Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-157/2025 28.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümüayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Balayeva (Əsədzadə) Aydan Mətləb qızına qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X1 bioloji atası olmamağının müəyyən edilməsi, vətəndaşlıq vəziyyəti aktlarında onun İddiaçı bioloji atası olması barədə ilkin qeydin ləğv olunması və bununla bağlı Quba regional ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində 1221 №-li doğum haqqında akt qeydi ilə tərtib olunmuş doğum haqqında şəhadətnamənin etibarsız hesab olunması, ilkin mediasiya sessiyasında ödənilmiş 60 manat mediasiya xərcinin, məhkəməyə müraciət üçün ödənilmiş 50 manat dövlət rüsumunun məhkəmə xərcləri qismində Balayeva (Əsədzadə) Aydan Mətləb qızından tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh Balayeva (Əsədzadə) Aydan Mətləb qızı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış nikah Quba rayon Məhkəməsinin iş № 2(027)-166/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş və nikahın pozulmasından sonra xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Quba Regional ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsindən verilən AZ-İ seriyalı №488222 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən nikaha xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Nikaha xitam verilməsi xx.xx.2024-cü il, 0048 №-li akt qeydi ilə qeydə alınmışdır. İddiaçı ilə cavabdeh xx.xx.2020-ci ildə rəsmi nikaha daxil olsalar da, nikaha daxil olduqdan qısa müddət sonra, yəni xx.xx.2020-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Belə ki, tərəflər xx.xx.2020-ci il tarixində rəsmi nikaha daxil olmalarına baxmayaraq, necə olur ki, uşaq 5 ay sonra, yəni xx.xx.2020-ci ildə dünyaya gəlir? İddiaçı cavabdehlə nikaha daxil olduqdan sonra cavabdeh iddiaçının qohumları ilə yaxın tibb müəssisəsinə müraciət etmiş, nəticədə cavabdehin təxminən 20 həftəlik hamilə olduğu müəyyən edilmişdir. Lakin bundan ilk vaxtlarda iddiaçının məlumatı olmamışdır. Tərəflər nikaha daxil olduqdan sonra bir müddət Bakı şəhərində birgə yaşasalar da, sonradan onların münasibətləri korlanmış və birgə yaşayış mümkün olmamışdır. Uşaq dünyaya gələnədək iddiaçı ilə cavabdehin aralarında ailə daxili mübahisələr getdikcə dərinləşmiş və cavabdeh doğulduğu Quba şəhərinin Alpan kəndinə getmişdir. Bundan sonra X4 xx.xx.2020-ci ildə Quba şəhərində anadan olmuş və bu barədə xx.xx.2020-ci il tarixdə Quba regional ASAN Xidmət mərkəzində Qeydiyyat şöbəsində 1221 №-li doğum haqqında akt qeydi tərtib edilmişdir. Uşaq tərəflərin birgə nikah dövründə anadan olduğuna görə, başqa sözlə desək, qeydiyyat aparılan vaxt cavabdeh iddiaçı ilə rəsmi nikahda olduğuna görə uşağın doğum haqqında şəhadətnaməsində ata adı cavabdehin əri olaraq İlham, soyadı isə Əsədzadə göstərilmişdir. İddiaçı cavabdehlə onun nikahı dövründə anadan olmuş Əsədzadə Məruzəni öz övladı olaraq qəbul etməmiş, lakin buna baxmayaraq ona qarşı laqeyd davranmamış, hər zaman qayğı göstərmişdir. İddiaçı ilə cavabdeh nikah bağlamamışdan əvvəl faktiki nikah münasibətlərində olmamışlar. Belə ki, iddiaçı hesab edir ki, doğum haqqında şəhadətnamədə atası olaraq iddiaçının adı göstərilmiş uşağın biloji atası deyil. Bu hal bir daha onunla təsdiqlənir ki, iddiaçı cavabdehlə rəsmi nikahdan əvvəl faktiki nikahda olmamışdır. Buna baxmayaraq, xx.xx.2020-ci ildə rəsmi nikaha daxil olduqdan qısa müddət, yəni 5 ay sonra xx.xx.2020-ci ildə Məruzə adlı qız uşağı dünyaya gəlmişdir. Cavabdeh iddiaçının da məlumatı olmadan nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə nikahın pozulması və X2 hər ay 200 (iki yüz) manat aliment ödənilməsi barədə qətnamə qəbul etmişdir. İddiaçı hesab edir ki, o, uşağın bioloji atası olmadığı üçün aliment ödəmək öhdəliyi daşımamalıdır. X4 cavabdehlə birgə nikah dövründə anadan olsa da, iddiaçının övladı deyil, buna görə də atalığın mübahisələndirilməsi, doğum haqqında ilkin qeydin ləğv olunması və doğum haqqında şəhadətnamənin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Lakin tərəflər arasında olan mübahisənin həlli mediasiya vasitəsi ilə mümkün olmamış və Qusar 1 saylı Mediasiya Təşkilatının mediatorunun ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı iddia ərizəsinə əlavə edilir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümüayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, və məhkəməyə ərizə təqdim edərək, bildirmişdir ki, proses bir ilə yaxındır ki, davam edir, cavabdeh bütün məhkəmə iclaslarından xəbərdar olmasına baxmayaraq heç bir məhkəmə iclasına gəlməmiş, bu barədə rəsmi məlumat verməmiş və həmin iclaslarda iştirak etməkdən boyun qaçırmışdır. İş üzrə iki dəfə ekspertiza keçirilmiş, həmçinin ekspertizaların da heç birində iştirak etməmişdir. Cavabdehin bilərəkdən məhkəmə iclaslarına gəlməməsi və gəlməməsinin səbəbləri barədə rəsmi məlumat verməməsi işin lüzumsuz olaraq uzanmasına, vaxt itkisinə, iş üzrə yekun məhkəmə aktının qəbul edilməsinin ləngiməsinə səbəb olmuşdur. Cavabdehin məhkəmə iclas vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun işi uzatmaq, yekun məhkəmə aktının çıxarılmasına mane yaratmaq üçün iclaslarda qərəzli və məqsədli şəkildə iştirak etməkdən yayındığını nəzərə alaraq, iş üzrə qiyabi qətnamə çıxarılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Balayeva (Əsədzadə) Aydan Mətləb qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Cavabdehlə telefon vasitəsilə əlaqə saxlanılmış, iddiaçının vaxtı ilə onu məhkəməyə verdiyi üçün hiddətləndiyini və heç bir halda məhkəməyə gəlməyəcəyini bildirmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: -Quba regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin 30 avqust 2024-cü il tarixli, 05/Q-357-667/2024 №li arayışından görünür ki, X4 xx.xx.2020-ci il tarixdə doğulmuş, akt qeydinin “atası” qrafasında İddiaçı yazılmışdır. -Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh oğlunun nikahı Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. -İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya prosesində iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödədi. Cavabdeh iştirak etmədi. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı hazırkı iddianın qaldırılması üçün 50 manat dövlət rüsumu ödəmişdir. - Quba Rayon Məhkəməsinin e-2(027)-2284/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Balayeva (Əsədzadə) Aydan Mətləb qızına qarşı atalığın müəyyən edilməsi tələbinə dair ərizəsi barədə mülki iş üzrə məhkəmə tibbi bioloji ekspertizası təyin edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2025-ci il tarixli 9/414 №li Quba rayon Məhkəməsinə ünvanladığı məktubdan görünür ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı şöbəyə gəlmiş, Balayeva (Əsədzadə) Aydan Mətləb qızı isə gələməmiş və bu səbəbdən də ekspertizanın keçririlməsi mümkün olmamışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qiyabi qətnamə əsasında qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. - 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. - 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Mulki Prosesual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göründüyü kimi cavabdeh ekspertizanın keçirilməsindən iki dəfə yayınmış bilərəkdən məhkəmə iclaslarında iştirak etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X1 bioloji atası olmaması müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X1 bioloji atası olmaması müəyyən edilsin. Bu qətnamə İddiaçı X1 atası olması barədə ilkin qeydin və doğum haqqında şəhadətnamənin “atası” qrafasında dəyişiklik edilməsi üçün əsasdır. İlkin mediasiya sessiyasında ödənilmiş 60 manat mediasiya xərci və məhkəməyə müraciət üçün ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi Balayeva (Əsədzadə) Aydan Mətləb qızından alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №e-2(027)-157/2025
Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(027)-157/2025
28.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver