qeydinin ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi cəlb olunmaqla Cavabdeh qarşı atalığa dair mübahisə və akt qeydinin ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, İddiaçı 26 may 2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X2 adlı uşağın bioloji atasının olmadığının müəyyən edilməsini, X1 atasının İddiaçı göstərilməsi barədə 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən atalığın müəyyən edilməsinə dair akt qeydləri kitabında qeydə alınmış 12 dekabr 2018-ci il tarixdə aparılmış 648 nömrəli akt qeydinin və Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında qeydə alınmış xx.xx.2015-ci il tarixdə aparılmış, 3293 nömrəli doğum akt qeydində ata haqqında, yəni İddiaçı haqqında məlumatların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 18 iyul 2023-cü il tarixinə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar olunmuş İddiaçı və Cavabdeh, habelə müstəqil tələb irəli sürməyən 3-cü şəxs 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı, 263- 264cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh və 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə qarşı atalığa dair mübahisə və akt qeydinin ləğvi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardad iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, ********** №-li GPP qəbzə əsasən ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıya qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar