Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1433/2024 30.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X2, İddiaçı nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment üzrə yığılmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Quba rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü qızı X1 üçün qət edilmiş aliment üzrə hazırki vaxtadək hesablanmış aliment borcunun silinməsi və uşaq cavabdehə verilənə qədər bu öhdəliyə möhlət verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci ildə qeyri-rəsmi nikahla ailə həyatı qurmuş və birgə nikahdan onların 17 iyun 2019-cu il təvəllüdlü X10 adında bir övladı anadan olmuşdur. Quba rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli məhkəmə qətnaməsi ilə Cavabdeh ona qarşı uşağın himayəyə verilməsi və aliment tələbinə dair iddiası qismən təmin edilmiş və xx.xx.2019-cu il təvəllüdlü qızı X7 iddiaçının himayəsinə verilməsi və uşağın yetkinlik yaşına çatanadək hər ay üçün 130 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən verilmiş kassasiya şikayəti təmin olunmamış və bu müddət ərzində uşaq onun və daha sonra anasının himayəsində yaşasa da aliment üzrə borclar hesablanmaqda davam etmiş nəticədə aliment üzrə borclar yığılmışdır ki, hazırda həmin borcları icra məmuru ondan tələb edir. Halbuki uşaq cavabdehin yanında yaşamır və bu halda uşağın saxlanılması üçün alimentin hesablanması tam əsassızdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehin 17 iyun 2019-cu il təvəllüdlü X9 tərk edərək getdiyini, azyaşlı uşağın hazırda onun himayəsində yaşadığını bildirmiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)- 1049/2020 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X10 adlı uşaq anası Cavabdeh himayəsinə verilməsi və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün uşağın ananın himayəsinə verilməsi hissəsində qətnamə icra olunduğu vaxtdan hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh verilməsi qərara alınmışdır. İş materiallarında olan AA1486036 nömrəli “şəxsiyyət vəsiqəsi”nin və “doğum haqqında şəhadətnaməsi”nin surətindən görünür ki, tərəflərin nikahından xx.xx.2019-cu il təvəllüdlü X10 doğulmuşdur. İddiaçı atası və X3 anası kimi müyyən edilmişdir. İş materiallarında olan X6 iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞQ-MT-027-2024- 00753 saylı arayışına əsasən, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1433/2024 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı aliment üzrə yığılmış borcların silinməsi və uşaq cavabdehə verilənə qədər öhdəliyə möhlət verilməsi tələbinə dair iddiası üzrə icraata uşaq cavabdehə verilənə qədər öhdəliyə möhlət verilməsi hissəsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1049/2020 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü qızı X1 üçün qət edilmiş aliment üzrə hazırki vaxtadək hesablanmış aliment borcunun silinməsi tələb edir. İddiaçı iddia tələbini xx.xx.2019-cu il təvəllüdlü qızı X7 onun himayəsində qalması ilə əsaslandır. Tərəflərin birgə nikahından anadan olmuş X10 qeyd edilən qətnamə ilə Cavabdeh himayəsinə verilmiş və alimentin uşağın ananın himayəsinə verilməsi hissəsində qətnamə icra olunduğu vaxtdan hesablanması müəyyən edilmişdir. İddiaçı iddia tələbi ilə uşaq cavabdehə verilənə qədər alimentin icra edilməsi hissəsində öhdəliyə möhlət verilməsini xahiş etmiş və Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)- 1433/2024 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı aliment üzrə yığılmış borcların silinməsi və uşaq cavabdehə verilənə qədər öhdəliyə möhlət verilməsi tələbinə dair iddiası üzrə icraata uşaq cavabdehə verilənə qədər öhdəliyə möhlət verilməsi hissəsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir. İddia ərizə ilə Quba rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü qızı X1 üçün qət edilmiş aliment üzrə hazırki vaxtadək hesablanmış aliment borcunun silinməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsi isə o cümlədən alimentin miqdarının dəyişilməsi əsası kimi alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını təsbit edir. Göründüyü kimi, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1049/2020 saylı qətnaməsilə xx.xx.2019-cu il təvəllüdlü qızı X1 üçün qət edilmiş alimentin uşağın ananın himayəsinə verilməsi hissəsində qətnamə icra olunduğu vaxtdan hesablanması müəyyən edilmiş, qətnamənin həmin hissədə icra olunmaması mübahisələndirilməyən hal olmaqla, iddia olunan aliment borcunun hesablanması əsası qeyri-müəyyəndir, habelə tərəflərdən birinin ailə vəziyyətində hər hansı digər dəyişiklik müəyyən olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı aliment üzrə yığılmış borcun silinməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-1433/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1433/2024
30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver