Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № e-2(027)-1638/2021 14.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov Samir Əlibala oğlu, kreditor ünvan 1 ünvanında yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) borclu ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1980-ci il təvəllüdlü Borclu qarşı kredit borcunun ödənilməsi tələbinə dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, kreditor “xxxx” MMC ilə Borclu arasında bağlanmış 04.01.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən borcluya 8 ay müddətinə ümumi qiyməti 1368 (bir min üç yüz altmış səkkiz) manat dəyərində olan “Samsung MU6100UXRU” markalı televizor satılmışdır. Borclu ilə kreditor arasında bağlanmış alqısatqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların qalıq dəyərini hissə-hissə 8 aya hər ay üçün 171 (bir yüz yetmiş bir) manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Borclu alqı-satqı müqaviləsinə əsasən ödəməyi öhdəsinə götürdüyü malın dəyəri olan 1368 (bir min üç yüz altmış səkkiz) manat borcundan hərhansı bir ödəniş etməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Borclu ilə kreditor arasında müvafiq qaydada müqavilə imzalanmış və müqavilənin şərtlərinə əsasən borclu hər ay üçün müəyyən edilmiş məbləği ödəməklə aldığı malın dəyərini ödəməyi olmuşdur. Lakin borclu götürdüyü öhdəliyə əməl etməmişdir. Bununla da kreditorun borcludan müqavilə öhdəliyinə əməl edilməsi kimi tələbinin yaranmasına əsas olmuşdur. Borcluya dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, borclu bu xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə cəmiyyətin biznes fəaliyyətinə ciddi ziyan vurmuşdur. Sadalananlara əsasən, kreditor Borclu Kreditor “xxxx” MMC-nin xeyrinə 1368 (bir min üç yüz altmış səkkiz) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanı alıcıya verdikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 666.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qiymətini tələb edə bilər. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtında əvvəl icra edə bilər; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılr; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir; 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər; 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanarsa, bu halda məhkəmə əmri verilə bilər. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 19.05.2021-ci il tarixli arayışından görünür ki, Borclu ünvan 2 ünvanında qeydiyyatdadır. 04.01.2019-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavələrdən görünür ki, “xxxx” MMC Borclu 8 ay müddətinə hər ay 171 (bir yüz yetmiş bir) manat ödəmək şərti ilə ümumi dəyəri 1368 (bir min üç yüz altmış səkkiz) manat olan “Samsung MU6100UXRU” markalı televizor satmışdır; maliyyə arayışından görünür ki, Borclu 04.01.2019-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsi üzrə 1368 (bir min üç yüz altmış səkkiz) manat məbləğində borcu vardır; bildirişdən görünür ki, Borclu borcun ödənilməsi, əks halda məsuliyyətə cəlb edilməsi üçün barəsində müvafiq tədbir görüləcəyi barədə xəbərdar edilmişdir; 07.06.2021-ci il tarixli mədaxil qəbzdən görünür ki, ərizənin məhkəməyə verilməsi üçün “xxxx” MMC tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdə kreditor “xxxx” MMC-nin tələbi aşkar olduğu, tələb sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Eyni zamanda hesab edirəm ki, kreditor “xxxx” MMC-nin məhkəməyə ərizə verərkən ödədiyi dövlət rüsumu 20 (iyirmi) manat məbləğində pul vəsaiti də borcludan tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: Borclu, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1980-ci il təvəllüdlü Borclu (tel: ***-*******) 04.01.2019-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1368 (bir min üç yüz altmış səkkiz) manat borc və kreditor tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq “xxxx” MMC-nin hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1638/2021
Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(027)-1638/2021
14.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver