Məhkəmə qərarları › İş №e-2(027)-1451/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-1451/2024

05.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-1451/2024 05.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı uşağın bioloji atası olmamasının müəyyən olunması və doğum haqqında şəhadətnamədə qeydiyyatının ləğv olunması və doğum şəhadətnaməsində ata qrafasında yeni qeydiyyatın aparılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X1 doğulmuş 28 iyun 2022-ci il təvəllüdlü X4 və 28 iyun 2022-ci il təvəllüdlü X2 bioloji atasının o, İddiaçı olmamasının müəyyən olunması və Quba regional “Asan Xidmət" mərkəzinin Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2022-ci il tarixli, AZ İV M 750062 №li şənadətnaməsində, 1336 N°li qeyddə və AZ İV M 750062N°-li şəhadətnaməsində, xx.xx.2022-ci il tarixli qeyddə İddiaçı 28 iyun 2022-ci il təvəllüdlü X4 və 28 iyun 2022-ci il təvəllüdlü X3rının ata qeydi qrafasmda İddiaçı barəsində qeydin ləğv olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin baxılması ilə əlaqədar tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin tərəflər heç bir üzrlü səbəb olmadan 05 dekabr 2024-cü il tarixə təyin olunmuş məhkəmə hazrlıq iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikası MPM) 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı uşağın bioloji atası olmamasının müəyyən olunması və doğum haqqında şəhadətnamədə qeydiyyatının ləğv olunması və doğum şəhadətnaməsində ata qrafasında yeni qeydiyyatın aparılması tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı və ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı uşağın bioloji atası olmamasının müəyyən olunması və doğum haqqında şəhadətnamədə qeydiyyatının ləğv olunması və doğum şəhadətnaməsində ata qrafasında yeni qeydiyyatın aparılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlk edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar